PDF Oxu

Müxalifət

  • 61

Müxalifətdə süstlük və yeknəsəqlik hökm sürür

Müxalifətdə süstlük və yeknəsəqlik hökm sürür

Əhməd Oruc:

İndi "palata"da tapdanmaqda haqq,

Bunu Ştrasserin adına yazaq,

Rəsul hətta "İP"-dən salındı uzaq,

İsa sədr postunda qalmaq istədi.


Arzu Səmədbəyli:

Müsavat söykənir təməllərinə,

Həsrətlə baxırıq boss əllərinə,

Baxıb Sülhəddinin əməllərinə,

Rəsul xəyallara dalmaq istədi.


Əhməd Oruc:

Bosslarına bollu boyun əyərək,

Durub "İP" lideri gözün döyərək,

Rəsulun pulunu mənimsəyərək,

Sülhəddin təfriqə salmaq istədi.


Arzu Səmədbəyli:

Güman ki, öyrənib çox fənni, Rəsul,

Təşrif buyurmaqda kəfənni Rəsul,

"İP"-ə girmək üçün gücəndi Rəsul,

İsrafil Surunu çalmaq istədi.


Əhməd Oruc:

Atır üzərindən masa, Qəmbəri,

Sevmir yetkililər kosa Qəmbəri,

Tənqid eyləyənlər İsa Qəmbəri,

Ondan da intiqam almaq istədi.


Arzu Səmədbəyli:

Tutubdu xaricdə üsul gözünü,

Bərəldərək "İP"-ə məsul gözünü,

Dikib Sülhəddinə Rəsul, gözünü,

İsanın yerinə olmaq istədi.


Əhməd Oruc:

Olmadı qurultay, qarışdı ara,

"İP"-in qəlbində də dərindi yara,

Ətrafı göstərən təzyiqdən sonra,

İsa xəcalətdən solmaq istədi.


Arzu Səmədbəyli:

Mitinq edir əldə cüt əlcək İsa,

Deyirlər ki, postdan gəl, əl çək, İsa,

Arif eşidəndə gedəcək İsa,

Hərarət köksünə dolmaq istədi.


Əhməd Oruc:

Vida nəğməsini çalarsa əgər,

Bosslara xoş gələr, ularsa əgər,

Başqanlıq postunda qalarsa əgər,

Bossların cibini yolmaq istədi.


Arzu Səmədbəyli:

İstər lider quşu başına qona,

Girməyə hazırdı gündə bir dona,

Müsəlman deyilsən deyəndə ona,

Rəsul hətta namaz qılmaq istədi.


Əhməd Oruc:

Çəkilmir, "gözlərdən tez it" deyəndə,

Getmədi, üzvlər "çıx get" deyəndə,

"Başqanlıq postunu tərk et" deyəndə,

İsa bəy möhkəm bir çomaq istədi.


Arzu Səmədbəyli:

O pazdan deyildi işlədilən paz,

Rəsul kimilər də "İP"-də kök atmaz,

Postu almaq üçün pulun da çatmaz,

Rəsul təqsirini yumaq istədi.


Əhməd Oruc:

Nitqi də ilişib qalıbdı əngdə,

Onun başı qalda, həmişə cəngdə,

Ona bez verdilər müxtəlif rəngdə,

İsa bəy narıncı yumaq istədi.


Arzu Səmədbəyli:

Neylərdin, görsəydin sən yaşıl işıq?

Dedi "İP" verərdi mənə yaraşıq,

Ona deyəndə ki, geyinmisən şıq,

Rəsul bəy şalvara yamaq istədi.


Əhməd Oruc:

Qrantverən boss çim yağ olduğundan,

Qərb də sirli, gözəl bağ olduğundan,

Qrantla damağı çağ olduğundan,

"İP"-çilər bossdan kef-damaq istədi.


Arzu Səmədbəyli:

Böyük "İP" yaratdı İsa və Əli,

Çoxu şok keçirib oldular dəli,

Əhmədin qranta çatmadı əli,

Qutabın üstünə sumaq istədi.


Əhməd Oruc:

Bunların heç zaman gətirməz xalı,

Hətta xaricdə də boşalıb dalı,

İsanın, Əlinin keçmədi falı,

"İP" üçün cadugər və maq istədi.


Arzu Səmədbəyli:

Ağır gəldi ağır itik Əhmədə,

Verdik çalmaq üçün düdük Əhmədə,

"İP"-i tənqid etmə dedik Əhmədə,

Beşotaqlı mənzil və bağ istədi.


Əhməd Oruc:

Kimsə xilas olmaz xata-şərindən,

O qədər düşünmür bunlar dərindən,

Qərb razı qalmadı mitinqlərindən,

Liderlər qızarmaz yanaq istədi.


Arzu Səmədbəyli:

"İP"-də qrant çoxdu, deyim düzünü,

Bosslar dəstəkləyir "İP"-in sözünü,

Son anda Əliyə tutub üzünü,

İsa ondan iri çanaq istədi.


Əhməd Oruc:

Qaba cavab gözlə köntöy-qabadan,

Tərpəniş gözləmə "İP" xarabadan,

İnanma ki, İsa eldən-obadan,

Utanıb-qızarıb, qınaq istədi.


Arzu Səmədbəyli:

Tipin vəzifəsi tipə işləmək,

Başlıca amalı çöpə işləmək,

Biz təklif edəndə "İP"-ə işləmək,

Əhməd təkrar-təkrar sınaq istədi.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər