İsa Qəmbərov sədr postunda qalmaq istəyir
Rauf Arifoğlu:
Ürəyimiz ətdir, deyildir dəmir,
Ay İsa, sən onu üsullu gəmir,
Bu İsa heç zaman qopmaq istəmir,
Möhkəm yapışdığı başqan postundan.
İsa Qəmbərov:
Ya onu eksport bir tavar edim,
Mümkün, Müsavatı hətta bar edim,
Yerimi sənəmi etibar edim?
Axı cana doydum sənin tostundan.
Rauf Arifoğlu:
Qəbuledilməzdi İsanın şərti,
Sədrlikdə qalır, mövqeyi qəti,
Qərbliyə bənzəyir siri-sifəti,
Xarici təmayül yağır "QOST"-undan.
İsa Qəmbərov:
Gəlməmiş siyasi trup xoşuma,
Nə də ki, namizəd qrup xoşuma,
Heç zaman gəlməyib Rauf xoşuma,
Bir iz də qalmayıb qoşa çustundan.
Rauf Arifoğlu:
İsa kərəntisi boss pulu biçmir,
İndi boğazdan da adi su keçmir,
Qurultay keçirər? Gözüm su içmir,
Nə də xoşum gəlmir İsa mostundan.
İsa Qəmbərov:
Olsun on barmağı Raufun ağ şam,
Çox yemək vermişəm mən səhər-axşam,
Raufa ciddi göz ağartmamışam,
Məndən pisi çıxar onun rastından.
Rauf Arifoğlu:
Qərbdən nə alsa da, heç ona yetməz,
Bu bəyin bağında xoşbəxtlik bitməz,
İsa heç bir kəsə güzəştə getməz,
Nə bu Müsavatda, "İP"-də çastından.
İsa Qəmbərov:
Siyasi xətti də bir qaravəlli,
"Yeni Müsavat"dan tutub dördəlli,
Raufun naməlum mövqeyi bəlli,
Özü üz döndərdi mən tək dostundan.
Rauf Arifoğlu:
Siyasət başqanın heç yolu deyil,
Adı İsa bəydi, o, Bolu deyil,
Başının içi də heç dolu deyil,
Hitlerə çəkibdi zalım rostundan.
İsa Qəmbərov:
Əli mürəbbəmdə, turşumda əvvəl,
Birinci olardı marşımda əvvəl,
Farağat durardı qarşımda əvvəl,
İndi od püskürür mənə pastından.
Rauf Arifoğlu:
Düşmənə yalvarır, dosta yalvarır,
Pul üçün hətta Qrossa yalvarır,
Onun "Humayun"u bossa yalvarır,
Bir nalə çıxmaqda İsa "Rast"ından.
İsa Qəmbərov:
Başına qoymamış indiyədək fəs,
Dediyini deyər, lap başını əz,
Qoynuna ilan sal, narıncı sevməz,
At da rəng götürər Rauf mastından.
Rauf Arifoğlu:
İsanın məkrinə dözmüşük, bəsdi,
O gəldi, üstümdən qara yel əsdi,
Son illər İsa bəy qaradinməzdi,
Çıxmaz xoş ifadə, əsla, ustundan.
İsa Qəmbərov:
Həmişə göstərib özünü üstün,
Hirslənim, təpəmdən çıxsın öz tüstüm,
Şübhəli-şübhəli çıxırdı o gün,
Boylana-boylana Rauf "qastin"dən.
Rauf Arifoğlu:
Heç özü də bilmir neyləyir, İsa,
Çox avam yetkili teyləyir İsa,
"Sem"indən pisəmsə, söyləyir İsa,
Yaxşıyam liderin "pyat", "şest"indən.
İsa Qəmbərov:
Qurumda təfriqə salmaq istəyir,
Qrantı şəxsən o, almaq istəyir,
Müsavat başqanı olmaq istəyir,
Tezliklə partlayar Rauf şəstindən.
Rauf Arifoğlu:
İsanın o yekə ağzı körük ki,
Başlara o qədər düyün hörüb ki,
O qədər şər-xata işlər görüb ki,
İstər məsuliyyət düşsün üstündən.
İsa Qəmbərov:
İstərdim Qərb deyə sarışın mənə,
Nə siz namizədlər qarışın mənə,
Nə ziyan gətirməz barışın mənə,
Nə də xeyir görəm sənin küstündən.
Rauf Arifoğlu:
Bosslara dediyi tostu əlində,
Onun həm düşməni, dostu əlində,
İstər daim tuta postu əlində,
Keçmək asan deyil İsa testindən.
İsa Qəmbərov:
Hər yeni namizəd danışır boş-boş,
Xoş olur, atanda nərddə də zər xoş,
Sədr sərxoşları Rauf tək sərxoş,
Bezməz beləsinin adam, məstindən.
Rauf Arifoğlu:
İsa bir ilandı, Əli bir ilan,
Sədrlik yolları maniə, dalan,
Xariclə qurmaqda məkrli plan,
Çətin xilas olmaq bunun qəsdindən.
İsa Qəmbərov:
Gah başı göründü, tamam yox oldu,
Qəlbində hamıya inam yox oldu,
Gah qaçdı-qayıtdı, gah tam yox oldu,
Gözüm su içmədi Rauf jestindən.
Mirzə QƏRƏNFİL