PDF Oxu

Müxalifət

  • 51

Müxalifət yararsız siyasi struktura çevrilib

Müxalifət yararsız siyasi struktura çevrilib

Araz Əlizadə:

Alınmadı bossla, Qərblə anışmaq,

Yayda nəsibimiz donmaq, donuşmaq,

Olub adətiniz boş-boş danışmaq,

Lüzumsuz əşyaya çevrilibsiniz.


Gülağa Aslanlı:

Biz bərkik qoz kimi, siz çürük fındıq,

Sizin eyhamlardan çubuq tək sındıq,

Heç olmasa bizlər "İP"-ə sığındıq,

Sizin partiyanız artıq çöküb diz.


Araz Əlizadə:

Süqutu, iflası gizləsəniz də,

Tüstü buraxaraq hisləsəniz də,

"Eurovision"u pisləsəniz də,

Ondan dərhal sonra devrilibsiniz.


Gülağa Aslanlı:

Özün də görmədin şirin, xoş dəmlər,

Oldu nəsibiniz həmişə qəmlər,

Ölüb gedibdilər sizin sosdemlər,

Müsavat, "İP" qoyub tarixdə bir iz.


Araz Əlizadə:

Qərbin işi idi sizi qudurtmaq,

Tilova düşdünüz, boss atdı qarmaq,

Sizləri çətindi artıq oturtmaq,

Tam öz qınınızdan sivrilibsiniz.


Gülağa Aslanlı:

Gah elə getdiniz sizlər, gah belə,

Uğur qazanmazsan çəksən ah belə,

Çıxıb əlinizdən qərargah belə,

Hələ altımızda qalıb kürü, miz.


Araz Əlizadə:

Yoxdu çənənizdə ən adi bir çüy,

"İP"-də mənəviyyat, həm amal çürük,

Düz üç ay saldınız yalançı hay-küy,

Hamınız yalançı, nankor tipsiniz.


Gülağa Aslanlı:

Beşikdə boğulub bala qaldınız,

Qrantsız, avrosuz hala qaldınız,

Siyasi səhnədə dala qaldınız,

Siz bizdən də ağır bir qripsiniz.


Araz Əlizadə:

Təsəvvür etdiniz guya siz mələk,

Saldı başınıza sal daşı fələk,

Daim amalınız oldu küy-kələk,

Çünki siz çürümüş adi ipsiniz.


Gülağa Aslanlı:

Boss da məhəl qoymur sizin tək aca,

Biz açdıq xaricə pəncərə, baca,

Adi sosdemsiniz kiçik, balaca,

Elə bildiniz ki, məşhur "İP"-siniz.


Araz Əlizadə:

Amansız tarixin var geci-tezi,

İtmiş görərsiniz izlərinizi,

Bir zaman açanda gözlərinizi,

Görəcəksiniz ki, kiçik "VİP"-siniz.


Gülağa Aslanlı:

Yoxdu plov tipli əziz yeməklər,

İndi süfrənizdə qəliz yeməklər,

Çıxıb əlinizdən ləziz yeməklər,

Sizi gözləməkdə kartof "çipsiniz".


Araz Əlizadə:

"Yallı" gedərsiniz bir cüt coraba,

Müxalif qurumlar olub xaraba,

"İP" də, Müsavat da adi araba,

Siz nə "Mersedes"siz, nə də "cip"siniz.


Gülağa Aslanlı:

Deməyin durubsuz əzmkar, mətin,

Hamınız içində pis vəziyyətin,

Sizə stulda da oturmaq çətin,

Çünki düzülübdü üzərinə biz.


Araz Əlizadə:

Liderləriniz də zəhərli ilan,

Dilinizdə böhtan, iftira, yalan,

Yeganə yolunuz baryerli dalan,

Gəlir sıramıza üzv gecə-gündüz.


Gülağa Aslanlı:

"İP"-dədi ölümüz, həm dirimiz də,

Əzəmət, dözüm var hər birimizdə,

Durmuşuq əbədi öz yerimizdə,

Siz öz mövqenizdən döndərdiniz üz.


Araz Əlizadə:

Sizin yalanlardan kim nə götürdü?

Sizdə açıq alver, ötür-ötürdü,

Yolunuz düz deyil, kələ-kötürdü,

Sosdemlərin yolu daim olub düz.


Gülağa Aslanlı:

Məğrur ol, cəld dur get çəməndə uzan,

Başının üstündə saz çalsın ozan,

Biz yox, sosdemlərin yalnız uduzan,

Siz beş-beş alanda, alırdıq yüz-yüz.


Araz Əlizadə:

Qazanc götürməyən tostunu atsın,

Qrant almayanlar bossunu atsın,

İsa ilə Əli postunu atsın,

Sən də qəvvas olub gen Xəzərdə üz.


Gülağa Aslanlı:

Viski içən zaman yalqız komada,

Qəbul eyləyərik "İP"-ə tamada,

Qoşub adımıza hər şər-şamada,

Özün siyasətdən əllərini üz.


Araz Əlizadə:

Mənim arxam olub Cekson, Sem kimi,

Viski təsir etdi bizə cem kimi,

Almaram vecimə bir sosdem kimi,

İstər ağzını əy, dodağını büz.


Gülağa Aslanlı:

"İP"-də, Müsavatda hamınız qəfil,

Verərsiz postları gənclərə təhvil,

Sənin iş-gücün yox, olmusan səfil,

İndi ixtiyarında səhra, çöllər, düz.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər