PDF Oxu

Müxalifət

  • 57

"Ziyalılar Forumu"nda fikir ayrılığı

"Ziyalılar Forumu"nda fikir ayrılığı

Dağıdıcı müxalifət düşərgəsində "Eldar Namazovun dəstəsi" kimi tanınan "Ziyalılar Forumu" bu gün dağıdıcı müxalifətin bütün addımlarını təkrarlayır. Xüsusilə də, son zamanlar dağıdıcı müxalifət düşərgəsində problemə çevrilən "vahid namizəd" məsələsi "Ziyalılar Forumu"nu da hərəkətə gətirib. Müsavat və AXCP (i)-nin partiyalarının birgə təşəbbüsü ilə yaradılan "İctimai Palata"nın tapa bilmədiyi "vahid namizəd" "Ziyalılar Forumu"nda peyda olub. Çünki son zamanlar dağıdıcı müxalifət düşərgəsində Müsavat başqanı İsa Qəmbərovun və AXCP (i) sədri Əli Kərimovun arsında yaranan fikir ayrılığı, digər "İP" üzvlərinin müzakirəsinə çıxarılmışdı. Bu cür fikir səsləndirilmişdi ki, əgər Ə.Kərimovla İ.Qəmbərov razılığa gəlməsə, digər bir şəxsin "vahid namizəd" olması gündəmə gətirilsin. Deyildiyi kimi, Ə.Kərimov və İ.Qəmbərov bir-birinə güzəştə getmirlər. "İctimai Palata"da da yaxşı bilirlər ki, "vahid namizəd" məsələsi boş və mənasız bir şeydir.Pozuculuq etmək ənənələrinə sadiq qalan dağıdıcı müxalifət düşərgəsinin təmsilçiləri hesab edirlər ki, bununla bağlı öz çirkin siyasətlərini davam etdirsinlər. Açıq şəkildə "İP"-də təmsil olunan partiyalar öz mövqelərini ortaya qoymaqla mənsub olduqları düşərgədə "vahid namizəd" kimi gördü. Ümumilikdə, dağıdıcı müxalifət düşərgəsində baş verən hadisələr, "vahid namizəd" məsələsi ilə bağlı yaranan fikir ayrılığı və tərəflərin öz mənafeyini güdməsindən sui-istifadə edərək, "Ziyalılar Forumu"nunda müzakirələrə səbəb olub. Dağıdıcı müxalifətlə eyni "mənafeyə" xidmət edən "Ziyalılar Forumu"nda da yaranan fikir ayrılığı ittihamlara səbəb olub. Vəziyyətdən istifadə edən qondarma forumun üzvü Rafiq Əliyev "vahid namizəd" məsələsinə şəxsi maraqlarından çıxış edərək, öz namizədliyini irəli sürüb. Bu da forumda ciddi fikir ayrılığı yaradıb. Baş verənlərə İ.Qəmbərov və Ə.Kərimov fərqli münasibət sərgiləyib. R.Əliyevə nota göndərilib ki, bu iddiadan vaz keçməzsə, onun haqqında ciddi tədbirlər görüləcək. Hətta narazılıqlarını "dəstə başçı"sı Eldar Namazova da çatdırıblar. E.Namazov da deyib ki, əgər R.Əliyevin belə bir iddiası varsa, onda o, "Ziyalılar Forumu"ndan uzaqlaşdırılacaq. Açıq şəkildə onun qarşısına şərt qoyub. Hər halda, R.Əliyevin belə hərəkəti E.Namazova hörmətsizlik kimi də dəyərləndirilir.

Babək Hacıyev

Digər xəbərlər