Qondarma fəaliyyətləri ilə cəmiyyətdə itirmiş olduqları nüfuzlarını daha çətin vəziyyətə salan reneqatlar toplumunun "ziyalıları" və onların başbilənləri utopik düşüncə tərzləri ilə "siyasi fəaliyyətlərinə" ölüm hökmü oxumaqda davam edirlər. Ancaq məsələ təkcə onda deyil ki, onların düşüncə tərzləri yalnız utopiya üzərində qurulub, məsələ həm də ondadır ki, daxillərində bölücülük siyasəti aparan reneqatlar, artıq parçalanmaq ərəfəsindədirlər. Bəs nədədir bu parçalanmanın səbəbi? İlk olaraq onu söyləmək mümkündür ki, hazırda dünya kinossenaristləri arasında da nüfuzunu heçə endirmiş Rüstəm İbrahimbəyov sığınacaq kimi Eldar Namazovun ağuşuna "pənah" aparsa da, onun bu "pənahı" da uzun çəkməyib.
Reneqantlarda kontingent bölücülüyü ideyası
Məsələ ondadır ki, onun özü də bilmədən özükimilərini rusdilli kateqoriyaya aid qondarma "ziyalılar forumunda" çaxnaşmaya səbəb olub. Belə ki, R.İbrahimbəyov özünü və E.Namazovu digərləri qarşısında "elitar" kimi göstərib. Onun bu tərzli münasibəti isə Cəmil Həsənli, Rafiq Əliyev, Gültəkin Hacıbəyli kimilərinin xoşlarına getməyib. Yəni reneqatların İbrahimbəyov tərəfindən kontingentlərə bölünməsi, özünü "elita", digərlərini isə ikinci kateqoriyalı adamlar qisminə ayırması forumda vəziyyəti kəskin şəkildə dəyişdirib. Buna isə bölücülükdən başqa ad vermək mümkün deyil. Və nəticə budur ki, reneqatlar dağıdıcı müxalifət "liderlər"inə yaxınlıqları ilə seçilsələr də, hazırda R.İbrahimbəyovun aranı qarşıdırması daxili qarşıdurmalara qədər gedib çıxıb. "Liderlər" isə bu işdə heç nə edə bilməyiblər. Çünki onların sözlərini ciddiyə alan da yoxdur. Bir sözlə, E.Namazovun qulbeçəsinə çevrilmiş R.İbrahimbəyov öz "əcəl zəngi"nin düyməsini basıb.
"Əsassız hay küy"ün rezonansı
Əslində, R.İbrahimbəyovun daha sonra "kim" olması, hansı "təxəyyül" və "təfəkkür" sahibinə mənsub olması haqqında Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədovun "Əsassız hay-küy" məqaləsində kifayət qədər aydınlıq gətirilib. Həmin yazıdan da bəlli olur ki, nə az, nə də çox - düz 45 illik bir müddətdə (1967-ci ildən bəri) Kinematoqrafçılar İttifaqına rəhbərlik edən R.İbrahimbəyov həmin ittifaqı istədiyi kimi idarə edib və el dili ilə desək, yıxıb yanı üstə. Budurmu onun "novatorluğu", yaxud da "ideya möhtəşəmliyi"? Kifayət qədər arqumentlərə əsaslanmış "Əsassız hay-küy" məqaləsindən daha bir çıxarışa nəzər salaq: "Hörmətli cənab İbrahimbəyov, heç olmasa bir kreativ tapın."
Buradan da bəlli olur ki, həqiqətləri deyil, utopiyanı üstün tutaraq, şəxsi həyatının ucuz "ssenarisini" yazan İbrahimbəyov heç bir yerdə, hətta E.Namazovun ağuşunda belə rahatlıq tapa bilməyəcək fərdə çevrilib və onun nasaz saatının "əcəl zəngi"nin cingiltisi kifayət qədər müəyyənləşib. "Əsassız hay-küy" isə kifayət qədər rezonans doğurub. Çünki reneqantların ifşası məhz bu kimi arqumentlərlə daha çox effekt verir.
QİSMƏT ZƏNGİBASARLI