PDF Oxu

Müxalifət

  • 62

AXCP(i) sədri və müavini sosial şəbəkədə yazılarına başqa imzalar qoyurlar

AXCP(i) sədri və müavini sosial şəbəkədə yazılarına başqa imzalar qoyurlar

Müxtəlif sosial şəbəkələrdə dağıdıcı müxalifətin say tərkibi insanlarla deyil, saxta profillərlə müəyyən olunur. Belə ki, dağıdıcı müxalifət təmsilçiləri sosial şəbəkələrdə müxtəlif adlarla saxta profillər yaratmaqla, onları da özləri idarə edir. Həmin saxta profillərə müxtəlif adlar seçməklə həmin şəxsi AXCP (i) üzvü kimi qələmə verən Əli Kərimov və Fuad Qəhrəmanlının çirkin xisləti bir daha ifşa olunub. Dağıdıcı müxalifət təmsilçiləri, xüsusilə AXCP (i)-çilər yüzlərlə profil yaratmaqla nəinki Azərbaycan dövlətinin ünvanına şər, böhtan yayır, hətta özlərinin murdar "siyasi xətti"nin "piarı"nı aparırlar. Bütün bunlar AXCP (i)-çilərin "sima"sını ortaya qoyur. Dəfələrlə Ə.Kərimovun ünvanına belə saxta işlərlə məşğul olduğu deyilsə də, yenə də nəticə çıxarmır. Hətta bir neçə gün öncə bununla bağlı "İP" üzvü Vaqif Hacıbəyli facebook sosial şəbəkəsində status paylaşıb. Bildirib ki, hamıya məlum olan "Xilas" qrupunda Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevin ünvanına böhtan xarakterli fikirlər səsləndirilir. Həmin statusa A.Hacıyevin qardaşı, "İP" üzvü V.Hacıbəyli şərh yazsa da, şərh sonradan silinib. Sonradan məlum olub ki, saxta "Rasim Əliyev" imzası ilə yazan şəxs AXCP (i) sədrinin müavini F.Qəhrəmanlıdır. Ümumilikdə, belə saxta işlər "İP" üzvlərinə yaraşan bir hərəkətdir. Ə.Kərimov və onun ətrafında olanların sosial şəbəklərdə müxtəlif adlarla profilləri mövcuddur. Eyni zamanda, Müsavat başqa İ.Qəmbərovun dağıdıcı müxlifət təmsilçiləri sosial şəbəkələrdə müxtəlif "qrup"lar yaratmaqla özlərinə məxsus, özləri idarə edən bir neçə saxta profillərlə "qrup"da "say" atırır. Bu yolla guya ətrafları çoxlu sayda gənclərin olduqlarını deyirlər. Hansı ki, gənc fəal kimi təqdim olunan həmin şəxslərin profilini dağıdıcı müxalifətdən kimsə idarə edir. Real olaraq kimsə mövcud deyil. Gənclərin adından saxta profillə fəaliyyət göstərməklə rəzil sima alan Ə.Kərimov və bu kimilərin çirkin xisləti ifşa olunsa da, onlar bunu etiraf etmir.


Babək Hacıyev

Digər xəbərlər