Siyasi mühitdə heç bir uğuru ilə yadda qala bilməyən, daim
intiriqalar və ittihamlarla müxalifət düşərgəsində gündəmdə qalan ALP-nin lideri
Lalə Hacıyeva siyasi iflasa uğradığını etiraf edib. O, bu addımını, hələ ki, ciddi
arqumenlərlə əsaslandırmasa da, bir həqiqət mövcuddur: L.Hacıyevanın rəhbərlik etdiyi
siyasi təşkilat artıq tükənib. Belə ki, ötən seçkilərdə olduğu kimi, 2013-cü il
seçkilərində də uduzacağını (hansı ki, onun burada iştirak edib-etməyəcəyi də bəlli
deyildi) yəqin edən partiya lideri belə qənaətə gəlib ki, siyasi partiyasının fəaliyyətinə
xitam versin və köçsün Rusiyaya. Görünür ki, L.Hacıyevaya Rusiya siyasətçiləri tərəfindən
təkliflər verilib və o da buradakı yarıtmaz, dağıdıcı müxalifət təmsilçiləri ilə
həmkar olmaqdansa, Rusiyadakı siyasi dairələrə üstünlük verib. Bu səbəbdən də, ALP-nin
fəaliyyətinə son qoymağı düşünüb. L.Hcıyeva artıq ALP-nin qərargah kimi istifadə etdiyi şəxsi
mənzilini də partiya üzvlərindən birinin adına rəsmiləşdirib. Məlumata görə, o,
Moskvaya köçüb və yaxın zamanlarda bəyanatla çıxış edərək, siyasətdən gedəcəyini
bəyan edəcək.
Yeni partiyanın
Rusiyada elan olunması gözlənilir?
ALP liderinin
bu addımı isə partiya daxilində birmənalı qarşılanmayıb. Uzun müddət ALP-də təmsil
olunan həm sıravi, həm də səlahiyyətli "liberallar" anidən partiyanın
fəaliyyətinə xitam verilməsinin əleyhinə olduqlarını bildiriblər. Artıq narazılıq
həddi sürətlə yüksəlməkdədir. İrəli sürülən iddialardan biri də L.Hacıyevanın adamı,
partiyanın sədri Əvəz Temirxanın adı ilə bağlıdır. Məsələ ondadır ki, funksionerlər
baş verənlərdə bilavasitə Ə.Temirxnın əli olduğunu deyirlər. Çünki əsas məsələ L.Hacıyevanın
ALP-dən getməsi və partiyanın siyasi iflasa uğraması deyil, həmin partiyanın yerinə
başqa formatda siyasi təşkilatın yaradılmasıdır.Əldə etdiyimiz məlumata görə, ALP-nin iflası L.Hacıyeva tərəfindən
rəsmən elan edildikdən sonra, o, Moskvaya köçəcək və bir müddət onunla birgə Rusiyada
qalmağı planlaşdıran Ə.Temirxan oradaca "Azərbaycan Milli Liberal Demokrat
Partiyası" adında siyasi təşkilat yaradacağını bəyan edəcək. Sözsüz ki, həmin
partyanın Rusiyada elan ediməsinin arxasında daha bir neçə nüanslar dayanıb ki,
bu da yaradılması planlaşdırılan təşkilatın Rusiyameyilli partiya olacağından xəbərə
verir.
Rəfiqə Hüseynova