PDF Oxu

Müxalifət

  • 59

Leyla Yunusova anti-milli qüvvələrə xidmət edir

Leyla Yunusova anti-milli qüvvələrə xidmət edir

Ölkəmizdə fəaliyyət göstərən bir sıra siyasiləşmiş QHT-lər var ki, onların məqsədi vətəndaş cəmiyyətinə, maariflənməyə yox, çirkin məqsədlərə xidmət etməkdir. Belə QHT-lərdən danışarkən "Demokratiya və Sülh İnstitutu" adlı "təşkilatı" mütləq qeyd etməliyik. Çünki bu QHT-nin məqsədi cəmiyyətdə qarşıdurma yaratmaq və hər hansı bir narazı tərəfə daha çox dəstək verməklə, həmin hadisəni siyasiləşdirməyə xidmət edir. Bu QHT-nin rəhbərinə gəlincə, artıq onun kimliyi və kimə "işlədiyi" məlumdur. Bir sıra anti-milli qüvvələrə xidmət edən həmin "QHT"-nin rəhbəri Leyla Yunusova maliyyə, qrant almaqla onların sifarişinə əsasən "işini" qurub. Bu "qadın" guya özününü hüquq müdafiəçisi sayır. Günahsızı təqsirli, cinayətkar kimi, pozuculuq və dağıdıcılıqla cinayət törədən şəxsi günahsız kimi qələmə verən L.Yunusova insan hüquq və azadlıqlarının müdafiəsindən danışır. Əslində, bu qeyd etdiyim dağıdıcı müxalifət düşərgəsindəki vəziyyəti özündə ehtiva edir. Elə "İctimai Palata"nın da "hüquqlarını" bu formada qanuna zidd olaraq, müdafiə edən "Demokratiya və Sülh İnstitutu" adlı siyasi təşkilat yanlız xarici anti-Azərbaycan meyilli qüvvələrin sifarişini "məmnuniyyətlə" yerinə yetirir. Hər zaman qanunun aliliyindən dəm vuran bu siyasi təşkilat, əslində, qanuna zidd əməllərlə məşğul olur. Ölkədə bütün cinayət əməlinə görə həbs olunanların hüquqlarının müdafiəsinə qalxan L.Yunusova demokratik dəyərlərin və insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasından sui-istifadə edir. L.Yunusovanın bir dərdi də, "siyasi məhbus" məsələsidi. Özünü hüquq müdafiəçisi adlandıran bu şəxsdən soruşmaq istərdim ki, beynəlxalq təcrübədə hansı dövlətin qanunlarında "siyasi məhbus" anlayışı var?! Hər halda, özü də bilir ki, yoxdur. Elə məsələ də burasındadır ki, bu hüquq müdafiəçisi (əgər belə demək olarsa) olmayan prinsipdən danışır. Xüsusilə, bir vaxtlar Ermənistana gedən və "Ermənistanın daha ağıllı, xarizmatik siyasətçiləri var" deyən Ələkrəm Hümbətovun müdafiəsinə qalxan L.Yunusova onu da "siyasi məhbus" adlandırır. Ümumilikdə, bütün əməllərində ermənipərəst mövqe tutun L.Yunusova sadəcə bu tip hərəkətləri ilə gündəmdən düşmür. Onun "QHT"-si məhz bu cür əməllərinə görə anti-milli qüvvələrdən maliyyələşir. Ömründə bircə dəfə də olsun ki, ehtiyatsızlıqdan cinayət törədənin müdafiəsinə qalxmayan L.Yunusova hər zaman qəsdən cinayət törədənlərin yanında olur. Səbəb nədir? Anti-milli qüvvədən maliyyələşən şəxslərdən başqa bir şey gözləmək olmaz.


Babək Hacıyev

Digər xəbərlər