PDF Oxu

Müxalifət

  • 81

"ACP"-"Ümid" qarşıdurması şiddətlənir

"ACP"-"Ümid" qarşıdurması şiddətlənir

Bu günlərdə müxalifət mətbuatına çıxaraq, "ACP" liderini hər tərəfdən "baltalayan" "Ümid" partiyasının sədri İqbal Ağazadə iddia etmişdi ki, partiyasına liderlik edən Rəsul Quliyev siyasətçi deyil, əslində, bütün tarixi imkanlarını, şanslarını itirmiş, tükətmiş adamdır: "2003-də, 2005-də son şanslarını özü tükətdi. Rəsul Quliyev Azərbaycanı tanımır. Azərbaycanı tanımayan insan Azərbaycana rəhbərlik edə bilməz. Rəsul Quliyevin tanıdığı 1996-97-ci illərin Azərbaycanı çox-çox uzaqlarda qalıb. Ölkədə ona səs verə biləcək zavod düşüncəli insanlar yoxdur, əksinə, dünyaya fərqli düşüncə ilə baxan ciddi bir gənclik yetişməkdədir. Rəsul Quliyev düşünürsə ki, neftayırma zavodundakı xidmətlərinə görə, hələ insanların yaddaşında qalıb, yanlışlığa yol verir. O zavodu çoxdan söküblər. Onun daha bir yanlışlığı isə siyasətə regional aspektdən yanaşmasıdır. Sülhəddin Əkbərə hörmət edirəm. Ancaq ən uğursuz variant məhz onun partiya sədrliyinə gətirilməsidir".

Ağasif Şakiroğlu: "Yaxşı olardı ki, İqbal Ağazadəyə falçılıqla deyil, ciddi siyasi fəaliyyətlə məşğul olsun"

İ.Ağazadənin sərt və kəskin reaksiyaına etiraz edən "ACP" yetkililəri partiya sədrini ciddi siyasi fiqur hesab etmədiklərini, onun fikirlərinin əhəmiyyətsiz olduqlarını deyiblər. Belə ki, "ACP"-nin yeni sədri Sülhəddin Əkbərin, ümumiyyətlə, İ.Ağazadənin tənqidlərinə münasibət bildirməməsi, digərlərinin isə münasibətdən daha çox, təhqirə-təhqirlə cavab vermələri bunu deməyə əsas verir. R.Quliyevin müşaviri Ağasif Şakiroğlu yaşanan ziddiyyətli fikirlərlə bağlı bildirib ki, o da "Ümid" sədrinin dediklərini ciddiyə almaq niyyətində deyil: "Mən İqbal Ağazadəni ciddi siyasi fiqur hesab etmirəm. Yaxşı olardı ki, İqbal Ağazadə falçılıqla deyil, ciddi siyasi fəaliyyətlə məşğul olsun. İqbal Ağazadənin yaddaşını təzələmək üçün demək istəyirəm ki, insanlar barəsində fikir söyləməmişdən əvvəl öz keçmişini xatırlasın, sonra danışsın. Onun gələcəkdə də heç bir siyasi uğur əldə edə bilməyəcəyini bəyan edirəm".

Göründüyü kimi, müxalifət düşərgəsində ard-arda yaşanan ziddiyyətli olaylar çərçivəsində təkcə "ənənəvi müxalifət" partiyaları deyil, eyni zamanda, başqa siyasi təşkilatlar arasında da ciddi fikir ayrılıqları yaşanmaqdadır. Bütövlükdə isə, nəzər saldığımız zaman şahidi olarıq ki, əslində, 2013-cü ilə hesablanmış intriqalı addımlar müstəvisində müxalifət düşərgəsi mənsubları öz şanslarının itirildiklərini dərk edirlər. Və maraqlsı da odur ki, onlar itirilmiş şanslarını bir-birlərinin günahlarında axtarırlar. Bu amil isə düşərgənin iflasını daha sürətlə reallaşdırır.

RÖVŞƏN

Digər xəbərlər