PDF Oxu

Müxalifət

  • 64

Müsavatın qurultayının keçirilməsində İsa Qəmbərov maraqlı deyil

Müsavatın qurultayının keçirilməsində İsa Qəmbərov maraqlı deyil

Günü-günə satan Müsavat partiyası qurultay keçirə bilmir. Bir müddət öncə qurultaylarının xaricdə keçiriləcəyini deyən Müsavat partiyası artıq qurultay keçirmək barədə düşünmür. Çünki başqanlıq məsələsi partiya daxilində təlaş yaradıb. Namizədlər çox olduğu üçün "başqanlıq postunu" bölüşə bilmirlər. Xüsusilə də, İ.Qəmbərov qurultayın keçirilməsində özü maraqlı deyil. Hər halda, 2013-cü ilin prezident seçkilərində partiyanın vahid namizədi kimi iştirak etmək fikrindədir. Amma partiya daxilində olan "pərakəndəlik", "dağınıqlıq" və tez-tez partiyadan qopmalar "vahid" bir fikrin olmadığını deyir. Bir vaxtlar ölkədə insan və hüquq azadlıqlarının müdafiəsinə qalxan bu "başıpozuqlar" çaş-baş qalıblar. Müxtəlif bəhanələr gətirərək, qurultayın keçirilməsinə "don" geyindirirlər. Hansı ki, bu qurultayı keçirməyə bu və ya digər cəhətdən imkanları yoxdur. 700 nəfərdən dəm vuran Müsavat partiyasının heç 700 üzvü yoxdur. Əgər AXCP (i) -dən də kömək istəsələr, yenə bu rəqəm "şişirdilmiş" saydır. Öz məğlubiyyətləri ilə barışa bilməyən Müsavat partiyası artıq qurultay məsələsini bağlayıb. Açıq şəkildə Tofiq Yaqublu İ.Qəmbərovun başqan seçilə bilməməsini istisna etmir. O qeyd edir ki, hər halda, bu, seçkidir. Başqan seçilməyənlər də ola bilər. Onsuz bu pozucu müxalifət düşərgəsində hər kəs bir ağa olub. Elə Tofiq Yaqublu da başqan olmaq iddiasındadır. İ.Qəmbərov da postu əldən verməmək üçün müəyyən "yollara" əl atır.

"ACP" -dən İsa Qəmbərova sipər

Artıq pozucu müxalifət düşərgəsində elə bir vəziyyət yaranıb ki, Müsavat partiyası "ACP"-dən asılı vəziyyətə düşüb. Elə bu səbəbdən də, İ.Qəmbərov Sülhəddin Əkbərdən çəkinir. "ACP" sədri açıq şəkildə dağıdıcı müxalifət düşərgəsində "hakimiyyəti" ələ alıb. Müsavatın qurultay keçirməsinə mane olan səbəblərdən biri də S.Əkbərin maneçiliklər törətməsidir. Hər halda, İ.Qəmbərov başqanlıq postunu itirə bilər. Çünki keçmiş müsavatçı S.Əkbərin öz başqan görmək istədiyi "adamı" var. O səbəbdən, İ.Qəmbərov səsini qısıb oturub, S.Əkbər "nə çalırsa, onu da oynayır". Bir müddət öncə S.Əkbər "ACP"-ni Müsavatdan üstün tutanda, onu müqayisə edəndə, İ.Qəmbərovdan münasibət gəlmədi. Qurultayın keçirilməsinə mane olanlardan biri də AXCP (i) sədri Əli Kərimovdur. Onun da bu barədə özünün "planları" var. Sirr deyil ki, AXCP (i) sədri ilə "ACP" sədri görüşəndə müəyyən "məsələlər" müzakirə olunub. Əgər həmin görüşdə İ.Qəmbərov iştirak etməyibsə demək onunla bağlı "nələrsə" müzakirə olunub. Xüsusilə də, müsavatın qurultayı ilə bağlı. Ümumiyyətlə dağıdıcı müxalifət düşərgəsində son baş verənlər "İctimai Palata"ya gələcək "ACP"-nin işini də yubadıb. "İctimai Palata" "ACP"-dən ora qoşulmaq üçün təklif gözləyir. Amma digər tərəfdən də "ACP" özünü "naza" qoyub. Qəribəsi odur ki, "ACP" "özünü qaldırıb qoyub dağın başına". "İctimai Palata"dan dəvət gözləyir. Çox keçməmiş İ.Qəmbərov bu təklifi "ACP"-yə edəcək. Çünki S.Əkbərlə soyuq münasibət saxlamaq ona baha başa gələcək. Bir tərəfdən də Əli Kərimov aranı qızışdırıb oturub kənarda. O da güman olunur ki, İ.Qəmbərov qurultayı Bakıda o səbəbdən keçirmək istəmir. Hər halda, qurultay keçirilsə, dağıdıcılar "tam tərkibdə" qurultayda iştirak etməlidir. Bu da, mümkün deyil. Hər halda, İ.Qəmbərov xaricdə qurultay keçirərsə və ya ümumiyyətlə, qurultay keçirməzsə, buna don geyindirə bilər. Yenə də bir nəticə çıxır. İsa Qəmbərov qurultayın nəinki xaricdə keçirilməsi, ümumiyyətlə, keçirilməməsində özü birbaşa maraqlıdır.

Babək Hacıyev

Digər xəbərlər