PDF Oxu

Müxalifət

  • 43

İsa Qəmbərov hara gedir?

İsa Qəmbərov hara gedir?

Bütün siyasi dayaqlarını və bölgələrdəki gücünü itirən müxalifət bir qədər ayağa durduğunu hiss edən kimi, böyük siyasi iddialar ortaya atılır və ya hər hansı yolla olursa-olsun, hakimiyyətə gəlmək üçün dəridən-qabıqdan çıxır. Hansı ki, müxalifət belə bir işin öhdəsindən gələ bilmək gücündə və iqtidarında deyil. Bunu müxalifətdən olan sıravi üzvlərdən tutmuş partiya liderlərinə qədər hamı gözəl bilir. Buna baxmayaraq, zəif müxalifətin açıq oyunları onların bu dəfə böyük məğlubiyyəti ilə nəticələndi. Bundan başqa cür ola da bilməzdi. Böyük maliyyə resursları, gücü və siyasi mühitlərini yönləndirmək gücündə olan iqtidarla bu formalı (dağıdıcı və aqressiv) mübarizə müxalifətə inamı olan elektoratın lağa qoyulması kimi qiymətləndirilməlidir.

Xatırlayaq ki, hələ parlament seçiklərindən öncə güclə ayağa qalxan müxalifət çıxış yolları axtarmağa başladı. Bu arada güclənmənin ən optimal variantı kimi Müsavat başqanı İsa Qəmbərovun AXCP (i) və Müsavatın seçkilərdə birgə iştirak təklifi ortaya atıldı. Qısa bir müddətdə müzakirələr aparıldı və razılığa gəlindi. Hər iki partiyanın rəsmiləri bəyan edirlər ki, bu birləşmə mahiyyət etibarilə siyasi vəziyyəti tamamilə dəyişə bilər. Hətta belə bir fikir də var idi ki, AXCP (i)-Müsavat birliyi məntiq etibarilə Azərbaycanda yeni xalq hərəkatının yaranmasına gətirib çıxara bilər. Amma bunun da mümkün olmadığı öncədən görünürdü. Çünki bu bəyanatları dəfələrlə bir yerdə olub, son anda biabırçı şəkildə ayrılan AXCP (i) və Müsavat partiyalarının liderləri verirdi.


Əli Kərimov köhnə ampluada


Elə həmin ərəfələrdə AXCP (i) sədri Ə.Kərimov Müsavat başqanı İ. Qəmbərovun AXCP (i) ilə Müsavatın bir pratiyada birləşməsi təklifini çox müsbət qiymətləndirdi və onun ilk sözü "bunu reallaşdırmaq mümkündür" oldu. Məhz bu təklifin ortaya atılması belə müxalifətin sonrakı taleyini müəyyənləşdirəcəkdi. Diqqət edin. Ə.Kərimov öz açıqlamasında deyirdi ki, siyasi partiyaları bir-birinə yaxınlaşdıran və uzaqlaşdıran onların mövqeləri olur. "Hər bir zaman üçün ölkənin gündəmindəki məsələlərə münasibət partiyaların bir-birinə yaxınlığını və ya uzaqlığını şərtləndirir. 2005-ci parlament seçkilərindən sonra, təəssüf ki, bizim mövqelərimiz uzaqlaşdısa, bu gün vəziyyət fərqlidir. Bizim təməl prinsiplərə baxışımızda və münasibətimizdə onsuz da fərq olmayıb. Hər iki partiya da xalq hərəkatının yetirmələridir. Bir gövdədən ayrılmış iki budaq kimi olmuşuq, kökümüz eynidir".


Proqnozlar doğru çıxır


Sirr deyil ki, AXCP (i) sədri Ə.Kərimov hələ uzun illərdir Müsavatın parçalanması üçün böyük planlar qurur. AXCP (i) sədri Müsavatdakı adamlarının əli ilə partiyada əməlli- başlı iş görür və istədiyini reallaşdırmaq niyyətindədir. Amma hələlik, bu proses baş vermir. Məlumatlarda qeyd olunmuşdu ki, Ə.Kərimovun Müsavat partiyasını parçalamaq istəyindən İ.Qəmbərov xəbərdardır və başqan buna qarşı müəyyən addımlar atmağı düşünür. İ.Qəmbərovun planları bununla bitmir. Məlumatda bildirilirdi ki, İ.Qəmbərov Ə.Kərimovun yeganə ruporu olan "Azadlıq" qəzetini də ələ keçirməyə çalışır. Çünki yaratdığı problemlərdə AXCP (i) və Ə.Kərimovun müdafiəyə ehtiyacı olacaq və bu işi "Azadlıq" qəzeti həyata keçirəcək. Odur ki, Ə.Kərimovu tamam sıradan çıxarmaq üçün Müsavat başqanı "Azadlıq" qəzetini ələ keçirməyə çalışır və artıq öz adamlarını qəzetə yerləşdirib.

RÖVŞƏN

Digər xəbərlər