PDF Oxu

Müxalifət

  • 65

"İctimai Palata"nın dağılması Arif Hacıyevin işinə yarayır

"İctimai Palata"nın dağılması Arif Hacıyevin işinə yarayır

Bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə "İctimai Palata"nın dağılacağına dair xəbərlər yer almışdı. Ancaq baş verən reallıqları qəbul etmək "İctimai Palata"nın AXCP (i)-dən olan nümayəndələri buna kəskin reaksiya verməkdədirlər. Onlar bu tip davranışları ilə cəmiyyətdə elə təsəvvür yaratmağa cəhd etdilər ki, guya "İctimai Palata" haqqında, doğrudan da, şayiələr yayılır və kimlərsə qurumun dağılmasını istəyirlər. Bütün bu cəhdlərinə baxmayaraq, "İctimai Palata"nın müstəqil üzvlərindən olan politoloq Ərəstun Oruclunun "Yeni Müsavat"a verdiyi açıqlaması, Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevin həbsdən çıxandan sonra verdiyi müsahibəsi və dağıdıcı müxalifətin "vahid namizəd" məsələsi ətrafındakı mövqeyi vəziyyətin heç də "cəbhəçilər"in dediyi kimi olmadığını göstərir.

Belə ki, "İctimai Palata"nın müstəqil üzvlərinin mövqeyini ifadə edən Ə.Oruclu qeyd edir ki, məsələni iki partiyanın həll etməsi düzgün deyil. Onun fikrincə, "İctimai Palata" deputatlığa sabiq namizədlərin yaratdığı qurumdur, "vahid namizəd" kimi məsələ partiya kabinetlərində deyil, "İP"-də, hər kəsin gözləri qarşısında həll olunmalıdır.

Baş verənlər isə, sadəcə etiraz deyil, həm də "İctimai Palata"nın dağılacağına dair anonsdur. Həqiqətən də, "vahid namizəd" məsələsi həllini tapmasa, "İP" dağılacaq. Ə.Oruclunu qəzəbli danışmağa vadar edən isə A.Hacıyevin açıqlamalarıdır. A.Hacıyev yuxarıda sözügedən müsahibədə bildirib ki, onun prezidentliyə namizədi İsa Qəmbərovdur və o, bunun üçün çalışacaq. Onun bu fikirləri isə, təbii ki, AXCP (i)-yə qarşı revanş kimi xarakterizə olunur.

AXCP (i)-də isə, hesab edirdilər ki, A.Hacıyev hələ bir müddət həbsdə qalacaq, Müsavat daxilində narazılıq böyüyəcək, Arzu Səmədbəylinin mövqeləri möhkəmlənəcək. Əli Kərimov düşünürdü ki, Müsavat parçalanacaq, A.Hacıyev yeni qurum yaradacaq, "İctimai Palata" fakt qarşısında qalaraq, AXCP (i) sədrinin "vahid namizədliyi"ni dəstəkləyəcək. Amma A.Hacıyev həbsdə olarkən Ə.Kərimov tərəfdarlarının ona qarşı etdiklərini unutmadı.

Xatırladaq ki, "cəbhəçilər" A.Hacıyev "intriqant", "müxalifətin birliyini istəməyən şəxs" kimi təqdim edir, onu həbsdə ola-ola ictimai nüfuzdan salmağa çalışırdılar. A.Hacıyev isə bunun əvəzini çıxır. Onun İ. Qəmbərovun namizədliyini irəli sürməsi AXCP (i) sədri Ə.Kərimova cavabdır. O deməkdir ki, sən məni başqanlığa layiq görmürdün, mən də səni prezidentliyə "vahid namizəd" layiq bilmirəm.

Ehtimal var ki, seçki dönəminə qədər bu ziddiyyətlər böyüyəcək. AXCP (i) A.Hacıyevə qarşı "ümumi işə pəl vurur" tipli suçlamalar irəli sürəcək. A.Hacıyev isə İ.Qəmbərovun "vahid namizədliyi" üçün çalışacaq. A.Hacıyev yaxşı bilir ki, bu məsələ "İP"-də həll olunsa, İ.Qəmbərov Ə.Kərimovu üstələyəcək. AXCP (i) isə buna getməyəcək. Məhz bu baxımdan "palata"nın dağılması AXCP (i)-nin işinə yarayır.


Rəfiqə Hüseynova

Digər xəbərlər