PDF Oxu

Müxalifət

  • 82

ELÇİBƏYİN ÖLÜMÜNÜ TEZLƏŞDİRƏN XƏYANƏTKAR

ELÇİBƏYİN ÖLÜMÜNÜ TEZLƏŞDİRƏN XƏYANƏTKAR

AXCP (i) sədri Əli Kərimovun partiyanın mərhum sədri Əbülfəz Elçibəyə qarşı törətdiyi qaranlıq əməllərdən növbətisi artıq gündəmi zəbt etməyə başlayıb. Bu əməl birbaşa cinayət xarakteri daşıyır və həmin cinayətin onun tərəfindən törədilməsi daha öncələr onunla bir "cəbhədə" olmuş siyasilər tərəfindən sübuta yetirilib.

"Cəbhə" sədri AXC hakimiyyəti dövründə dövlət katibi postunu tutsa da, davamlı olaraq Elçibəyə qarşı aparılan təbliğatın başında dayanıb, onu siyasi arenadan təcrid etməkdən ötrü müxtəlif addımlar atıb. Və sirr deyil ki, bu gün "cəbhəçilərin" böyük əksəriyyəti Ə. Kərimov kimi birisinin AXCP (i)-yə sədrlik etməsinə ürəkdən təəssüflənirlər.

Bu gün birmənalı şəkildə demək olar ki, Ə.Kərimov özünün pafosla vurğuladığı kimi, heç vaxt Elçibəyin əsgəri olmayıb. Sözsüz ki, bu, bir faktdır və hər ötən gün bu fakt özünü daha tutarlı arqumentlərlə təsdiqləyir. AXCP (i) sədri daim Əbülfəz Elçibəyi yıxacağı, onu məhv edəcəyi, hətta yer üzündən siləcəyi haqda fikirlər səslənirib. Təbii ki, söhbət onun partiyalaşma və bu partiyada öz birinciliyini bərqərar etmə missiyasından gedir. Bəli, Ə.Kərimov hələ Elçibəyin sağlığında sürətlə təşkilatlanır və gizli fəaliyyət sferasında onun əleyhinə beynəlxalq qurumlara, xarici mətbuata məlumatlar ötürürdü. Bu, həmin zamanlar baş verirdi ki, Elçibəyinin başı ölkənin problemlərinin həllinə qarışmışdı. Buradan da aydın olur ki, Ə.Kərimov Eliçbəyin nəinki əsgəri deyildi, əksinə, Elçibəyin birinciliyinə qarşı öz birinciliyini çıxaran bir düşmən əsgəri idi.

Məsələ ondadır ki, Ə.Kərimovun Elçibəyə vurduğu zərbələrdən biri də onun mərhum AXCP sədrinin ölümünə səbəb olmasıdır. Və bu baxımdan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin faktlara-dəlillərə söykənən iddialarına ötəri baxmaq lazım deyil. Bu barədə müxalifətyönlü informasiya agentliklərinin birinə açıqlama verən H.Hacıyev AXCP (i) Ə.Kərimovu Ə.Elçibəyi zəhərləməkdə, onun bu cinayətdə bilavasitə əlinin olmasında günahkardır: "Əbülfəz Elçibəyə vaxtiylə zəhər verib öldürənlər bu gün onun qəbrini ziyarət edirlər. Əbülfəz Elçibəy müəyyən adamların yanında etdiyi vəsiyyətində bildirmişdi ki, Əli Kərimov ad günündə içkinin içərisində ona zəhər verib və həmin zəhər də rəhmətlik bəyin xəstəliyinin yaranmasına və dünyasını dəyişməsinə səbəb olub. Ona görə də mən Müasir Müsavat partiyasının sədri, Elçibəy fondunu təsis edən Hafiz Hacıyev olaraq hüquq mühafizə orqanlarına müraciət etməyi planlaşdırıram. Ə. Kərimovun Elçibəyi zəhərləyərək öldürməsini sübut etməkdən ötəri araşdırılmasını və bu səbəbdən də, onun həbs edilməsini hüquq-mühafizə orqanlarından tələb edəcəyəm".

MMP sədri onu da bildirib ki, məsələylə bağlı ifadə verə biləcək şəxslərin də prosesə cəlb olunub ifadə vermələrinin təmin olunmasına da çalışacaq. Bütün bunların nəticəsi olaraq, belə qənaətə gəlmək mümkündür ki, bu gün "cəbhə" sədrinin cinayətlərinin bir çoxu hələ də pərdə arxasında qalmaqdadır. Və görünür, hər şeyin zamanı çatdığı kimi, Ə.Kərimovun da Azərbaycan xalqı qarşısında cavab verməyinin tam vaxtıdır. Bu, fərziyyə deyil, aksiomdur.


RÖVŞƏN

Digər xəbərlər