PDF Oxu

Müxalifət

  • 53

Xəyanətkar, satqın və rəzil

Xəyanətkar, satqın və rəzil

Azərbaycanda elə "şəxslər" var ki, onlar siyasətçi donuna bürünüb millətini öz şəxsi mənafeyi naminə satmaqla məşğuldurlar. Maraqlı məqam ondan ibarətdir ki, bu gün aramızda "bir gözəlin xalına" bütün şəhəri qurban verən xəyanətkarlar da az deyil. Əgər siyasi cəhətdən küt, burunlarından uzağı görməyənlər özlərini siyasətçi adlandırırlarsa, Allah vursun belə siyasətçini. Əgər siyasətçi Vətəni satırsa... Və burada hikmətli xalq məsəli yada düşür: "Xarratlıq meymun işi deyil".


Sən kimsən Leyla Yunusova, azərbaycanlı, yoxsa?..


Xarici maraqlı qüvvələr L.Yunusovanı "hüquq-müdafiəçisi" kimi tanıyır. Amma əsil "hüquq müdafiəçisi" kimi yox, qondarma müdafiəçi kimi. Onun Ermənistan xüsusi xidmət orqanlarında yüksək vəzifə tutan şəxslərlə birbaşa əlaqələri də hamıya məlumdur. Azərbaycana qarşı antitəbliğat aparması da, L.Yunusova özünü vətənpərvər kimi göstərsə də, onun Xankəndində, Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumu olması da hamıya bəllidir. O da məlumdur ki, bir vaxtlar L.Yunusova Rusiya Federasiyası Dumasının erməni mənşəli deputatı Marina Salyan və Rusiyanın hüquq müdafiəçisi, ermənilərin dostu, azərbaycanlıların isə qəddar düşməni, qətlə yetirilən Qalina Staravoytova ilə yaxın münasibəti də olub. Bu isti münasibət nəticəsində Azərbaycan haqqında məxfi məlumatlar ermənilərə çatdırılıb.


Ermənistanın kəşfiyyat orqanlarının casusu


Kimdir L.Yunusova? Əgər xatırlayırsınızsa, müxalifət hakimiyyət başında olanda L.Yunusova 1-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində lentə alınmış foto və video materialları Ermənistanın kəşfiyyat idarəsinə ötürmüşdür. Bunun müqabilində də o, küllü miqdarda pul əldə etmişdir. Lakin onun "qəhrəmanlıqları" bununla məhdudlaşmamışdır. Belə ki, o vaxtlar Müdafiə Nazirliyinin qida təchizatı ilə məşğul olan L.Yunusova cəbhəyə göndəriləcək məhsulları bazara çıxarmış, bundan əldə etdiklərini isə Almaniyadakı bank hesabına köçürmüşdür. Bütün bunlardan sonra onun Azərbaycan adından danışması ən azı yaramazlıqdır.


Yunus David - Leyla Yunusun növbədənkənar "ərləri"


Bir çox mənbələr L.Yunusovanı erməni xüsusi kəşfiyyat orqanlarının ştatdankənar işçisi olduğunu bildirir. Hətta aylıq vəzifə maaşı da aldığı bildirilir. Onun 1994-1995-ci illərdə Ermənistanın Milli Təhlükəsizlik naziri ilə sıcaq münasibətləri olduğu, onlar arasında xüsusi münasibətlərin qurulduğu deyilir. Onun digər erməni dostu Yunus David olduğu söylənilir. Bu, o Daviddir ki, L.Yunusova məhz onun köməkliyi ilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant almışdır. O, həm də L.Yunusun növbədənkənar "əridir".

L.Yunusova sıx ünsiyyətdə olduğu erməni "ərlərindən" biri də Nikolas Danilasyandır. Nikolas - erməni cəsusudur. O, ölkə ərazisində ABŞ-ın xüsusi kəşfiyyat orqanına işləyən və ölkə ərazisindən qovulan xaindir. O, L.Yunusuovanı təlimatlandırmışdı ki, Azərbaycanda yaşayan azsaylı milli azlıqlarla bağlı nifaq salsın, etnik qarşıdurmalar yaratsın. Sözsüz ki, o, bununla erməni xüsusi xidmət orqanlarına xidmət edir. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan Artelis Servis Limited və Hayqrov Konstaltinq Servis Limited qeyri-hökumət təşkilatlarının əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan bilavasitə cəsus materialları yaymışdır. Bütün bunlar təsdiq olunmuş faktlardır. Hansı ki, bu faktları təkzib etmək mümkün deyil.


R.Hüseynova

Digər xəbərlər