AXCP (i) və Müsavat partiyalarının birgə "təşəbbüsü" ilə yaradılan "İctimai Palata" qondarma qurum ölkədə qarışıqlıq yaratmaq məqsədilə müxtəlif gülünc üsullara əl atır. Azərbaycandakı möhkəm əsaslara malik ictimai-siyasi sabitliyin şaxələnməsindən xoşhal olan "İctimai Palata" artıq demək olar ki, bütün imkanları tamamilə tükənib. Bu oyuncaq qurumun son vaxtlar hansı əxlaqsız yollara əl atdığı bütün ictimaiyyətin gözü qarşısında oldu. Haqsız iddiaları və əsassız tələbləri, ermənipərəst niyyətləri, antimilli düşüncələri və rəftarı qondarma qurum üçün bir yaşantı simvoluna çevrilib. Bu düşərgədə təmsil olunanlar vaxtilə doğma yurdumuzu bir illik hakimiyyətləri dövründə viran qoyan torpaqlarımızı düşmənlərə satan, ölkəni talayan, tarixi saxtalaşdıran simasızlardır. O simasızlar ki, indi xarici maraqlı qüvvələrlə əlbir olub, yenə də Azərbaycan dövlətinə qarşı təxribatlar törətməyə çalışırlar. Amma Azərbaycandakı möhkəm ictimai-siyasi sabitliyə kölgə salmaq, ləkə yaxmaq niyyətləri ilə bu məkrli "qüvvələrə" maliyyə ayıran xarici havadarların ölkədə yaratmaq istədikləri qarşıdurmalar, çevrilişlərin zaman-zaman iflasa uğradığını görürük. Lakin yenə də bu məkrli "siyasətləri"ndən əl çəkmirlər. Müxtəlif vaxtlarda ölkənin daxilində olan bəzi şər qüvvələrə, xüsusilə, "İctimai Palata"ya maliyyə yardımı göstərməklə, pozucu və dağıdıcılıq etməklə bağlı təlimatlar verir, öz içimizdəki "üzdəniraqları" bizə qarşı qaldırmağa cəhd göstərirlər. "İctimai Palata" ölkədə təxribatlar törətməyə meyilli olduğu üçün xarici qüvvələrlə "maraqları" uzlaşır. Lakin hərdən səngiyən çirkin hərəkətlər, pozucu əməllər, onu deməyə əsas verir ki, bəzi xarici anti-Azərbaycan meyilli qüvvələrin "zəhmətini" heçə endirən dağıdıcı "İctimai Palata" təmsilçiləri, anti-azərbaycançılıq sifarişini lazımınca yerinə yetirə bilmirlər. Bu, sadəcə, həmin qrupların təkcə sosial bazasının yoxluğu ilə deyil, həm də, Azərbaycana yönəlik xəyanətkar əməllərə vaxtında və lazımınca tutarlı cavabların verilməsi ilə xarakterizə olunur.
Qadınlardan istifadə edənlər və ya
adlarını "kişi" qoyanlar...
Bütün cəhdləri iflasa uğradıqdan sonra öz çirkin əməllərinə qadınları cəlb edən "İctimai Palata"nın "kişiləri" yenə də öz şəxsi "kefiyyətlər"ini nümayiş etdirdilər. Bəzi yaxın qohumlarından ibarət qadınları da gənclər kimi aldadıb çirkin psixoloji təsir altına salan bu "İctimai Palata" mikrobları özləri xarici qrantlar hesabına yeyib-içir qadınları isə "aclıq aksiyası" keçirmək kimi anormal vasitələrə təhrik edirlər. Qadınları bu kimi alçaldıcı, zorakılıq əməllərinə sövq edən bu "kişiləri" yalnız bir şey maraqlandırır. Təki xaricdən gələn pul məbləğ çox olsun!
BABƏK HACIYEV