Son vaxtlar dağıdıcı müxalifət düşərgəsində aləm bir-birinə qarışıb. Qısasını desək "it yiyəsini tanımır". Gedən-gələn bəlli deyil. Amma bu səfər "İP-in yeni "müttəfiqi" dəqiqdir. "Təmtəraqlı" toy-düyünlə "ACP" rəhbərliyinə gətirilən Sülhəddin Əkbər artıq "İctimai Palata"ya qoşulacağı və oranı dağıdacağı xəbəri öz təsdiqini tapır. Hər gün "ACP"-nin üz qarası Rəsul Quliyevlə əlaqə saxlayan yeni sədr S.Əkbər artıq "İP"-ə düyün vurmağı qarşısına məqsəd qoyub. Belə görünür ki, R.Quliyev hələ bu barədə S.Əkbərə "get" komandası verməyib. Lakin S.Əkbər AXCP (i) sədri Əli Kərimovla görüşüb məsələni həll edib. Maraqlısı odur ki, bütün olanlardan İ.Qəmbərovun xəbəri yoxdur. Ayıb olmasın, onu deyəsən, "it də hesab eləmirlər". Amma S.Əkbər söz verib ki, yaxınlarda İ.Qəmbərovla da görüşəcək. Hər halda, ilk görüşünü Ə.Kərimovla keçirən S.Əkbərlə aralarında razılıq əldə olunub. Artıq bu barədə "İP"-in üzdəniraqlar şurasının bir neçə üzvünü də danışdırıb, "rəyini" alıblar. İ.Qəmbərovdan başqa hamı bir nəfər kimi razıdır ki, S.Əkbər "İctimai Palata"ya qoşulsun. Görəsən, bu S.Əkbərdə nə görüblər ki, belə onu da "İP"-ə çəkirlər. Maraqlısı odur ki, İ.Qəmbərov S.Əkbərin "İctimai Palata"ya qoşulmasını istəmir. Çünki bir vaxtlar İ.Qəmbərovu atıb gedib. Yay olmasına baxmayaraq, münasibətləri çox soyuqdu. Açığı üz-üzə gəlmək istəmirlər. Müqayisədə isə Ə.Kərimov S.Əkbərin "İP"-ə gəlməsini daha çox istəyir. Bu səbəbdən də, ikitirəlik yaranıb. Elə ilk AXCP sədri ilə görüşən S.Əkbər də bu məsələni Ə.Kərimovun qarşısına şərt kimi qoyub. Ə.Kərimov da çıxılmaz vəziyyətdə qalıb. Ya S.Əkbəri, ya da İ.Qəmbərovu seçməlidir. Hər halda, İ.Qəmbərovun bir işə yaramadığının dəfələrlə şahidi olub. Ümidlərini xarici anti-azərbaycançı meyilli qüvvələrlə yanaşı, S.Əkbərə bağlayıb. Amma Ə.Kərimov unudub ki, elə S.Əkbər də bu "şəbəkənin" adamlarından olduğunu unudub. Çünki "İP"-in bir ucu R.Quliyevdədi. O da xarici anti-Azərbaycan meyilli qüvvələrə işləyir. R.Quliyevin də partiyasının sədri S.Əkbərdi. Əslində, Ə.Kərimov bunları bilir amma özünü "ən axırıncı yola qoyub". Zəncirvari yenə də anti-milli, anti-Azərbaycan meyilli qüvvələrə birləşir. İ.Qəmbərov da köhnə xəyanətkarlardandı, AXCP (i) sədri onunla da çox "yoldaşlıq" edib. Ə.Kərimov indi çalışır ki, bunları barışdırsın. Lakin bir fayda vermir. Çünki "kor tutduğunu buraxmayan" kimi, R.Quliyevdə "İP"-i möhkəm tutub.
Babək Hacıyev