PDF Oxu

Müxalifət

  • 55

Dağıdıcıların \"bazarlıqları\" baş tutmadı

Dağıdıcıların \"bazarlıqları\" baş tutmadı

Son zamanlar Qərbin nüfuzlu siyasi dairələrinin Azərbaycana səfərləri çərçivəsində onların özlərini \"ənənəvi müxalifət\" kimi təqdim edən dağıdıcı müxalifət \"liderləri\" ilə görüşlərdən imtina etmələri düşərgə səlahiyyətlilərinin qıcıqlanmalarına səbəb olub. Hətta bu kimi qıcıqlanmalar \"liderlər\" tərəfindən açıq şəkildə eyham olunur ki, nəticədə, dağıdıcıların, həqiqətən də, Qərbdən asılılıqları məsələsi öz sübutunu tapır.

Bu baxımdan, onsuz da daxili dayaqlarını itirməkdə olan müxalifət düşərgəsi xarici dayaqlarının da əldən çıxmasını yaxşı anlayırlar. Çünki onlara olan inam artıq mövcud deyil. Mövcud olmayan bir amilə dəstək verməyin isə adı yoxdur. Lakin dağıdıcılıq yolunu seçən \"İctimai Palata\" rəhbərlərinin hakimiyyətlə nüfuzlu Qərb siyasi dairələrinə tərəf atmağa cəhd etdikləri çamur qayıdıb onların öz yaxalarına düşür.


\"Liderlər\" ermənilərə hava-su kimi lazım olan ifadələri məhz Azərbaycanda, rahat şəkildə keçirdikləri toplantılarda işlədirlər


Belə ki, \"İctimai Palata\"nın növbəti toplantısında da mövzu qıtlığı yaşayan \"liderlər\" - Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov yenidən \"siyasi məhbus\" məsələsini qabartmaqla, əslində, özlərinin nə qədər çək-çevirçi olmalarını təsdiq ediblər. Bu gün ölkəmizdə mövcud olan demokratik mühitə zərbə vurmağa çalışan qondarma lierlər \"insanlar azad yaşasa, azad danışmağa başlasa, hakimiyyətləri süquta uğrayacaq\" kimi ifadələr işlədərkən, görünür, unudurlar ki, onlar ermənilərə hava-su kimi lazım olan bu kimi ifadələri məhz Azərbaycanda, rahat şəkildə keçirdikləri toplantılarda işlədirlər. Eləcə də, yadlarından çıxardırlar ki, onlar məxsus mətbuat və informasiya şəbəkələri mövcuddur və həmin şəbəkələr vasitəsilə istənilən böhtanlarını, şantaj və qarayaxmalarını gün işığına çıxarmağa nail olurlar. Sonra da deyirlər ki, guya bu ölkədə nə demokratiya, nə də ki, söz və ifadə azadlığı var. Əslində, bu kimi olmazın vasitələrlə gündəmdə qalacaqlarını düşünən \"liderlərin\" öz zəifliklərini, günahlarını başqalarının üzərində axtarmaları onların hansı \"şərəfə və ləyaqətə\" layiq olmalarının tam göstəricisidir. Bir sözlə, dağıdıcı müxalifət \"liderləri\" olan Ə.Kərimovun və İ.Qəmbərovun Azərbaycana qarşı işlətdikləri xəyanətkarlıq \"maşınları\" var gücü ilə işləyir. Amma bu \"maşının\" yaxın ərəfələrdə tamamilə sıradan çıxması da qaçılmaz olacaq.


Separatçılara dəstək vermək şərəfsizlik deyilsə, bəs nədir?!


Bu gün separatizm dalğası yaratmağa cəhd göstərən bəzi güclərin həbs olunmalarına belə, şəxsi dividendləri xatirinə siyasi don geyindirməyə cəhd edən Ə.Kərimovun, İ.Qəmbərovun Azərbaycan xalqına qarşı sərgilədikləri bişərəflikləri heç kimdə təəccüb doğurmamalıdır. Çünki Azərbaycan xalqının bir nömrəli düşməni hesab edilən erməni-daşnak terrorçuları ilə iş birliyinə gedən güclərin Əlikram Hümbətov kimi separatçıların Hilal Məmmədov kimi adamlarını müdafiə etmələri bu qəbildən olan xəyanətlərdəndir. Yəni kimliyindən asılı olmayaraq, istər qatı cinayətkarları, istər qatilləri, istərsə də dövlətinə xəyanət edən şəxsləri müdafiə etməyin özü həmin insanların hansı ada mənsub olmalarını aşkar şəkildə göstərir.

Lakin bu da son deyil. Məsələ ondadır ki, \"palata\"nın sonuncu toplantısında İ.Qəmbərov və Ə.Kərimov daha da irəli gedərək, separatçıların, dövləti cinayətdə iştirak edən şəxslərin guya azadlıqlarının boğulduğunu iddia edirlər və həyasızcasına iddia edirlər ki, guya hakimiyyət qarşıdurma yaratmaqla, ölkədaxili və beynəlxalq miqyaslı oyunlar qurmaqda maraqlıdır (?!) Onların bu kimi sərsəm, yarasız və satqınçılıq üzərində qurulmuş cümlələrindən bir həqiqət meydana çıxır ki, Azərbaycanda xaos və anarxiya tərəfdarları kimi daim çaxnaşmalar yaratmağa çalışan dağıdıcılar öz əməllərini demokratik, təməli möhkəm dövlətin üzərinə atmaqla, separatçı qüvvələrin dəyirmanlarına su tökürlər. Bu isə elə-belə əmələ gələn ifadələr deyil. Bu, onların həmin qüvvələrlə olan iş birliklərinin nəticəsidir.

Və bu gün özlərini \"milli qüvvələr\" deyə ictimaiyyətə, cəmiyyətə sırımağa cəhd edən xəyanətkarlar toplumunun separatçıları müdafiə etmələri onların \"milli qüvvə\" deyil, satqın qüvvələr olduqlarını təsbit edir. Kimi gəldi \"siyasi məhbus\" kimi qələmə verən İ.Qəmbərov - Ə.Kərimov cütlüyünün bu kartlarını açıq etmələri isə, bir daha onu deməyə əsas verir ki, qeyri-ciddi xarici qurumları çıxmaq şərti ilə onların ciddi, baş verən proseslərə düzgün qiymət verən nüfuzu Qərb təşkilatlarının nümayəndələri ilə \"bazarlığa\" gedə bilməmələri dağıdıcı müxalifət \"liderlərinin\" son ümidlərini tükəndirib.


R.RƏSULOV

Digər xəbərlər