Sərdar Cəlaloğlu:
Bu blok yanında "İP" özü loxdu,
İsadan, Əlidən üfunət qoxdu,
Rəsul, İqbal, Sərdar artıq blokdu,
"Qarabağ" adlanır qurumun adı.
İqbal Ağazadə:
Deməzdii Əli bəy cipə əvəzdi,
Rəsul bəy İsa tək tipə əvəzdi,
"Qarabağ", əlbəttə, "İP"-ə əvəzdi,
İflasdı "İP"-dəki durumun adı.
Sərdar Cəlaloğlu:
İsa Əli ilə tinində gedir,
"Palata" Qərbə it günündə gedir,
Rəsul "hərəkatı" önündə gedir,
Bizə qrant verən Bill, Tomun adı.
İqbal Ağazadə:
Üz-üzə şər ilə, tasayla Əli,
20 il çarpışdı masayla Əli,
Çoxdan at səyirdir İsayla Əli,
Qalmadı yaddaşda o bumun adı.
Sərdar Cəlaloğlu:
Boss İsaya pivə və bıçki verdi,
Əliyə sərt cavab o seçki verdi,
Rəsul mənə yaxşı bir içki verdi,
Yadımdan çıxıbdı o romun adı.
İqbal Ağazadə:
Dedi "İP"-i keçsin "Qarabağ" təki,
Rəsul etmədi bir sözmü iki,
Blokda o qədər şərab içdim ki,
Silindi şüurdan bir camın adı.
Sərdar Cəlaloğlu:
Əli İsa ilə qalıb sərində,
"İP"-in problemi daha dərində,
Yadında qalmayıb bir liderin də,
Başlarına uçan nəhs damın adı.
İqbal Ağazadə:
Əlinin başını duman-çən alır,
İsa sərəncamı bossdan şən alır,
"İP" də təlimatı xaricdən alır,
Şübhə doğurmaqda məramın adı.
Sərdar Cəlaloğlu:
Pislər başqasını, həm şərlər bunlar,
Sanırlar ki, əsil boz şirlər bunlar,
Viskini litrlə içirlər bunlar,
Yoxdu siyahıda qramın adı.
İqbal Ağazadə:
İsa da, Əli də naqis, müxənnət,
Qoymuş Manukunyan İsaya minnət,
Parisdə görüşüb etmişdi söhbət,
İsaya tanışdı Aramın adı.
Sərdar Cəlaloğlu:
"İP"-çi liderlərə lazım bir pul, post,
Söyləyib şəninə kirvəsinin tost,
Deyib o, həmişə erməniyə dost,
Əliyə ruh verir dramın adı.
İqbal Ağazadə:
"Qarabağ" önündə "İP" dayanıb lal,
Təsdiq də edirəm bunu mən İqbal,
Əli ilə İsa görməmiş halal,
Onları cəlb edir haramın adı.
Sərdar Cəlaloğlu:
Ruhları oxşamır qəzəli isə,
İntihar edərdi o, dəli isə,
Əli rakı seçib, "Yurd" Əli isə
Deyir ki, iflicdi xoramın adı.
İqbal Ağazadə:
Atıblar öz rəmzi bayraqlarını,
"İP"-də itiriblər dayaqlarını,
Özləri tapdalar ayaqlarını,
Yalandan çəkilir koramın adı.
Sərdar Cəlaloğlu:
Gənclər "İP"-də durub fürsət bəkləyir,
İsanı, Əlini onlar təkləyir,
Rəsul deyir "İP" də qulaq şəkləyir,
Çəkilən zamanda paramın adı.
İqbal Ağazadə:
Əli, İsa olub ara düzəldən,
Qrant azlığıdı dərdi təzəldən,
Dözümlü sayılıb "İP"-də əzəldən,
Dar hövsələ, səbri taramın adı.
Sərdar Cəlaloğlu:
Ləzzət alırdılar Herkel, Qrossdan,
Əli mərhum olub çoxsaylı bossdan,
İsa açıq deyib inciyər bossdan,
Ağ çəkilməyincə qaramın adı.
İqbal Ağazadə:
Yalan sözlər deyir, bunda ara bax,
Deyir "səs eşitdim", sən bu kara bax,
Blok anlamında bizdə "Qarabağ",
Fərqli şərh edilib yaramın adı.
Sərdar Cəlaloğlu:
Nə İsa, nə Əli fərqli səfildən,
Rəsul nə öyrənsin "İP"-çi tifildən,
Naqislər Araz, Kür deyir qəfildən,
Beynimdə canlanır Xramın adı.
İqbal Ağazadə:
Yalnız bir "Qarabağ" çıxarar səsi,
Narahat edərdi burda hər kəsi,
Yenə səhvə yozdu "İP" yetkilisi,
Rəsula ünvanlı "uram"ın adı.
Sərdar Cəlaloğlu:
Biz gəldik, "İP"-də də çatladı çanaq,
Çəkər Müsavatın ürəyinə dağ,
Dağıdar "Yurd"ları bizim "Qarabağ",
"İP"-i məyus edib şuramın adı.
İqbal Ağazadə:
Əli "Yurd"u fitlə əvəz olunar,
İsa "İP"-i "İT"-lə əvəz olunar,
Tezliklə Smitlə əvəz olunar,
Mənim moskvalı Yuramın adı.
MİRZƏ QƏRƏNFİL