PDF Oxu

Müxalifət

  • 62

«İctimai Palata»da vahid namizəd məsələsi gündəmə gəlsə, nə baş verər?

«İctimai Palata»da vahid namizəd məsələsi gündəmə gəlsə, nə baş verər?

Nüşabə Sadıqova:

Başını dik tutur "İP"-də hər səmə,

Problem lap çoxdan qoyulub dəmə,

"İP"-də namizədlik gəlsə gündəmə,

Çoxsaylı namizəd axışacaqdı.

Pənah Hüseynov:

Mən bu vəzifəyə olmamışam bənd,

Heç kəs çəkə bilməz qarışma bir sədd,

Elə ki, mən oldum vahid namizəd,

Çoxu bir-birinə baxışacaqdı.

Nüşabə Sadıqova:

Bu sığışmasa da məsləkə, dinə,

Namizədlər, hətta çatardı minə,

Vahid namizədlik məsələsinə,

Mənim öz mövqeyim əla, sıcaqdı.

Pənah Hüseynov:

Onların bir çoxu hində gedəni,

Bəziləri səfeh kündə gedəndi,

Mənəm namizədin öndə gedəni,

Necə olsa da "İP" bizim bucaqdı.

Nüşabə Sadıqova:

Xeyli xəyallara dalsaydım özüm,

Sevinərdim, postda qalsaydım özüm,

Əgər namizədi olsaydım özüm,

Deyərdim ki, bu "İP" kamil ocaqdı.

Pənah Hüseynov:

Burda məsələ var lap olum-ölüm,

Bu posta çox möhkəm bağlanıb könlüm,

Çoxları istər ki, namizəd olum,

Mənə salamları qucaq-qucaqdı.

Nüşabə Sadıqova:

Hakim çəkicimi vurum əlimdə,

İsanı, Əlini burum əlimdə,

İstərdim cəmləşsin qurum əlimdə,

"İP" sədri əllərdə mühüm rıçaqdı.

Pənah Hüseynov:

Çoxu eninə yox, rostuna getsin,

Müsavatda İsa rastına getsin,

Qoy onlar başqanlıq postuna getsin,

Mən "İP" sədri olum, bu, qəti şaqdı.

Nüşabə Sadıqova:

Hətta sıralanıb düzüm gedərəm,

Əzimkar gedərəm, dözüm gedərəm,

Seçilsəm, Qərbə də özüm gedərəm,

Altımda hesab et, saz bir uçaqdı.

Pənah Hüseynov:

Götürüb üsullu qolumun üstə,

Çırparam möhkəmcə polumun üstə,

Onlar çıxa bilməz yolumun üstə,

Əli də, İsa da uşaq-muşaqdı.

Nüşabə Sadıqova:

Nahaq əlləşmişəm iki nankorla,

Elə ikisi də əlləşir gorla,

İsa da, Əl idə birlikdə xorla

Deyirlər, səninki qabdı-qacaqdı.

Pənah Hüseynov:

Sənə deyən də yox silkələ toru,

Bu postda qoy özüm qurum matoru,

Bir mənəm "ideya generatoru",

Adıma deyirlər ağ-qara maqdı.

Nüşabə Sadıqova:


Tikə qoparmazsan, hey gəmir məni,

Narahat eyləyir səs-səmir məni,

İndi heç birisi bəyənmir məni,

Yanımda hamısı kor yapalaqdı.

Pənah Hüseynov:

Yersizdi boşuna sındırmaq çənə,

Girməz qulağına nə danlaq, tənə,


Postu başqasına təklif edənə,

Məndən son hədiyyə sərt şapalaqdı.

Nüşabə Sadıqova:

Silibdi fələyin səni, yüz əli,

Sənin sədrliyin gülünc, məzəli,

Səndənsə yaxşıdı İsa, ya Əli,

"İP"-də liderliyin, Pənah, lap ağdı.

Pənah Hüseyov:

Sənə öz sözümü deyirəm qısa,

Qismət olmayacaq mənə də masa,

Oturacaq postda Əli, ya İsa,

Yerimdə oturan məni qınadı.

Nüşabə Sadıqova:

Getməz uzaqlara heç cik-bikimiz,

Yüngüldü onlardan sanbal-çəkimiz,

Layiq də deyilik posta ikimiz,

Qismətinə düşən yaxşı sınaqdı.

Pənah Hüseynov:

Qoy vicdan olmasın, ismət olmasın,

Arzu var, nə olsun, nibət olmasın,

O post heç birinə qismət olmasın,

Onsuz da bizlərdən xeyli uzaqdı.

Nüşabə Sadıqova:

Artıq bossların da boşalıb cibi,

Cırılıb İsanın cibinin dibi,

İndi ölgüləşib çoxunun təbi,

Bu post heç kimə yox, bizə qaynaqdı.

Pənah Hüseynov:

Özüm dinc bir adam, başım da ayıq,

Bir iş görməmişəm hələ nalayiq,

Bu posta yalnız mən olardım layiq,

Pənah hələ canlı, xeyli oynaqdı.

Nüşabə Sadıqova:

Bütün vücudumla salmaqdayam səs,

Mən özüm bir böyük siyasi mərkəz,

Vəzifə postuna layiq olan kəs,

Yalnız mənim kimi bir gülyanaqdı.

Pənah Hüseynov:

İsada, Əlidə müxtəlif rəylər,

Postu tutmaq üçün edirlər səylər,

O həddə başına güc verib bəylər,

İndi hər ikisi sağalmaz rakdı.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər