PDF Oxu

Müxalifət

  • 79

Müxalifət niyə birləşə bilmir?

Müxalifət niyə birləşə bilmir?

Dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiyaların illərdir bir araya gələ bilməməsinin səbəbi tərəflərin hər hansı bir məsələdə vahid mövqedən çıxış edə bilməməsidir. Zaman-zaman dağıdıcı müxalifət təmsilçiləri müxtəlif qruplar, birləşmələr yaratsa da, bu uzunömürlü ola bilməyib. Elə Müsavat-AXCP (i)-nin birgə təşəbbüsü ilə yaradılan "İctimai Palata" da bu cür yaradılan birliklərdəndir. Qəribəsi odur ki, "İctimai Palata" yaradılanda məqsəd və məram demokratik dəyərlərə əsaslanmağa hesablanmışdır. Amma yaradıldıqdan sonra dağıdıcılıq və pozuculuqla müşayiət olunan anti-milli hərəkətləri "İP"-i, tənəzzülə doğru apardı. Hətta bununla bağlı dağıdıcı müxalifət düşərgəsində təmsil olunanlar da özləri bunu etiraf etdi. Düşərgədən fikirlər səsləndirildi ki, "İctimai Palata" yalnız mitinq keçirmək üçün yaradılıb. Ümumilikdə, ölkədə keçirilən seçkilərdə heç bir uğur qazana bilməyən dağıdıcı müxalifət hər seçkidə məyus oldu. İstər bələdiyyə, istər Milli Məclisə keçirilən seçkilərdə, istərsə də prezident seçkilərində xalqın səsini ala bilməyən dağıdıcı müxalifət yenə də bu xülyadan əl çəkmədi. Xalq tərəfindən dəstəklənmədiyini görən dağıdıcı müxalifət zorla xalqı öz tərəfinə çəkmək istəyi də baş tutmadı. Bu, bir daha onu göstərdi ki, dağıdıcı müxalifətin sosial bazası yoxdur. Onların əsas məqsədi anti-milli qüvvələrlə birləşib ölkədə qarışıqlıq yaratmaqdır. Xüsusilə, ermənipərəst qüvvələrlə iş birliyi qurmaq, Azərbaycan xalqını, millətini aşağılamaq kimi çirkin əməllərlə yadda qaldı. Həmin anti-milli, anti-Azərbaycan meyilli qüvvələrdən maliyyə almaqla dağıdıcılıq və pozuculuq etdilər. Yenə də həmin çirkin siyasətlərindən əl çəkmirlər. Özlərini müxalifət adlandıran dağıdıcı qüvvələr müxalifət anlayışı dərk etmir. Ölkədə demokratik dəyərlərin yüksək səviyyədə qorunduğundan sui-istifadə edərək, aksiyalar keçirməyə cəhd edir, ictimai rəyi çaşdırmağa çalışır. Azərbaycan xalqı artıq bu anti-milli qüvvələri dəstəkləmir. Çünki bir vaxtlar ölkəni xaos, anarxiyaya sürükləyənlər indi xalqı firavan günə çıxaracaqlarından dəm vururlar. Hansı ki, xalq 1993-cü ildə öz seçimi edib. O vaxtlar ölkəni talayan rəzil müxalifət bundan sonra xalqın səsini qazana bilməz. Çünki xalq artıq bunların hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir. Son vaxtlar isə dağıdıcı düşərgədə baş verənlərdən məlum olur ki, bu rəzil qüvvələr özləri bir-araya gələ bilmir. Öz aralarında vahid bir mövqe yoxdur. Xüsusilə, seçkilərdə hər biri öz şəxsi mənafeyini güdür. Dövlətin mənafeyini bir kənara qoyan, öz şəxsi mənafeyini üstün tutan, hətta bunun üçün milli mraqları tapadalanan dağıdıcı qüvvələr artıq tənəzzül dövrünü yaşayır. Düşərgədə təmsil olunan partiyalar bir-birlərindən xəbərsiz işlər görür. Hansı ki, bunlar müttəfiq partiylalardır. Aksiyalarında tərəfdar toplaya bilməyən dağıdıcı müxalifətin düşdüyü vəziyyət göstərir ki, xalq yalnız dövlətinə sadiq insanların yanında olur. Lakin bu rəzil qüvvələr xalqı da təhqir etməkdən çəkinmir. Xalqı təhqir edib, düşmənləri ilə iş birliyi quran rəzil müxalifət utanmadan xalqdan dəstək gözləyir.


Babək Hacıyev

Digər xəbərlər