PDF Oxu

Müxalifət

  • 72

"Mən faktla danışıram"

"Mən faktla danışıram"

Müxalifət düşərgəsində təmsil olunan hərəkat və bilik sədrlərinin dağıdıcı müxalifət partiyalarının rəhbərlərinə qarşı ittihamları səngimək bilmir. Həmin ittihamlar çərçivəsində önə sürülən iddiaların əksər çoxluğu isə öz təsdiqini tapır. Belə ki, "REAL" hərəkatının sədri İlqar Məmmədov ötən günlərdə həm "İctimai Palata"nın "liderləri" həm də Müasavat və AXCP (i) sədrləri İsa Qəmbərova və Əli Kərimova qarşı kəskin ittihamlarla çıxış etmişdi.

İ.Qəmbərovun və Ə.Kərimovun keçirdikləri hər bir görüşdən piar kimi istifadə etdiklərini deyən İ.Məmmədov bu dəfə "ACP" "lideri" Rəsul Quliyevi korrupsioner olduğunu bildirib və onun dərhal həbs olunmasının vacibliyini qeyd edib. R.Quliyev isə cavabında İ.Məmmədovu "zəif adam" adlandırıb. Lakin "ACP" sədrinin iddiasını rədd edən İ.Məmmədov məsələ ilə bağlı daha bir iddia irəli sürüb: "Mən hər dəfə faktlara əsaslanan fikirlər deyirəm. Ancaq qarşı tərəf əksər hallarda söhbəti mənim şəxsiyyətim üzərinə gətirir. Yəni şəxsiyyətimin ağıllı və ya ağılsız, eləcə də, ciddi və ya qeyri-ciddi olmasından danışılır".

"REAL" sədri hesab edir ki, əslində, R.Quliyevi qıcıqlandıran başqa məqamdır: "O, başqalarını nədəsə ittiham edərkən, öz zəifliyini gizlətməyə çalışır. Ancaq hər şey onun istədiyi kimi alınmır. Bu adamın Azərbaycan xalqı qarşısında günahları çoxdur".

İ.Məmmədov söyləyib ki, onun eks-spikerə münasibəti bəllidir: "Onun Azərbaycan siyasətində olması yolverilməzdir. Rəsul Quliyevin Azərbaycan siyasətində olması Azərbaycan siyasətinə ləkədir. Bu adam korrupsiyanın simvoludur. Bu tipli siyasətçilər müəyyən müddətdə həbsxanada oturmalıdırlar".


Rəfiqə KAMALQIZI

Digər xəbərlər