PDF Oxu

Müxalifət

  • 40

Sərdar Cəlaloğlu dağıdıcı müxalifəti ittiham etdi

Sərdar Cəlaloğlu dağıdıcı müxalifəti ittiham etdi

"İctimai Palata"nın təşəbbüsü ilə keçirilən "Seçki dinləmələri" mövzusunda tədbirdə ADP sədri Sərdar Cəlaloğlu yenə müxalifətin ünvanına ittihamlarla çıxış edib. Onun bu çıxışı birmənalı qarşılanmasa da, haqlı olduğunu sübut etmək üçün kifayət qədər faktlarla danışıb. ADP sədri müxalifətin demokratik mühitdən kənar olduğunu dəlillərlə sübut etməyə çalışıb. Onun sözlərinə görə dağıdıcı müxalifət demokratik bir cəmiyyət tələb edirsə, ilk növbədə, özü buna hörmət etməlidir. Dağıdıcı müxalifət düşərgəsində hər kəsin öz "reytinqi" ilə məşğul olduğunu deyən ADP sədri dinləmələrdə əsəbləşib. Yığıncaqda ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri və bu səfər çərçivəsində dağıdıcı müxalifətlə görüşməməsinə də toxunulub. Bir daha məlum olub ki, həqiqətən də, dağıdıcı müxalifət düşərgəsinin təmsilçiləri ilə xanım Klintonun görüşməməsinə səbəb dağıdıcı müxalifətin mövcud olmamasıdır. Ümumilikdə, Azərbaycanda müxalifətin olmaması ilə razılaşmayanlar bunu yəqin edir. Sadəcə, özlərini müxalifət adlandıranlar pozucu bir dəstədir. Bunu qəbul etməyən düşərgə təmsilçiləri buna öz tərzlərində bir don geyindirirlər. ADP sədri S.Cəlaloğlunun çıxışından belə məlum olur ki, o, dağıdıcı müxalifətin tərkibindən razı deyil. Çünki həmin tərkibdə seçki məsələsinin müzakirə edilməsinin əleyhinə çıxıb. Görünür, Rəsul Quliyev ADP sədri S.Cəlaloğluya təsir edə bilib. Eyni "yolun yolçuları" olan S.Cəlaloğlu və R.Quliyevin fikirləri üst-üstə düşür. S.Cəlaloğluda müxalifətdə təxribatçıların olduğunu demək istəyir. Çünki R.Quliyev son açıqlaması məhz dağıdıcı müxalifət düşərgəsində, xüsusilə, "İctimai Palata"da təxribatçıların olduğuna dair idi. Belə bir nəticəyə gəlmək olar ki, ADP sədri S.Cəlaloğlu R.Quliyevin "İP"-ə hücum "taktikası"nı bəyənib və öz çıxışını da məhz onun çıxışı üstündə kökləyib. Sözsüz ki, bu ittihamlar cavabsız qalmayıb. Elə yerindəcə "İP" üzvü, tədbirin "tamadası" Vidadi Mirkamal və İsa Qəmbərov onun cavabını verməyə cəhd edib. ADP sədrinin çıxışının "deportasiya" kimi qarşılayan V.Mirkamal ironiya ilə ADP "sıralarınının" seyrəldiyini də ironiya ilə deyib. Daha sonra İsa Qəmbərovun ADP sədrinə ünvanladığı cavab isə fərqli olub. O bildirib ki, məsələnin siyasi tərəfi var, "sən get işinlə məşğul ol". ADP sədrinin də işi, gücü budur. Daha sonra müəyyən didişmələr olub ki, onlar da mətbuat səhifəsinə çıxarılmayıb. Onların bir-birini təhqir etdiyi də güman edilir. Hər halda Müsavat başqanı İsa Qəmbərovun da, ADP sədri Sərdar Cəlaloğlunun da "hansı yuvanın quşu olduğunu" bilirik.


Babək Hacıyev

Digər xəbərlər