PDF Oxu

Müxalifət

  • 70

Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovla barışıb?

Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovla barışıb?

ADP sədri Sərdar Cəlaloğlu ilə həmin partiyanın təmsilçilərindən olan qardaşı Qurban Məmmədov arasında hələ ötən il ciddi ixtilaflar yaşanmışdı. Hətta hər iki qardaş arasında baş verənlər bütövlükdə barışmaz xarakter almış, tənqidlər təhqirlərlə əvəzlənmişdi. Bu baxımdan, düşərgədə fəaliyyət göstərən siyasi partiyalar ADP-də baş verənlərdən fürsətcə istifadə etmiş, tərəflər arasında yaranmış münaqişədən şəxsi dividentləri üçün istifadə etmək istəmişlər.

Razılığın ilikin şərtləri intiqam üzərində qoyulub

Baş verənlərdən sonra, qardaşlar arasında buzların əriməsi müşahidə edilir. Belə ki, bu günlərdə ADP qərargahında qarşı-qarşıya gələn S.Cəlaloğlu və Q.Məmmədov yeni siyasi ideya müstəvisində razılığa gəliblər. Adının açıqlanmasını istəməyən mənbənin verdiyi informasiyaya görə, hazırda Müsavat başqanı İsa Qəmbərovun partiyasındakı mövqe zəifliyi hər iki qardaşın siyasi dividendlərinə səmərə verə bilər. Bu baxımdan, onların görüşərək, müəyyən razılıqlara gəlmələri inandırıcı görünür.

Qardaşlar arasındakı razılaşmaya əsasən, Q.Məmmədov bu dəfə AXCP (i) sədri Əli Kərimovla razılığa gəlib və Müsavat başqanına qarşı hücum taktikasında S.Cəlaloğlunun müəyyən təsirlərinin olacağını ona inandırıb. Əvəzində isə, ADP-nin müxalifət düşərgəsindəki mövqeyinin toxunulmaz olacağı barədə şifahi razılığa gəlinib. Görünür, S.Cəlaloğlu da bu kimi vəziyyətdən istifadə etməyi qərara alıb. Ona görə də qardaşı Q.Məmmədovla barışmaq qərarına gəlib.

Lakin onu da qeyd edək ki, Müsavat başqanı hazırda öz kreslosu uğrunda mübarizə aparmasına rəğmən, qardaşlar tərəfindən ona qarşı planlaşdırılmış hücumlardan xəbərdardır və qabaqlayıcı tədbirlərini görüb.

Qalmaqallardan kənarda qalmayan Pənah Hüseynov

Mənbənin bildirdiyinə görə, İ.Qəmbərova yaxınlığı ilə seçilən Pənah Hüseynov S.Cəlaloğlu-Q.Məmmədov cütlüyününü Müsavat başqanına qarşı gözlənilən qəfil hücumlarının qarşısını almaq üçün plan hazırlayıb. Planın tərkib hissəsi isə ADP-də çaxnaşmaların yaradılması, yeni hərc-mərcliklərin süni şəkildə əmələ gətirilməsidir. Çünki hazırda partiya daxilində sədr-müavin qarşıdurmaları da hökm sürməkdədir. P.Hüseynov üçün isə həmin vəziyyətdən "məharətlə" istifadə etmək elə də çətin deyil.

Həmin plana əsasən, bu, baş verərsə, ADP-dən ciddi qopmaların baş qaldırması ehtimalı yarana bilər. Bu isə dağıdıcı düşərgədə onsuz da mürəkkəb olan vəziyyəti daha da çətin duruma salacaq. Nəticədə, 2013-cü ilə "ümid" bəsləyən müxalif qütbün bütövlükdə iflasa məruz qalması məntiqi sonluğu ilə başa çatacaq.

Rəfiqə Hüseynova

Digər xəbərlər