PDF Oxu

Müxalifət

  • 66

Müxalifət Rəsul Quliyevi müzakirə predmetinə çevirib

Müxalifət Rəsul Quliyevi müzakirə predmetinə çevirib

Əhməd Oruc:

Müxalifət tökülübdü çöl-düzə,

Mitinqlər, yürüşlər görünmür gözə,

"İP"-"ACP" durub bu gün üz-üzə,

Müzakirə eyləyirlər Rəsulu.


Sərdar Cəlaloğlu:

Qərb də içimizdən toxun çıxarar,

Bosslar son vaxt səsin yoğun çıxarar,

"İP"-də Əli, İsa ağın çıxarır,

"ACP"-nin Rəsulu zay məhsulu.


Əhməd Oruc:

Əlinin də hürməyə bir iti yoxdu,

"İP"-də İsa kimi ibadar pinti yoxdu,

Rəsulun cibində bircə senti yoxdu,

Sülhəddin desə də lap çoxdur pulu.


Sərdar Cəlaloğlu:

Yüksək kürsülərə giriş görmədi,

Bosslar ağzınada da bir diş görmədi,

Rəsul "SİDSUH"-da heç bir iş görmədi,

ACP-də belə əyridi yolu.


Əhməd Oruc:

Bir az xatırladır lovğa darğanı,

Görmür önündəki dərin yarğanı,

Ayağına görə deyil yorğanı,

Nə də Qərbə çatır Rəsulun qolu.


Sərdar Cəlaloğlu:

Arsız təpəsinə yağmaqdadı qar,

Onun cibi geniş, düşüncəsi dar,

Birinci liderlik iddiası var,

İstər içimizdə o olsun ulu.


Əhməd Oruc:

Son günlər düzəlib öz qəddin, Əkbər,

Heç zaman bilməmiş öz həddin Əkbər,

Rəsul Quliyevi Sülhəddin Əkbər,

Bizə təqdim edir cibləri dolu.


Sərdar Cəlaloğlu:

Bu adam, əslində, çox pis adamdı,

Düzünü söyləsəm, xəbis adamdı,

Səxavətli deyil, xəsis adamdı,

Rəsul daim olub nəfsinin qulu.


Əhməd Oruc:

Elə qumarı da siftə oynayıb,

Dostların nəfinə müftə oynayın,

Bir vaxt əl-ayağı neftdə oynayıb,

O zaman başına çox dəyib dolu.


Sərdar Cəlaloğlu:

Daim sıxlaşıbdı başında duman,

Rəsulun hər işi olub ah-aman,

ADP-də onu dindirən zaman,

Başının məskəni edibdi kolu.


Əhməd Oruc:

Çoxu dədəsinin goruna söyür,

Bu Rəsul xaricdə gözünü döyür,

Yenə də Sülhəddin Rəsulu öyür,

Guya bossla dolu onun sağ-solu.


Sərdar Cəlaloğlu:

Bir zaman gizlincə pul da kəsirdi,

Rəsul boss ayağı altda həsirdi,

O, bir Nəsir, bir də Məmmədnəsirdi,

Bir cüt paltarı var, bir köhnə çulu.


Əhməd Oruc:

Mən onu tapmışdım bir mayak altda,

Həmişə olubdu o, dayaq altda,

Dura bilmir Rəsul heç ayaq altda,

Nəfəsi təngiyir, canı az sulu.


Sərdar Cəlaloğlu:

Deyirlər xaricə Qaxdan uçubdu,

Özü də hələ o vaxtdan uçubdu,

Damı, krışası çoxdan uçubdu,

Günbəgün çökməkdə Rəsulun polu.


Əhməd Oruc:

Həmişə uduzub yeyibdi kötək,

Qurumlara verib pullar bir ətək,

Önünü görməyib siyasətçi tək,

Ətrafa baxıbdı çəpəki, hulu.


Sərdar Cəlaloğlu:

Məktəbdə jurnala doldurub qayıb,

Səriştəsizliyi saymayıb ayıb,

Ağıllı planı heç vaxt olmayıb,

Tamam primitiv onun üsulu.


Əhməd Oruc:

İstəyir ki, vura hər başa qapaz,

İndi "İP"-çilər də ona deyir qaz,

O, bir ateistdi, qılmamış namaz,

Baş açmır, o, bilmir adi qüsulu.


Sərdar Cəlaloğlu:

Səfehdi, dağları-düzləri açıq,

Bir dəfə demədi sözləri açıq,

Heç zaman olmamış gözləri açıq,

Rəsul daim olub gözüyumulu.


Əhməd Oruc:

Nyu-Yorkda gəzməkdə o, veyil-veyil,

Rəsul pis tərəfə etməkdə meyil,

Etiraf eləsək, yaxşı da deyil,

Ona pis dedikcə, pisləşir halı.


Sərdar Cəlaloğlu:

Şayiə yayırlar: kitin biridi,

Siyasi sahədə kütün biridi,

Düz sözümdü, Rəsul lütün biridi,

Onun nə mülkü var, nə də ki malı.


Əhməd Oruc:

Alnı dəyməkdədi kip, sütununa,

Hazırdı çırpılsın "VİP" sütununa,

İstəyir söykənsin "İP" sütununa,

Rəsulun açıqdı, boşalıb dalı.


Sərdar Cəlaloğlu:

Onu təqdir etmir bir bölmə belə,

Düşübdü beyninə yüksəlmə belə,

Deməyə sözü yox bir kəlmə belə,

Rəsul hiyləgərdi, çevirir valı.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər