Məlum olduğu kimi, bir neçə gün öncə ölkə Prezidenti İlham Əliyevin humanizmə əsaslanan növbəti Sərəncamı 66 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Baxmayaraq ki, həmin şəxslər ötən il 2 aprel aksiyaları zamanı dağıdıcı və pozucu hərəkətləri ilə müşayiət olunan əməlləri ilə cinayət məsuliyyətinə cəlb edilərək, azadlıqdan məhrum edilmişdir. Həmin aksiyalardan sonra əməlində cinayət tərkibi olan şəxslərə dağıdıcı müxalifət düşərgəsindəki təmsilçilər "siyasi məhbus" adı verib, bar-bar bağırırdılar. Amma bu il həmin şəxslər cinayət törətmələrinə baxmayaraq, yenə də dövlətin humanist addımı ilə azadlığa buraxıldı. Lakin bu humanist addımın dağıdıcı müxalifət düşərgəsində birmənalı qarşılanmaması elə düşərgədəkilərin xislətinin çürük olduğunu bir daha üzə çıxartdı. Elə bununla bağlı mətbuata müsahibə verən AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı bunu humanist addım kimi qiymətləndirməyib. Eyni zamanda, hakimiyyətə təzyiq olduqdan sonra Əfv Fərmanının imzalandığını deyən F.Qəhrəmanlı dağıdıcı müxalifətin əsas "simalarından" biridir. Onun "bişərəf" ifadəsi özünə xitabən köklənəndə, daha gözəl səslənir və ona daha çox yaraşır. Çünki bu şəxs hadisələri digər dağıdıcı və pozucu şəxlər kimi qələmə verərək, siyasi don geyindirir. Həmin şəxslər həbsdə olanda, onların azadlığa çıxmasını tələb edirdilər. İndi həmin şəxslər azadlıqdadır. Məsələ burasındadır ki, onların azadlıqda olması ilə də barışmırlar. Dağıdıcı müxalifətin məqsədi onları azadlıqda yox, həbsdə görmək istəyir. Çünki gənclər həbsdə olanda, guya müxalifəti tənqid etmişlər. Lakin ölkədə insan hüquq və azadlıqları yüksək səviyyədə qorunduğu üçün cinayət törətmiş şəxslər də əfv olunur. Bununla da dağıdıcı müxalifətin çirkin planları iflasa uğrayır. F.Qəhramanlı da bu əqidəyə xidmət etdiyi üçün məyus olub. Bu səbəbdən də, "xislətini" ortaya qoyur. Əslində, F.Qəhramanlı pozucu müxalifət düşərgəsində birmənalı qəbul olunmur. Bu yaxınlarda ona işarə ilə "İctimai Palata"da təxribatçıların olduğu deyilmişdi. Bu məsələyə isə F.Qəhramanlı münasibət bildirməmişdi. Belə görünür ki, həmin siyahıda F.Qəhramanlı da yer alanlardandır.
Babək Hacıyev