PDF Oxu

Müxalifət

  • 44

İddialar inamsızlıqla əvəz olunur

İddialar inamsızlıqla əvəz olunur

Müxalifətin bir araya gələ bilməməsinin daha bir səbəbi düşərgədə fəaliyyət göstərən siyasi partiya liderlərinin özlərini biri digərindən üstün tutmalarıdır. Demək olar ki, ayrı-ayrılıqda hər bir təşkilat özünü müxalifətin aparıcı gücü kimi təqdim edir, partiya rəhbərləri özlərini cəmiyyətə "ana müxalifətçi" kimi sırımağa çalışırlar. Yalnız son beş ilə baxsaq, görərik ki, həmin partiyalar seçkilərdən-seçkilərə dəfələrlə bir çox azömürlü qurumlar çərçivəsində birləşib- ayrılıblar. Məhz həmin ayrılmalar səbəbindən müxalifətin "əsas bazası" deyilən "aparıcı" partiyalar iflas həddində olduqları kimi, bir-birlərinə olan inamlarını da tamamilə itiriblər.

Bu baxımdan, ADP sədri Sərdar Cəlaloğlunun mətbuata verdiyi ilginc ifadələri bəzi nüansları daha qabarıq şəkildə nümayiş etdirir. Belə ki, ADP sədrinin sözlərinə görə, növbəti prezident seçkilərinə müxalifətin parçalanmış formada getməsi, yaxud da ümumiyyətlə, gedə bilməməsi qaçılmazdır. Çünki "birlik" formatları ictimaiyyət tərəfindən də ciddi qəbul olunmur. Məsələ ondadır ki, növbəti beştərəfli format haqqınında KİV-lərdə gedən məlumata S.Cəlaloğlu belə münasibət bildirib: "Düşünmürəm ki, ADP, AMİP, "AXCP", "KXCP" və Müsavatın beştərəfli formatda görüşü çərçivəsində vahid namizədlə bağlı razılıq əldə etmək mümkün olsun".

ADP sədri "İctimai Palata" daxilində "vahid namizəd"lərin seçimləri ilə bağlı cərəyan edən hadisələrə də münasibət bildirməkdən imtina edib. Belə ki, S. Cəlaloğlu bunu belə izah edib ki, onun real baxışlara söykənən çıxşları nədənsə AXCP (i) və Müsavat rəhbərlərinin xoşlarına getmir: "Mənim dost kimi də dediyim hər bir fikir AXCP (i) və Müsavat tərəfindən qərəz kimi qəbul edilir. Ona görə də heç nə demək istəmirəm".


RÖVŞƏN

Digər xəbərlər