PDF Oxu

Müxalifət

  • 63

Siyasiləşmiş QHT-lərin \"siyasi məhbus\" sevdası...

Siyasiləşmiş QHT-lərin \"siyasi məhbus\" sevdası...

Ölkədə vətəndaş cəmiyyətinə, onların maariflənməsinə xidmət edən çoxlu sayda vətəndaş cəmiyyəti institutları var ki, bu gün onlar üzərlərinə düşən məsuliyyəti dərindən dərk edirlər. Lakin bununla yanaşı, bir sıra \"QHT\"-lər var ki, onların məqsədi anti-milli qüvvələrə xidmət etmək, ölkədə qarışıqlıq yaratmaqdır. Bu çirkin, anti-milli xidmətdə \"Sülh və Demokratiya İnstitutu\"nu qeyd etmək yerinə düşər. Xüsusilə, bu oyuncaq təşkilatın rəhbəri Leyla Yunusova dəfələrlə hazırladığı qeyri-obyektiv və qərəzli hesabatları ilə anti-milli qüvvələrin sifarişini yerinə yetirdiyi açıq şəkildə görünür. Belə ki, L.Yunusovanın əsas azarı \"siyasi məhbus\" məsələsidir. Amma son proseslər göstərir ki, artıq onların \"siyasi məhbus\" kimi qələmə verdikləri şəxslər dövlətin humanist addımı ilə azadlığa buraxılıb. Maraqlı tərəf burasındadır ki, bir müddət öncə, \"siyasi məhbus\" deyə şüvənlik salan L.Yunusovanın artıq səsi batıb. Çünki onun daha \"siyasi məhbus\" kimi hesabata salacaq ismi qalmayıb. \"Sülh və Demokratiya İnstitutu\"nun rəhbəri L.Yunusova çirkin, rəzil işlərlə öz işini qurur və bunun müqabilində anti-milli, anti-Azərbaycan meyilli qüvvələrdən maliyyə alır. Məhz onun addımları anti-milli qüvvələrin sifarişi ilə həyata keçirilir. L.Yunusovanın çirkin bir simanı da onunla ölçülür ki, bu \"qadın\" özünü hüquq müdafiəçisi sayır. Amma, əslində, hüquqdan anlayışı olmayan bir şəxsdir. İnsan hüquq və azadlıqlarından danışan L.Yunusova həqiqəti gizlədərək, özünə sərf edən formada çıxış edir. Xüsusilə, onların beynəlxalq təşkilatlara göndərdiyi siyahılar həqiqətə uyğun deyil. Məsələn, ötənlərdə \"siyasi məhbus\" siyahısı tərtib edib, göndərib beynəlxalq bir təşkilata. Həmin siyahıda 200 siyasi məhbus göstərib. Lakin həmin siyahı əvvəlki ilə fərqli olub. Sonradan məlum olub ki, L.Yunusovanın hazırladığı siyahıda azadlığa çıxanlar da əks olunub. Görünür, bunun daha bir siyahısı var. Hər dəfə \"kopya\" edib göndərir beynəlxalq təşkilatlara. Həmin o siyahıda göstərilənlər də \"İctimai Palata\"da təmsil olunanlar və dağıdıcılıq əməllərinə görə ictimai qaydanı kobud şəkildə pozan şəxslərdir. Bu, bir daha onu deməyə əsas verir ki, L.Yunusovanın rəhbəri olduğu təşkilat bütövlükdə siyasiləşib və dağıdıcı müxalifətin bir qurumu kimi fəaliyyət göstərir. Bununla yanaşı, L.Yunusova bu sifarişi təkbaşına yerinə yetirmir. Onunla \"çiyin-çiyinə\" işləyənlərdən Novella Cəfərova, Arif Yunusov və Eldar Zeynalov kimi şəxslərin də adını çəksəm, yanılmaram. L.Yunusova iddia edirdi ki, guya ölkədə \"siyasi məhbus\" var. Və bu sevda ilə yaşayırdı. İndi isə onun \"siyasi məhbus\" kimi qələmə verdiyi şəxslər azadlıqdadı. Baxmayaraq ki, onun siyahısında həmin şəxslər qalıb. Məsələ burasındadır ki, onun bu \"siyasi məhbus\" sevdası tükənib.


Babək Hacıyev

Digər xəbərlər