PDF Oxu

Müxalifət

  • 60

Birlik və qurumlarda daxili qarşıdurmalar artır

Birlik və qurumlarda daxili qarşıdurmalar artır

Araz Əlizadə:

"ACP"-yə yeni gələn Sülhəddin,

Rəsulu bəyənmir, aşıbdı həddin,

"İP", ADP-AMİP əyəcək qəddin,

Birliklər şişərək sınır, çat verir.


Ərəstun Oruclu:

Birliklərin yolu bağlanıbdı kip,

Çətin birləşsinlər ADP-AMİP,

Bir lüzum yoxdu ki, ömür sürsün "İP",

İsa kimiləri ona mat verir.


Araz Əlizadə:

"İP" son vaxt bələnib ancaq kininə,

Hər bir yetkili də minib cininə,

İsa Müsavatda verir eninə,

Əli uzununa "Yurd" da qat verir.


Ərəstun Oruclu:

Bossun liderlərdən marağı qaçır,

Bunlar vurmaqdadı arağı, qaçır,

İsanın, Əlinin dodağı qaçır,

Qərb bunlara nədən qaçar at verir?


Araz Əlizadə:

Etibar öyüdü coşub-daşarkən,

Sərdar da yıxıldı dağı aşarkən,

Sülhəddin mat üçün hazırlaşarkən,

Dəryadan o tayda Rəsul pat verir.


Ərəstun Oruclu:

Gözləri altında bossdan xal durur,

Hər biri yuxudan ertə kal durur,

Bunlar gah yaradır, vurub-uçurur,

Qiyməti el verir, bir elat verir.


Araz Əlizadə:

Başlıca məqsədlər arzuya çatmaq,

Beş qurum yaradıb, onunu atmaq,

Deyirlər çox asan qurub-yaratmaq,

Qərbdən dəstək gəlir, yüz blat verir.


Ərəstun Oruclu:

Hərfin cərgəsini "əlif"ləyirlər,

Birdən mitinq deyib "səlib"ləyirlər,

"ACP"-ni, "İP"-i qəlibləyirlər,

Elə bil, domnalar xam polad verir.


Araz Əlizadə:

Bunlarda olmamış heç zaman talant,

Əlləri amanda içəcəklər and,

Xaric də bunlara bolluca qrant,

Casus, agent kimi fəxri ad verir.


Ərəstun Oruclu:

Məchul fikirləri ilan-qurbağa,

Hər biri qadirdi viski vurmağa,

Bir blok qalmayıb dişə vurmağa,

Hər biri cinahı indi şad verir.


Araz Əlizadə:

Vəziyyət bunları cani edərsə,

Sevinərdi işi ani edərsə,

Bunları Ştrasser qane edərsə,

Bədxah ağızlara şirin dad verir.


Ərəstun Oruclu:

Deməzlər heç zaman tət, əllərinə,

Yeyirlər, düşəndə ət, əllərinə,

Təlimatı belə bəd əllərinə,

Xarici maraqlı bossu-yad verir.


Araz Əlizadə:

Dolanbac yollarda gedirlər kəsə,

Onlar səcdə edir Qərbdə mərkəzə,

İşləməyə razı onlar hər kəsə,

Bunlara qarantı hərdən Çad verir.


Ərəstun Oruclu:

Yanlış duyğuları da pəsdən alır,

Bunlar tərbiyəni də pisdən alır,

Əli təlimatı Parisdən alır,

İsaya İrandan məxfi tat verir.


Araz Əlizadə:

Tale nəsibləri paya deyirlər,

Qoparır xaricdən maya deyirlər,

"İP"-ə təlimatı guya deyirlər,

Afrika elindən bir mulat verir.


Ərəstun Oruclu:

Yığışıb bir yerdə mono gedirlər,

Hər biri xaricə temno gedirlər,

Bunlar qrant üçün sino gedirlər,

Ziyafət zamanı Qərb salat verir.


Araz Əlizadə:

Özünü hər biri saymaqdadı fil,

Liderlər boss deyib qaçırlar qəfil,

Verib əllərinə solmuş qərənfil,

Üstündə narıncı bir xalat verir.


Ərəstun Oruclu:

Daxildən dağılma çox yox, az çəkər,

Yükü bəy liderlər, yəni qaz çəkər,

"İP" güclü bir piket keçirsə əgər,

Qərb də liderlərə şokalad verir.


Araz Əlizadə:

Yoxuşa çıxmaqdan yorulub atlar,

İşə keçmir "İP"-dən keçən blatlar,

Çat verir, azalmır daxili çatlar,

İstər həzin soruş, ya ulat... verir.


Ərəstun Oruclu:

Bəylərin süqutu gözlə qaş kimi,

Baxırlar qranta bir daşbaş kimi,

Qrantı tökməkdə Qərb şabaş kimi,

Bu da bədnamlara qol-qanad verir.


Araz Əlizadə:

Can atmaqda "İP" də lap soxasoxa,

Qərb də yox söyləyib həmişə yoxa,

Bəylər gözlərini dikiblər çoxa,

Bosslar "İP"-çilərə az qrant verir.


Ərəstun Oruclu:

Ol aram, az inci, Cəbi, bezmişəm,

Sataram bir inci cipi, bezmişəm,

Ataram birinci "İP"-i, bezmişəm,

Məqsəd və mənfe bol təzad verir.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər