PDF Oxu

Müxalifət

  • 66

AXCP (i) - Müsavat qarşıdurması şiddətlənir

AXCP (i) - Müsavat qarşıdurması şiddətlənir

Hər seçkiöncəsi illərdə olduğu kimi, 2012-ci ildə dağıdıcı müxalifət daxilində, xüsusilə, AXCP (i) və Müsavat partiyaları arasında şiddətli qarşıdurmalara start verilməkdədir. Baxmayaraq ki, hər iki partiyanın sədrləri eyni qurumda - "İctimai Palata"da təmsil olunmalarına rəğmən, onların bir-birlərinə qarşı əmələ gəlmiş gizli antipatiyaları bu dəfə daha açıq müstəvidə cərəyan etməkdədir. Məsələ isə ondadır ki, artıq "vahid namizəd" təklifi ilə çıxış edən müsavatçıların əsas məqsədləri burada yenidən İsa Qəmbərovu bu statusda görmək arzularıdır. Ancaq həmin status uğrunda Əli Kərimovun da rəqabət aparması vəziyyəti gərginləşdirib.

"Cəbhəçilərin" anti-Müsavatçı arqumentləri və faktları

"İctimai Palata"nın sonuncu sessiyasında Müsavata daha çox yaxınlığı ilə seçilən Pənah Hüseynovun "vahid namizəd" məsələsi ətrafında daha çox dayanması da onun məhz İ.Qəmbərov tərəfindən çıxış etməsinə olan sübutdur. Ə.Kərimov isə bunu çox yaxşı anladığından, yaxın ətrafına göstəriş verib ki, "cəbhənin" əsas məqsədi İ.Qəmbərovun yenidən ona xəyanət etməsinə imkan verməməkdir.Bundan sonra isə AXCP (i) funksionerləri tərəfindən Müsavata qarşı hücum kampaniyasına başlanılıb. Onlar deyirlər ki, bu gün "vahid namizəd" məsələsinin müzakirəsi "İctimai Palata"nı uçuruma apara bilər. "Cəbhəçilər" başqa arqumentlərlə də İ.Qəmbərov qarşısında fakt qoyurlar ki, həmin faktın əsas tablosu Müsavat başqanının öz sözünə əməl etməməsi, hər iki partiyanın "koalisiya" şəklində birləşməməsi amilidir. Yəni bir zamanlar partiyaların biləşəcəyini vəd edən İ.Qəmbərovun həmin vədinə xilaf çıxması, onun düşərgədəki inamına kökündən balta vurub. Ona görə də AXCP (i) Müsavata inanmır: "Biz nə vaxt koalisiya olacağıq, o vaxt vahid namizəd məsələsi gündəmə gələ bilər".

Müsavatdan istefa verənlər kimin sifarişi ilə İsa Qəmbərovu ittiham edirlər ?

Bəlli olduğu kimi, Sülhəddin Əkbər "Açıq Cəmiyyət Partiyası"na sədr gəldikdən sonra Müsavat partiyasından ilkin istefalar başlayıb. Belə ki, Müsavat partiyası məclisinin üzvü Ramiz Mirzəoğlu və partiyanın Naxçıvan təşkilatının sədri Meydan Əlili istefa ərizələrini partiyanın təşkilat şöbəsinə təqdim ediblər. Adıçəkilən hər iki şəxsin Sülhəddin Əkbərə yaxın olduğu isə şübhə doğurmur. Onların "ACP"-də rəhbər postlara gətiriləcəyi də gözlənilir.Belə ki, Müsavat partiyasından istefa verən R.Mirzəoğlu mətbuata açıqlamasında istefa verdiyini təsdiqləyib. Deyib ki, o, artıq Müsavat adlı partiyada siyasi fəaliyyət göstərmir: "Müsavatdan istefa verməyimi xüsusi şərh etməyə və ya səbəbləri sadalamağa ehtiyac görmürəm. Biz rəsmi istefa ərizəmizi partiyaya təqdim etmişik. Ancaq bizim istefamız normal bir şeydir. İsa Qəmbərov da vaxtı ilə Xalq Cəbhəsinin idarə heyətinin üzvü idi, amma sonra istefa verərək, Müsavat partiyasına getdi".Yeri gəlmişkən, Müsavatdan istefa verən şəxslərin verbovkası yalnız S.Əkbər tərəfindən deyil, həm də AXCP (i) sədri Ə.Kərimov tərəfindən də reallaşması öz təsdiqini tapmaqdadır. Qeyd edək ki, R.Quliyev həm də Ə.Kərimovla yaxın əlaqələr qurmaq marağındadır. Ona görə də "cəbhəçilərin" Müsavat antipatiyalarından yaranıb bu kimi vəziyyəti yaratmağa nail olub. Nəticədə isə, bəlli olmaqdadır ki, bu gün ümumilikdə dağıdıcı müxalifətdə baş verənlər İ.Qəmbərov-Ə.Kərimov qarşıdurmasından yaranır, digərləri isə həmin qarşıdurmalardan yararalanaraq, şəxsi siyasi dividendlərini reallaşdırırlar.Hər halda, "vahid namizəd" məsələsi ətrafında yaranmış düşərgədaxili ajiotajları da bununla əlaqələndirmək mümkündür.

Rəfiqə Hüseynova

Digər xəbərlər