PDF Oxu

Müxalifət

  • 56

"İctimai Palata"ya vahid namizəd lazımdırmı?

"İctimai Palata"ya vahid namizəd lazımdırmı?

Əli Kərimov:

İsmi də tarixdə qalmalı "İP"-in,

Sırası "cırtdan"la dolmalı "İP"-in,

Vahid namizədi olmalı "İP"-in,

Özü də gərəkdir sədri mən olum.

İsa Qəmbərov:

Lazımmı arada küsü yaradaq?!

Bəlkə ucalıqda kürsü yaradaq?

Olmazmı həmsədr kursu yaradaq?!

Sən də nəşəli ol, mən də şən olum.

Əli Kərimov:

20 il idarə etdi səni kin,

Dözüb deyimmi ki, gəl boynuma min,

Deyirəm sədr olum, sən ol müavin,

Təkrar deyirsən ki, birgə, tən olum.

İsa Qəmbərov:

Səni dingildədən əməl yadın ki,

Düşdü boss ayağı altda adın ki,

O qədər mazqimi qurdaladın ki,

İstəyin odur ki, dönüb sən olum?!

Əli Kərimov:

Möhkəm qərar tutdum kaha "Yurd"umda,

Hörmətə layiqəm baha "Yurd"umda,

Sakit oturmuşam tənha "Yurd"umda,

Bəlkə sənin kimi boss ütən olub?

İsa Qəmbərov:

Liderliyə layiq "İP"-də mənəm tək,

Sən təxribatçısan, eyləmirəm şəkk,

İstərsən olasan sən özün şimşək,

Arzundu dağılan duman-çən olum.

Əli Kərimov:

Reallıqdan uzaq əfsanə, arzun,

Məni qane etmir biganə arzun,

"İP"-də lider olmaq yeganə arzun,

Yanından yel kimi mən ötən olum.

İsa Qəmbərov:

Həmişə gətirdim Qərbdən dövlət, var,

İniltin edibdi qulaqları kar,

İstərsən olasan sən süni paltar,

Mənsə pambıq parça, ya kətən olum.

Əli Kərimov:

Qəlbində hökmdar etdin şeytanı,

Cəbhəçilər qoydu meydanda canı,

Hərləndim-fırlandım küçə-meydanı,

İstədin səninlə həmvətən olum.

İsa Qəmbərov:

Məni pisləməmiş tapmadın aram,

Ağzından saqqızı götürdü Aram,

Səni cəlb elədi avro yox, dram,

Səni ermənipərəst, mən vətən oldum.

Əli Kərimov:

Qərbən nə gəldisə, qamarladın sən,

O səmtə yolunu hamarladın sən,

Qərbin bosslarını tumarların sən,

Bossun hüzurunda qoy bitən olum.

İsa Qəmbərov:

Sən mənə deyirsən dilini itir,

Manukunyan deyir dəlini itir,

Bosslar mənə dedi Əlini itir,

Sən isə istədin mən itən olum.

Əli Kərimov:

Hətta mane oldun tindən keçəndə,

Sən razı olmadın öndən keçəndə,

Mən səni özümə lider seçəndə,

Sənsə çalışdın ki, mən gedən olum.

İsa Qəmbərov:

"İP"-də qoxlamısan post ətirini,

Almadın mənim tək dost çətirini,

Götürmək istədin boss çətirini,

İstədin başında mən çətən olum.

Əli Kərimov:

Mən ayıq durmuşam, sən yat, yuxula,

Arabir də ki, sən viskidən mıxla,

Məni qabaqladın sən kobudluqla,

İstərdim haraya mən yetən olum.

İsa Qəmbərov:

Natiq ol, yönünü biz tinə tutaq,

"İP"-də mən sədr olub, bir binə tutaq,

Gəl biz siyahını tərsinə tutaq,

"İP"-in sən başı ol, mən bədən olum.

Əli Kərimov:

Mənimlə didişə-didişə uddun,

Boss verdi, çəkərək sən dişə, uddun,

Məbləğin çoxunu həmişə uddun,

Sən qrant gətirən, mən gödən olum.

İsa Qəmbərov:

Sənin kimiləri çox şey itirdi,

Qazancım sənə çox gəlir gətirdi,

"İP"-də sədr postu gözünə girdi,

Sən qal, heç eybi yox mən gedən olum?

Əli Kərimov:

Tamah da salmadım qotur cipinə,

Bir qədər viski vur, otur cipinə,

Bosslar dollar versin, doldur cibinə,

Bəlkə əllərini mən güdən olum.

İsa Qəmbərov:


Kənar ol, olsa da lap zənci sədr,

Hələ "İP" görməyib belənçi sədr,

Olasan yerimdə dilənçi sədr,

Bəlkə mən pul dolu bir mədən olum.

Əli Kərimov:

"Yurd" kimi çatlatma "İP"-i, a zalım,

Sədr olum, müavin ol, qadanı alım,

Deyirsən tükənsə potensialım,

O işıqdan düşmüş kor didən olum.

İsa Qəmbərov:

Adıma bir daha böhtan yamama,

Sözüm də burada yetdi tamama,

Əgər zəhmət çəkilib gəlsən hamama,

Sənin bel sürtənin, həm fitən olum.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər