PDF Oxu

Müxalifət

  • 54

Dağıdıcı müxalifətdə təmsil olunan gənclər səhv yolda olduqlarını etiraf edirlər

Dağıdıcı müxalifətdə təmsil olunan gənclər səhv yolda olduqlarını etiraf edirlər

Müsavat və AXCP (i)-də cəmləşən azsaylı gənclər var ki, onlar Əli Kərimov və İsa Qəmbərov kimi rəzil simaların siyasətinə alət edilərək, onların çirkin kampaniyalarına qoşulublar. Dağıdıcı müxalifətin əsas məqsədi gəncləri doğru yoldan çəkindirmək, onları dağıdıcılılıq, pozuculuq işlərinə cəlb etməkdən ibarətdir. Onların gələcəyini təhlükəyə atmaq, gənclərin ictimai nüfuzuna xələl gətirmək kimi mənfi məziyyətlərə xidmət edən dağıdıcı müxalifət liderləri gənclərdən öz çirkin məqsədləri üçün istifadə edir. Xüsusilə, bir qrup gənci anti-milli qüvvələrlə əməkdaşlığa sövq edən Ə.Kərimovun məqsədi ermənilərlə iş birliyi qurmaq və gəncləri onlarla sıx əməkdaşlıq etməyə hesablanıb. Bunun üçün sosial şəbəklərdən daha geniş istifadə olunur. Dağıdıcı müxalifətin bu çirkin siyasətinə alət olan bir qrup gənclər ermənipərəst mövqedən çıxış etməklə artıq qınaq obyektinə çevrilib. Xüsusilə, ölkədə bir qrup gənci bu cür rəzil əməllərə sürükləyən AXCP (i) sədri Ə.Kərimov və Müsavat başqanı İ.Qəmbərovdur. Həmin partiyaların birgə təşəbbüsü ilə yaradılan "İctimai Palata"nın 2011-ci il aprelin 2-də dağıdıcılıqla müşayiət olunan aksiyası zamanı gənclərin həbs olunması göstərdi ki, gənclər onların əlində vasitə kimi istifadə olunur. Dağıdıcılıq əməllərinə görə ictimai asayişi kobud şəkildə pozan gənclərin həbsindən sonra "siyasi məhbus" oyunu düzəldən rəzil müxalifətin iç üzü bir daha ifşa oldu. Amma son proseslər göstərir ki, həmin gənclər zaman-zaman öz səhvini anlayır. Başa düşür ki, dağıdıcı müxalifətin ətrafında birləşmək sadəcə onun həyatını təhlükəyə atır. Lakin yeni mərhələdə aldadılan gənclərin bir neçəsi səhvini anlayaraq, Ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə hazır olduğunu bəyan etdi. Artıq gənclərdə müəyyən vaxt keçdikcə kimlərinsə əlində vasitə olduqlarını başa düşür. AXCP (i) sədri Ə.Kərimovun gəncləri doğru yoldan çəkindirmək, pozuculuq və dağıdıcılıq əməllərinə sürükləməklə bağlı "xüsusi taktikası" var. Ümumilikdə, Ə.Kərimov gənclərə ermənipərəst mövqe aşılamaqla onları öz dövlətinin, ölkəsinin, millətinin ünvanına dağıdıcılıq və pozuculuqla müşayiət olunan hərəkətlər etməyə vadar edir. Ölkədə gənclərin aparıcı qüvvə hesab olunduğu bir zamanda dağıdıcı müxalifətin gənclərə bu yöndən təsiri birmənalı qarşılanmır. Ermənipərəst mövqedən çıxış edən Ə.Kərimov hətta gəncləri ermənilərlə iş birliyini qurmaqdan da çəkinmir. Onun Azərbaycan dövlətinə, xalqına bu cür xəyanətkar mövqeyi onun cılız və ucuz bir "qüvvə" olduğunu göstərir. Bu gün gənclərin gələcəyini təhlükəyə atan Ə.Kərimovun vaxtilə Ruslan Bəşirlini ermənilərlə iş birliyinə göndərməsi unudulmayıb. Bir zamanlar AXCP (i) sədrinin anti-milli siyasətinə uyan R.Bəşirli öz səhvini anlayıb və ölkə Prezidentinin addımlarını dəstəkləməyə hazır olduğunu bəyan edib. Öz səhvini etiraf etməyinə baxmayaraq, bir zamanlar masa arxasında ermənilərlə iş birliyi qurması hələ də onun ictimai nüfuzunda bir qara ləkə olaraq qalıb. Hər halda, R.Bəşirlinin bu addımı bu gün həmin o gənclərə bir mesajdır. R.Bəşirli bu addımı ilə demək istədi ki, Ə.Kərimov kimi xəyanətkar insanlara yox, yalnız Azərbaycan dövlətinin başçısı İlham Əliyev cənablarının ətrafında sıx birləşməklə uğur qazanmaq olar. Bu sırada Bəxtiyar Hacıyevi də qeyd etmək lazımdır. Çünki B.Hacıyev də dərk etdi ki, dağıdıcı müxalifət yalnız gəncləri məhvə aparır. Əgər gənc öz gələcəyini rəvan etmək istəyirsə, yalnız ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməlidir.


Babək Hacıyev

Digər xəbərlər