PDF Oxu

Müxalifət

  • 56

Müxalifətdən müxalifətə ittiham

Müxalifətdən müxalifətə ittiham

Aqressiya yolunu "siyasi mübarizə" kimi seçmiş dağıdıcı müxalifət düşərgəsinə, eləcə də, "İctimai Palatya" qarşı təkcə ictimaiyyət deyil, siyasi fəaliyyətləri ilə seçilən partiya rəhbərləri də davamlı olaraq, haqlı və kəskin münasibət bildirirlər. Belə ki, növbəti bu kimi fikri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa açılayıb. Onu da qeyd edək ki, dağıdıcı müxalifəti reallığa düzgün qiymət verməməkdə ittiham edən F.Mustafa bildirib ki, onun rəhbəri olduğu siyasi təşkilat dağıdıcılıq yolu tutmuş müxalifəti dəstəkləmir. Çünki onların fəaliyyətləri yalnız dövlət əleyhinə yönəlmiş xəyanətkarlıq addımlarıdır. Konstruktiv müxalifətin dağıdıcı müxalifətdən fərqini izah edən F.Mustafa qeyd edib ki, onların siyasi baxışları tamamilə fərqlidir: "Küçə-meydan və başqa ab-havada müxalifətin daha çox məğlubiyyətə aparıldığını görürük. Fikirlərdən daha çox, emosiyaların önə çıxdığını görürük. Biz bu məsələdə fikirlərin daha çox önə çıxmasına üstünlük verən partiyayıq. Real vəziyyəti doğru-düzgün qiymətləndirərək, fəaliyyətimizin cəmiyyətə təsir etməsinə çalışan bir siyasət sərgiləyirik".

BQP sədri "İctimai Palata"nın da seçdiyi mübarizə yolunun düzgün olmadığını bildirib. Onun fikrincə, mitinqlər, süni ajiotajlar yaratmaqla nəyəsə nail olmaq, ümumiyyətlə, mümkün deyil. Əksinə, bu, müxalifəti məğlubiyyətə doğru sürükləyir: "Təbii ki, mən bu metodu qəbul etmirəm. Siyasi hakimiyyət uğrunda mitinq yolu ilə hansısa problemi çözmək çıxış yolu deyil və uduşa aparmır".


QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər