PDF Oxu

Müxalifət

  • 53

Dağıdıcı müxalifət düşərgəsində ittihamlar kök salıb

Dağıdıcı müxalifət düşərgəsində ittihamlar kök salıb

Son vaxtlar dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin biri-birirlərini ittiham etməsi düşərgədə vahid mövqenin olmamasına əsaslanır. Dağıdıcılar ayrı-ayrılıqda öz şəxsi mənafelərini güdürlər. Öz şəxsi mənafelərini güdmək onların artıq bir ənənəsinə çevrilib. Xüsusilə, AXCP (i) - Müsavat birgə təşəbbüsü ilə yaradılan "İctimai Palata" təmsilçilərinin son vaxtlar öz müttəfiqlərinin ittihamına məruz qalmaları "İctimai Palata"nın çöküşünü sürətləndirir. Belə ki, "ACP" lideri Rəsul Quliyevin son açıqlamalarında "İctimai Palata"nın ünvanına kəskin ittihamlarla çıxış etməsi dağıdıcı müxalifət düşərgəsindən sifariş kimi qiymətləndirilməlidir. Çünki onun "İctimai Palata" ilə bağlı fikirləri düşərgədəki "reallıqları" ehtiva edir. Dağıdıcı düşərgədə təxribatçıların olduğunu deyən R.Quliyevin bu açıqlaması Müsavat başqanı İsa Qəmbərov və Əli Kərimovda narahatçılıq yaradıb. Amma özləri buna münasibət bildirməsələr də, düşərgədə öyrədilmiş şəxslər bununla bağlı danışdırılıb. Bu ittihamlarla razılaşmayan tərəflər özlüyündə "bunun kim tərəfindən" sifariş olunduğunu müəyyən etməyə çalışırlar. Hər halda, R.Quliyevin bu fonda çıxışı yeni deyil, artıq "İP"-lə bağlı əvvəllərdə onun ittiham xarakterli çıxışları az olmayıb. Dağıdıcı müxalifət düşərgəsində yeni proseslərin yeni ampluada baş qaldırması öz aralarında vahid namizəd probleminə söykənir. Onların bu problemi düşərgədə düşənçilik ab-havası yaradıb. Bir tərəfdən İ.Qəmbərov, bir tərəfdən Ə.Kərimov və digər "İP"-ə yaxın olan partiya sədrlərinin namizəd olmaq istəyi bu prosesi problem olaraq daha da uzadır. Maraqlıdır ki, tək partiya sədrləri yox, eyni zamanda, partiya sədrlərinin müavinləri də vahid namizəd olmağa iddialıdır. Bunlar bir tərəfə qalsın, dağıdıcı müxalifət düşərgəsində qondarma qurum sayılan "İctimai Palata"nın hər bir üzvü də bu qəbildən olan insanlardır. Bütövlükdə, hər kəsin namizədliyə iddialı olması vahid bir mövqenin olmamasına əsaslanır. O səbəbdən, səriştəsiz və bacarıqsız xain şəxslərin toplaşdığı "İctimai Palata"nın ittiham olunması konkret faktlarla qeyd olunub. Müəyyən adlar çəkilməsə də həmin şəxslərin xarici anti-milli qüvvələrə xidməti bunu deməyə əsas verir.


Rəsul Quliyevlə Sülhəddin Əkbər bir-birindən gizli işlər çevirir


Rəsul Quliyev dağıdıcı müxalifət düşərgəsindəki vəziyyəti daha da ağırlaşdırıb. Okenanın o tayında oturub, bu tayında dağıdıcı müxalifət düşərgəsində "katalizatorluq" etməklə hər kəsi ittiham etməsi sifarişdir. "ACP"-dəki vəziyyəti düzəldə bilməyən R.Quliyev düşünürdü ki, bu "estafeti" Sülhəddin Əkbər davam etdirə bilər. Lakin bu cəhdi də uğursuz olduğu üçün başqa yollara əl atır. R.Quliyev S.Əkbəri "ACP"-yə sədr gətirəndə, onların arasında sövdələşmə olmuşdu ki, bütün məsələləri məsləhətləşəcəklər. Əvvəlcədən belə bir razılaşma olsa da, tərəflər buna əməl etməyib. Açığı, hər kəs öz başından iş görüb. Məsələn, "ACP" sədri S.Əkbər "İctimai Palata"ya getmək məqamında R.Quliyevin "İP"-də təxribatçılar var deməsi S.Əkbərin "planlarını" alt-üst edib. Hansı ki, elə S.Əkbər "İP"-ə təxribatçılıq məqsədilə gedirdi. R.Quliyevin məlum açıqlaması nəticəsində, "İP"-i əldən buraxan S.Əkbər R.Quliyevə əsəbləşib. Həmin ittihamla çıxış edəcəyini S.Əkbərə əvvəlcədən bildirməyən R.Quliyev bununla S.Əkbərin gizli işlər çevirmələrinə cavab vermək istəyib. Ümumilikdə, S.Əkbər "ACP"-yə sədr gələndən sonra "ACP"-də olanlar qaçıb dağılıb. Səbəbi isə bununla izah oluna bilər ki, R.Quliyev partiyanın içindən yox, kənardan bir şəxsi gətirib rəhbər seçib. Bunu qəbul edə bilməyən "ACP"-çilər partiyadan üz döndərib.


BABƏK HACIYEV

Digər xəbərlər