Son vaxtlar dağıdıcı müxalifət düşərgəsində "vahid namizəd" məsələsi ətrafında aparılan müzakirələr düşərgə daxilində ciddi problemlər yaradıb. Bu problemin həll olunması "İctimai Palata"nın dağılması və düşərgədə təmsil olunan siyasi partiyaların çökməsi ilə nəticələnəcək. Elə bu səbəbdən də, düşərgə təmsilçilərində fikir ayrılığı yaranıb. Bəzi qüvvələrin "İctimai Palata"nın dağılmasının tərəfdarı olsada, müəyyən qüvvələr "İP"-in ömrünü uzatmaq fikrindədir. Amma baş verən mövcud hadisələr "İP"-in çöküşünü daha da surətləndirib. Dağıdıcı müxalifət düşərgəsində təmsil olunan AXCP (i), Müsavat partiyaları "İP"-in "vahid namizəd" problemini həll edə bilmir. Bunun üçün kənardan bir şəxsin "vahid namizəd" olması barədə fikirlər səsləndirilsə də Müsavat və AXCP (i)-nin hələ ki, bu fikri dəstəkləmir. Hətta bır sıra özünü müxalifət partiyası adlandıran cılız qüvvələr var ki, onlar da düşərgədə liderlik etmək fikrindədir. Amma hansı ki, edilən cəhdlər bir nəticə vermir. Çünki həmin cılız qüvvələrin sosial bazasının olmaması onların fəallaşmağına imkan vermir.
"VİP" sədri Əli Əliyev "vahid namizəd" iddiasında
Son günlər dağıdıcı düşərgədə ikiüzlü mövqeyi ilə düşərgənin zəhləsini tökən "ACP" lideri Rəsul Quliyev ortalığı yenə qarışdırıb. Onun himayəsi ilə fəaliyyət göstərən internet saytında müxalifətin "vahid namizəd"inin müəyyənləşdirilməsi ilə bağlı sorğu keçirilib. Həmin sorğu siyahısına "Vətəndaş və İnkişaf Partiyası"nın ("VİP") sədri Əli Əliyev salınıb. Sorğunun nəticələrinə görə guya Ə.Əliyev qalib gəlib. Amma hansı ki, heç "vahid namizəd" məsələsində ortaya atılandan bu günə Ə.Əliyevin adı səsləndirilməyib. Görünür ki, sorğunun məqsədi düşərgədə qarışıqlıq yaratmağa hesablanıb. R.Quliyevin planına əsasən sorğu saxtakarlıqla baş tutub. Sonra Müsavat başqanı İsa Qəmbərova və AXCP (i)-nin sədri Əli Kərimova nota göndərib ki, sizə dəstək verən yoxdur. Odur ki, siz "vahid namizəd" olmaq iddiasından əl çəkin. Hətta bu məsələ bir müddət sosial şəbəkələrdə müzakirə olundu. Deyilənlər hamısı absurd olub. Nəticə isə ondan ibarətdir ki, sorğuda iştirak edən olmayıb. Hətta Ə.Əliyevin də necə sorğuda qalib gəlməsi müəmmalıdır. Dağıdıcı düşərgədə də fikirlər səsləndirildi ki, bu sorğunun məqsədi təxribat xarakterlidir. Sözügedən sorğunun nəticələri ilə bağlı mətbuata açıqlama verən "ADP" sədri Sərdar Cəlaloğlu bildirdi ki sorğunun nəticələri yanlışdır və şübhəlidir. Qəribəsi odur ki, bu sorğunun nəticələrindən sonra Ə.Əliyev bir başqa şəxs olub. Artıq özü-özünü "vahid namizəd" kimi görür. Sorğuda "qalib" gələn Ə.Əliyevin qoltuğuna elə qarpız veriblər ki, daha İ.Qəmbərovla, Ə.Kərimovu bəyənmir. Deyir "burda mənəm, Bağdadda kor xəlifə". İ.Qəmbərovla Ə.Kərimovun münasibətləri soyuq olduğu üçün Ə.Əliyevə qarşı birgə yox, ayrı-ayrılıqda mübarizə aparacaqlar. Hətta Ə.Əliyevin sorğunun nəticələrində birinci olması "ACP" sədri Sülhəddin Əkbərə də pis təsir edib. Dağıdıcı müxalifət düşərgəsində yeni bir savaş başlayacaq: "İctimai Palata" - Ə.Əliyev savaşı. Bundan kim xeyir görəcək və kimə ziyan gətirəcəyi isə sual altındadır. Nəticə isə bəllidir. Amma bütün baş verənlərin fonunda bir məsələ dəqiq öz təsdiqini tapdı ki, R.Quliyev, həqiqətən də, təxribatçıdır.
Babək Hacıyev