PDF Oxu

Müxalifət

  • 67

Əli Kərimov və Leyla Yunusova sövdələşməsi

Əli Kərimov və Leyla Yunusova sövdələşməsi

Məlum olduğu kimi, bir neçə gün öncə "Talişi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) həbs olunub. Guya hüquq müdafiəçisi olan, amma əslində, hüquqdan anlayışı olmayan, kimlərinsə sifarişi ilə danışan Leyla Yunusova Hilal Məmədovun müdafiəsinə qalxır. Görəsən, bu dağıdıcı müxalifət düşərgəsində anti-milli qüvvələrə sifariş edən oyunbazlar nə zaman demokratik dəyərlərə qiymət verməyi bacaracaqlar? Azərbaycanda cinayət məcəlləsinin müvafiq maddələri ilə həbs olunan şəxslər sadəcə ölkədə tutuqları əməlində cinayət tərkibi olduğu üçün həbs edilir. Bunu siyasiləşdirmək dağıdıcı müxalifətin ənənəsidir. Leyla Yunusova kimi əxlaqını qəpik-quruşa satan şəxslərin belə əməllərə don geyindirməklə guya beynəlxalq təşkilatlardan kömək istəməsi kimi fikirlər absurddur. Digər yandan Əli Kərimovun buna münasibəti yenə də bir qrup dağıdıcı müxalifət təmsilçilərinin öz şəxsi maraqlarına uyğun addım kimi büruzə vermək olar. Əli Kərimov qanundan, qanunçuluqdan və hüquq qaydalarından bixəbər şəxsdir. Sadəcə, kim həbs olunursa, tez onun haqqında bəyanat verməklə bu hadisəni şişirdib öz maraqlarına uyğun addım atır. Onun Leyla Yunusova ilə münasibətləri də elə bu istiqamətdə qurulub. Onların məqsədi həbs olunanlar barədə tez-tələsik bəyanat hazırlamaq, bir-iki şəkil də çəkib beynəlxalq təşkilatlara göndərməkdən ibarətdir. Daha düşünmürlər ki, kim nə üçün, hansı səbəbdən həbs olunub. Azərbaycan dövləti jurnalisti yox, cinayət məcəlləsinin müvafiq maddəsilə ittiham edilən Hilal Məmmədovu həbs edib. Jurnalist olmaq insanı məsuliyyətdən azad edirmi, özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunusova? Hər halda, Leyla Yunusova və Əli Kərimov özləri də yaxşı başa düşürlər ki, bu hadisəni siyasiləşdirib, özlərinə sərf edən tərzdə qələmə verirlər. Ayıbdır. Əslində, Leyla Yunusova ayıb nədir bilməz. Onunçün xarici havadarların cibi olsun yetər. Əli Kərimovla ilə Leyla Yunusovanın bu sövdələşməsi, deyəsən, öz bəhrəsini vermir. Keçən il 2 aprel aksiyası zamanı ictimai asayişi kobud şəkildə pozan və dağıdıcılıqla məşğul olan bir sıra şəxslərin həbsinə də eyni münasibət göstərmişdilər. Budur onların iç üzü. Ölkə Prezidentinin humanist addımı ilə əfv edilən şəxslərin azadlığa buraxılmasını beynəlxalq təşkilatların təzyiqi kimi qələmə verənlərə nə deyəsən?! Bu ölkədə demokratik mühitin göstəricisidir. Azərbaycanda demokratik dəyərlər həmişə qorunur və bunun üçün daim dövlət tərəfindən addımlar atılır. Bu, o demək deyil ki, demokratik mühit varsa dağıdıcılıq, pozuculuq məşğul olasan və ya narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama kimi əməllər edəsən, hələ bir buna da haqq qazandırasan. Bu ki müadiəçi yox, köləlik oldu?!

.

Babək Hacıyev

Digər xəbərlər