PDF Oxu

Müxalifət

  • 49

Asəf Quliyev: \"İctimai Palata\" dağılmağa doğru gedir\"....

Asəf Quliyev: \"İctimai Palata\" dağılmağa doğru gedir\"....

Dağıdıcı müxalifətin 2013-cü il prezident seçkilərinə \"vahid namizəd\" məsələsi ətrafındakı ziddiyyətli fikirləri səngimək bilmir. Sözügedən məsələ ətrafında yaşanan ən çox hadisələr məhz \"İctimai Palata\"da inhisarçı partiyalar təsiri bağşlayan AXCP (i) və Müsavat arasında gedir. Belə ki, AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərovun sözdə \"vahid namizəd\" ideyası ətrafında müzakirələrin aparılmadığını, ümumiyyətlə, ideyanın gündəlikdə olmadığını söyləsələr də, ayrı-ayrılıqda məsələ ətrafında qızğın rəqabət bu gün də davam edir. Çünki iddiaların hər iki partiya funksionerləri tərəfindən gündəmdə saxlanılması bunu deməyə əsas verir. AXCP (i) sədrinin müavini Asəf Quliyev mətbuata müsahibəsində iki partiya arasında olan münasibətlərdən, \"vahid namizəd\" ideyasından və digər ziddiyyətli məqamlardan danışarkən, Müsavata qarşı kəskin ifadələr işlədib. Eyni zamanda, AXCP (i)-nin Müsavat partiyası ilə müttəfiqliyi qoruyub saxlamaqda maraqlı olduğunu deyən \"cəbhə\" yetkilisi bununla, əslində, münasibətlərdə problemlərin yaşandığını etiraf edib: \"Belə bir gərginliyin yaranması \"İctimai Palata\"nın dağılmasına doğru gedir\".

Yaşanan problemi təkcə Müsavatla bağlı olmadığını deyən AXCP (i) sədrinin müavini İ.Qəmbərova yaxınlığı ilə seçilən Pənah Hüseynovun, həmçinin, digər partiyalardan olan sıravilərin də adlarını hallandırıb: \"Təbii ki, belə münasibətlər gərginlik yaradır. Amma düşünürəm ki, bu günə qədər bir nəfər AXCP (i) funksioneri və rəsmisinə rast gələ bilmərsiniz ki, Müsavat partiyası, eləcə də, onun rəhbər üzvləri haqqında bir kəlmə desin. Qarşı tərəfin addımları davam edir\".

Müsavat partiyasında AXCP (i)-yə münasibətdə ikili yanaşma olduğunu deyən sədr müavini bunu istisna etməyərək, bildirib ki, Müsavatın içərisində bir qrup var ki, \"cəbhə\" ilə müttəfiqliyi, ümumiyyətlə, \"İctimai Palata\"da təmsil olunmasını istəmirlər. Arif Hacıyev isə bu qrupa rəhbərlik edir: Əslində, baş verənlərin AXCP (i)-nin deyil, Müsavatın problemi olduğunu deyən A.Quliyev bununla bütün günahları qarşı tərəfin üzərinə atıb: \"Müsavat partiyasının divanı və rəhbərliyinin həll etmə. Bu məsələyə birmənalı münasibət bildirilməlidir\".


RÖVŞƏN

Digər xəbərlər