PDF Oxu

Müxalifət

  • 46

"Müqavimət Hərəkatı"nda yenə qalmaqal düşdü

"Müqavimət Hərəkatı"nda yenə qalmaqal düşdü

"KXCP"-nin qərargahında "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı"nın idarə heyətinin növbəti toplantısı da, ötənlərdə olduğu kimi, qalmaqalsız ötüşməyib. Belə ki, öncəki toplantılarda maraqları üst-üstə düşməyən siyasi təşkilatlar arasında kəskin ziddiyyətlər yaşanmış, həmin ziddiyyətlər fonunda müzakirələr yarımçıq saxlanılmışdı. Sonuncu toplantıda yaşanan qalmaqalda əsas baiskarlar "ACP" sədri Sülhəddin Əkbər və partiyanın digər səlahiyyətlisi Vaqif Mahmudov olub. Məsələ ondadır ki, qurumun apardığı müzakirələrdə "ACP" lideri Rəsul Quliyevin "hərəkatı" sərt tənqid edən fikirləri də yer alıb.

Bu baxımdan, R.Quliyevin məlum fikirlərini əsassız hesab edən qurum təmsilçiləri onun parçalayıcı mövqedən çıxış etdiyini bildiriblər.


Əhməd Oruc: "Dəfələrlə müraciətimizə baxmayaraq, "Açıq Cəmiyyət Partiyası"ndan bu məsələyə aydınlıq gətirilmədi"


Davamlı olaraq mətbuatda R.Quliyevi tənqid edən "Azadlıq" partiyasının sədri Əhməd Oruc öz tənqidlərində haqlı olduğunu sübut etməkdən ötrü bildirib ki, "ACP" lideri "hərəkatı" xalqdan kənar və ümidləri doğrultmayan qurum adlandırmaqla heç bir arqument ortya qoya bilməyib: "Dəfələrlə müraciətimizə baxmayaraq, "Açıq Cəmiyyət Partiyası"ndan bu məsələyə aydınlıq gətirilmədi".

"Azadlıq" sədri belə davam edərsə, "ACP"-nin qurumdan çıxarılması zəruriliyi barədə tələblərlə çıxış edib. Onun fikirncə, R.Quliyev liderlik etdiyi partiyaya yeni sədr təyin etdikdən sonra tərzini dəyişib və məramının nədən ibarət olması qeyri- müəyyənliyini qoruyub-saxlamaqdadır. "ACP" sədri S.Əkbərin toplantıya qatılmaması arxasında bəzi məqamların dayanması şübhəsizdir. Çünki o, hələ Müsavatda təmsil olunduğu zaman hazırda "hərəkat"da fəaliyyət göstərən partiya sədrləri ilə ciddi siyasi intriqalar yaşamışdı. Keçmiş umu-küsüləri yaddan çıxartmayan S.Əkbərin bu kimi davranışları isə başadüşüləndir. "ACP" sədrinin öz liderini "hərəkat"a qarşı çıxmağa məcbur etməsi arxasında bu kimi halların yaşanması təəccüb doğurmamalıdır. Eyni zamanda, toplantıya qatılmamaqla S.Əkbərin oraya müavinini göndərməsi, V.Mahmudovun isə kəskin iradlarla çıxış etməsi, əslində, oradakılara olan ismarıcdır. Çünki R.Quliyev barədə deyilənlərə əsəbi reaksiya bildirən "ACP"-nin sədr müavini deyib ki, R. Quliyevin fikirləri narazılıq yaradıb: " Mən orada bu məsələnin müzakirəsinə qarşı çıxdım və onun əleyhinə getdim. Amma "Müqavimət Hərəkatı"nda məsələlər səsvermə yolu ilə həll edildiyindən müzakirə aparıldı və Rəsul müəllimin fikirləri əsassız hesab edildi".

"ACP"-nin yaxın günlərdə "Müqavimət Hərəkatı"ndan rəsmən çıxması ehtimalına gəlincə, V.Mahmudov bunu istisna etməyib. "ACP"-nin sədr müavini dolayısı ilə bildirib ki, haqda suala gəlincə, gələcəklə bağlı konkret danışmaq istəmir. Bu isə, onu deməyə əsas verir ki, S.Əkbərin toplantılara qatılmaması, V.Mahmudovun isə həmin toplantıda qalmaqal salması artıq oradakı vəziyyəti bütün çılpaqlığı ilə əks etdirir.

R.RƏSULOV

Digər xəbərlər