Dağıdıcı müxalifət düşərgəsində xüsusi təxribatçılıq taktikası ilə seçilən AXCP (i) sədri Əli Kərimovun düşərgənin "vahid namizəd" olmaq iddiasına maneçilik törədilir. Çünki Müsavat-AXCP (i) birgə təşəbbüsü ilə yaradılan "İctimai Palata"da təmsil olunan "partiya" olaraq "möve"lərini ortaya qoyub. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacıyev mətbuata müsahibəsində "vahid namizəd" məsələsinə toxunaraq, açıq şəkildə İsa Qəmbərovu dəstəklədiyini deyib. Digər tərəfdən AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı isə Ə.Kərimovun tərəfini saxlayıb və yeganə namizəd kimi Ə.Kərimovun daha çox "tələblərə" cavab verdiyini deyib. Partiyalar arasında bir-birinə güzəşt etməyən "İctimai Palata" təmsilçiləri "İP"-in dağılması prosesini sürətləndirir. Hər halda İ.Qəmbərov ehtiyatı əlində verməyəcək. Çünki o, Ə.Kərimovu yaxşı tanıyır, onun hansı "keyfiyyət"də bir "adam" olduğunu bilir. Hər halda, Ə.Kərimov təxribatçılıq ənənələrinə sadiq qalaraq, İ.Qəmbərovu namizədlikdən uzaqlaşdırmağa çalışacaq. Bunun üçün hələ "plan" cızır.
Anti-milli qüvvələr "İP" torbasını tikib
Onlara havadarlıq edən anti-milli qüvvələrə xəbər göndərilib ki, əgər Ə.Kərimovun namizədliyi dəstəklənəcəyi halda, o da onlara əvvəlkindən də "sadiq" xidmət edəcək. Eyni müraciəti İ.Qəmbərovun da etməsi anti-milli qüvvələrdə arasında "çaşqınlıq" yaradıb. Ə.Kərimov və İ.Qəmbərova havadarlıq edənlər onlara öz iradlarını çatdırıblar. Məlum olub ki, İ.Qəmbərov və Ə.Kərimov onlara tapşırılan dağıdıcılıq əməllərini lazımınca yerinə yetirə bilməyib. Bu səbədən də, "İctimai Palata"nın işə yaramadığını görüb, "İP"-in buraxılmasını tələb ediblər. Dağıdıcı düşərgə təmsilçiləri buna qarşı çıxsalar da, artıq anti-milli qüvvələrdə başa düşüb ki, ölkədəki ictimai-siyasi sabitliyi pozmaz mümkün deyil. Ələlxüsus, Ə.Kərimovun "şəxsində". Elə bu səbəbdən də, "İctimai Palata"nın buraxılması məsələsi gündəmə gəlsə də, bunu gizlətməyə çalışırlar. Bu məsələdə R.Quliyevin də əli olduğu bildirilir. Çünki zamanında "ACP"-ni "İP"-ə gətirmək də elə bu məqsədi daşıyırdı. Sonradan buna ehtiyac olmadı. Çünki "İctimai Palata"da təmsil olunanların ikiüzlülüyü, səriştəsizliyi və şəxsi mənafelərini güdmək cəhdləri parçalanma meyillərini gücləndirdi. Sonradan məlum oldu ki, R.Quliyev özu "İP"-i idarə etmək istəyirmiş. Bunu da anlayan AXCP (i) sədri Ə.Kərimov və Müsavat başqanı İ.Qəmbərov "xüsusi" öyrədilmiş adamlarla ona cavab verdi. "İctimai Palata"da təmsil olunan bu partiyalar R.Quliyevə "nota" göndərdilər ki, "sən get, öz işinlə məşğul ol".
Babək Hacıyev