PDF Oxu

Müxalifət

  • 57

ELÇİBƏYİ KİM ZƏHƏRLƏYİB?

ELÇİBƏYİ KİM ZƏHƏRLƏYİB?

AXCP (i) sədri Əli Kərimovun partiyanın mərhum sədri Əbülfəz Elçibəyə qarşı törətdiyi qaranlıq əməllərdən növbətisi artıq gündəmi zəbt etməyə başlayıb. Bu əməl birbaşa cinayət xarakteri daşıyır və həmin cinayətin onun tərəfindən törədilməsi daha öncələr onunla bir "cəbhədə" olmuş siyasilər tərəfindən sübuta yetirilib.


Mirmahmud Fəttayevdən qısa xatırlatma


Məlumdur ki, "cəbhə" sədri AXC hakimiyyəti dövründə dövlət katibi postunu tutsa da, davamlı olaraq Elçibəyə qarşı aparılan təbliğatın başında dayanıb, onu siyasi arenadan təcrid etməkdən ötrü müxtəlif addımlar atıb. Və sirr deyil ki, bu gün "cəbhəçilərin" böyük əksəriyyəti Ə. Kərimov kimi birisinin AXCP (i)-yə sədrlik etməsinə ürəkdən təəssüflənirlər. Bu fərdin həyatı keçmiş "siyasi həmfikirlərinə" də tam şəkildə bəllidir. Sözün açığı, onun siyasi fırıldaqçılıq üsullarına hətta şeytan da həsəd aparar. Belə ki, Ə.Kərimov o qədər mahir yalançı, o qədər mahir siyasi "moşennik"dir ki, ondan hər nə desən gözləmək olar. Hətta bunu uzun müddət Ə.Kərimovla bir "cəbhədə" təmsil olunan, lakin sonradan kimin yanında olduqlarını dərk edən siyasilər də bəyan ediblər. Məsələn, bir müddət əvvəl mətbuatda geniş müsahibdə ilə çıxış edən "Klassik Xalq Cəbhəsi Partiyası"nın ("KXCP") sədri Mirmahmud Fəttayev AXCP (i) sədrini bağışlanmaz xəyanətdə ittiham etmişdi.

Ə.Kərimovun göstərişilə Azərbaycanda "Demokratiyanın İnkişafı Fondu"nun mərhum prezident Əbülfəz Elçibəyin əleyhinə təbliğat aparılması üçün böyük miqdarda vəsait ayırdığını bildirən "KXCP" sədrinin sözlərinə görə, həmin fondun Qərbdə, ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, fondun pulları təyinatı üzrə xərclənməyib: "Yəni həmin pulların böyük əksəriyyəti Əbülfəz Elçibəyin əleyhinə xərclənib. Sonrakı dövrlərdə konkret olaraq bu, etiraf olundu. Bu barədə sənədlər var. Neçə yüz min dollar birbaşa Elçibəyin əleyhinə təbliğat aparılmasına xərclənib. Bu ciddi məsələdir. Bundan kimsə çox narahat olacaqsa, biz ortaya konkret fakt qoyub, məlumatlı adam çıxara bilərik. O zaman xaricdəki nümayəndənin etiraflarını ortaya qoyacağıq və bəlli olacaq ki, həmin pullar hara xərclənib". Daha sonra Mirmahmud Fəttayev Ə.Kərimovu və "yurdçular"ı nəzərdə tutaraq bunları qeyd edib: "1994-cü ilin yanvar ayında həmin şəxslər "Əbülfəz Elçibəy siyasi meyitdir" deyirdisə, kimə etimad edilməlidir? Hətta rus dilində "stavkanı filankəsə edin" bəyanatı verirdilərsə, "İsa Qəmbər də bitib" fikirləri də səslənirdisə, demək bu, sıradan bir məsələ deyildi. Bu adamların arxasında çox ciddi maliyyə dayanırdı".


"Etiraf edim ki, AXC-"Yurd" mübarizəsi olub...Bu faktdır"


"KXCP" sədrinin sözlərinə görə, "yurdçular" məhz Ə.Kərimovun başçılığı və təşəbbüsü ilə vaxtilə bütöv şəkildə fəaliyyət göstərən AXCP-ni parçalayıblar: "Biz təşkilatın qorunub saxlanması üçün mübarizə aparmışıq. Başqaları isə təşkilat daxilində öz qruplarını qoruyub saxlamaq üçün çalışıblar. Etiraf edim ki, daxildə AXC-"Yurd" mübarizəsi gedib. Bu, olub. Bir xüsusi məqama diqqət yetirməliyik. Biz təşkilatımıza, onun nizamnaməsinə və liderinə sədaqətimizi ortaya qoymuşuq. Onlar da təşkilatın nizamnaməsinə yox, öz qrup mənafelərinə xidməti və təşkilat liderinə xəyanəti ortaya qoyublar. Bu da faktdır. Bunun ikinci bir adı yoxdur. Hətta bu məsələdən istədikləri qədər yararlanıblar".

M.Fəttayev Ə.Kərimovu Əbülfəz Elçibəyə xəyanətdə ittiham edərək, bildirib ki, öz liderinə xəyanət edən imici qazanmış insanla iş birliyində olmaq mümkün deyil: "AXCP tarixində Ə.Kərimov qədər pozuculuq fəaliyyəti, Ə.Kərimov qədər Elçibəy əleyhinə gedən, xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim mövqeyim deyil. Bu, Ə.Kərimovun fəaliyyətinin nəticəsi və adıdır. Bu insanın həvəsi, qisasçılıq hissi, xəyanəti, əxlaqdan uzaq hərəkətləri özünü büruzə verib. O özünü bir gün belə saxlaya bilməyib".


Əli Kərimov daim Əbülfəz Elçibəyi yıxacağı, onu məhv edəcəyi, hətta yer üzündən siləcəyi haqda fikirlər səsləndirib


Artıq bu gün birmənalı şəkildə demək olar ki, Ə.Kərimov özünün pafosla vurğuladığı kimi, heç vaxt Elçibəyin əsgəri olmayıb. Sözsüz ki, bu, bir faktdır və hər ötən gün bu fakt özünü daha tutarlı arqumentlərlə təsdiqləyir. AXCP (i) sədri daim Əbülfəz Elçibəyi yıxacağı, onu məhv edəcəyi, hətta yer üzündən siləcəyi haqda fikirlər səslənirib. Təbii ki, söhbət onun partiyalaşma və bu partiyada öz birinciliyini bərqərar etmə missiyasından gedir. Bəli, Ə.Kərimov hələ Elçibəyin sağlığında sürətlə təşkilatlanır və gizli fəaliyyət sferasında onun əleyhinə beynəlxalq qurumlara, xarici mətbuata məlumatlar ötürürdü. Bu, həmin zamanlar baş verirdi ki, Elçibəyinin başı ölkənin problemlərinin həllinə qarışmışdı. Buradan da aydın olur ki, Ə.Kərimov Eliçbəyin nəinki əsgəri deyildi, əksinə, Elçibəyin birinciliyinə qarşı öz birinciliyini çıxaran bir düşmən əsgəri idi. Düşmənçilik olan yerdə isə, əlbəttə ki, sədaqətdən söhbət belə gedə bilməz. O, Elçibəyə heç bir zaman sədaqətli olmayıb və yalnız Elçibəy dünyasını dəyişdikdən sonra bu kimi ifadələri alver predmetinə çevirdi. Elçibəyin məzarı üstündə göz yaşları tökdü, amma hər kəs gözəl bilirdi ki, onun bu göz yaşları başdan-başa saxta, artistilik, mütrüflük, hətta klounluq göz yaşları idi. O, Elçibəyin ölümü ərəfəsində də ona sadiq əsgər olmadı, onun əsgəri olduğunu davranışları ilə sübuta yetirmədi. Elə bunun da nəticəsi idi ki, Elçibəy bəlkə də o dünyaya nakam getmiş hesab olunur. Məhz Ə.Kərimovun partiya daxilində çaxnaşma yaratması və iki ayağını bir başmağa dirəməsi, sonradan daha da müəmmalı işlərə rəvac verməsi Ə. Elçibəyin son arzusunu ürəyində qoydu.

Ola bilər hörmətli oxucularımızda sual yaranar ki, nədən bəndəniz bu məqama xüsusi diqqət ayırdı. Təbii ki, bunun səbəbləri var. Çünki Ə. Kərimov Ə.Elçibəydən ölümündən sonra az qala əsas silahı kimi istifadə edib, özünün mövcudluğunu, hətta partiyasındakı birinciliyini belə məhz ondan istifadə, onun adının xərclənməsi səbəbindən bərqərar edə bilib. Onu siyasətə, dövlət katibi vəzifəsinə Elçibəy gətirdiyi kimi, o, sona qədər Elçibəyi, onun adını xərclədi ki, öz siyasətini yeridə bilsin. Bir daha qeyd edək ki, o, tarixin ironiyasının qurbanı olduğunu unutmalı deyildi. Çünki onun tale kitabında bundan sonra ən böyük uğuru kimi yalnız AXCP (i) sədrliyi var və daha heç nə yoxdur. Görün, tarix nə qədər haqlıdır ki, nə qədər çabalamasına, müxtəlif iyrənc yollara əl atmasına rəğmən, Ə.Kərimov hələ də partiya sədrliyindən qabağa gedə bilməyib. Bütün bunlar onun məğlubiyyətini təsdiqləməklə yanaşı, bir siyasət adamı kimi fiaskoya uğradığını da açıq şəkildə göstərir.


Hafiz Hacıyev: "Əbülfəz Elçibəy müəyyən adamların yanında etdiyi vəsiyyətində bildirmişdi ki, Əli Kərimli ad günündə içkinin içərisində ona zəhər verib və həmin zəhər də rəhmətlik bəyin xəstəliyinin yaranmasına və dünyasını dəyişməsinə səbəb olub"


Ancaq bu da son deyil. Məsələ ondadır ki, Ə.Kərimovun Elçibəyə qarşı vurduğu zərbələrdən biri də onun mərhum liderinin ölümünə səbəb olmasıdır. Və bu baxımdan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin faktlara-dəlillərə söykənən iddialarına ötəri baxmaq lazım deyil. Bu barədə müxalifətyönlü informasiya agentliklərinin birinə açıqlama verən H.Hacıyev AXCP (i) Ə.Kərimovu Ə.Elçibəyi zəhərləməkdə, onun bu cinayətdə bilavasitə əlinin olduğunu iddia edir: "Əbülfəz Elçibəyə vaxtiylə zəhər verib öldürənlər bu gün onun qəbrini ziyarət edirlər. Əbülfəz Elçibəy müəyyən adamların yanında etdiyi vəsiyyətində bildirmişdi ki, Əli Kərimli ad günündə içkinin içərisində ona zəhər verib və həmin zəhər də rəhmətlik bəyin xəstəliyinin yaranmasına və dünyasını dəyişməsinə səbəb olub. Ona görə də mən Müasir Müsavat partiyasının sədri, Elçibəy fondunu təsis edən Hafiz Hacıyev olaraq hüquq mühafizə orqanlarına müraciət etməyi planlaşdırıram. Ə. Kərimovun Elçibəyi zəhərləyərək öldürməsini sübut etməkdən ötəri araşdırılmasını və bu səbəbdən də onun həbs edilməsini hüquq-mühafizə orqanlarından tələb edəcəyəm".

MMP sədri onu da bildirib ki, məsələylə bağlı ifadə verə biləcək şəxslərin də prosesə cəlb olunub ifadə vermələrinin təmin olunmasına da çalışacaq. Bütün bunların nəticəsi olaraq, belə qənaətə gəlmək mümkündür ki, bu gün "cəbhə" sədrinin cinayətlərinin bir çoxu hələ də pərdə arxasında qalmaqdadır. Və görünür, hər şeyin zamanı çatdığı kimi, Ə.Kərimovun da Azərbaycan xalqı qarşısında cavab verməyinin tam vaxtıdır. Bu, fərziyyə deyil, aksiomdur.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər