PDF Oxu

Müxalifət

  • 53

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri...

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri...

Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı regiona növbəti dəfə səfər edəcəklər. Həmsədrlərin bu səfərlərindən gözəntilər nələrdən ibarət olacaq? Bu məsələyə aydınlıq gətirmək üçün siyasi elmlər doktoru, politoloq Elman Nəsirliyə müraciət etdik. E.Nəsirliinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərinin sayı həddindən artıq çoxdur. Bu baxımdan, Azərbaycan ictimaiyyətində, Dağlıq Qarabağ probleminin həll olunması ilə bağlı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona belə səfərlərinin real bir nəticəyə gətirib çıxaracağına ümidlər bir qədər azalıb. Həmsədrlərin budəfəki səfərindən gözləntilər var. Bildiyiniz kimi, iyun ayının 18-də ABŞ-ın dövlət katibi Hillari Klintonun da iştirak etdiyi, həmsədrlərin də qatıldığı və münaqişə tərəflərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin iştirakı ilə Fransada görüşü keçirildi. Bu görüş çərçivəsində razılaşdırıldı ki, ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfərlər etsinlər. Səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşünün keçirilməsi üçün şərait yaradılsın. Bildiyiniz kimi, son dəfə Ermənistan və Azərbaycan prezidentləri 2012-ci ilin yanvar ayında Soçidə görüşüblər. Məhz iyunda keçirilən Paris danışıqlarının ardınca regiona həmsədrlərin səfəri planlaşdırıldı. ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona budəfəki səfərinin məqsədi prezidnetlər səviyyəsində növbəti görüşə hazırlıqdan ibarətdir. Təbii ki, bu səfərin gedişatı zamanı Dağlıq Qarabağ probleminin həll ilə bağlı həmsədrlər yeni təkliflər ilə gələn deyil. Yəni hələ də köhnə təkliflər qüvvəsindədir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu səfərləri çərçivəsində münaqişəsinin həll olunmasında bir daha fikir mübadiləsi aparılacaq. Dağlıq Qarabağ problemin həllində tərəflərin mövqeləri bir daha dinləniləcək. Artıq qərara alınacaq ki, indiki vəziyyətdə prezidentlərin növbəti görüşünün keçirilməsi nə dərəcədə aktual və səmərəli ola bilər.

GÜLYANƏ

Digər xəbərlər