PDF Oxu

Müxalifət

  • 45

Dağıdıcı müxalifət anti-milli qüvvələrin sifarişini yerinə yetirə bilmir

Dağıdıcı müxalifət anti-milli qüvvələrin sifarişini yerinə yetirə bilmir

Azərbaycandakı inkişafı gözü götürməyən bəzi daxili və xarici qüvvələrin dəfələrlə ictimai rəyi çaşdırmaq cəhdləri baş tutmayıb. Bunun üçün müxtəlif icazəsiz aksiyalar, mitinqlər, piketlər keçirməklə ölkədə qarışıqlıq yaratmaq istəyən anti-milli qüvvələr məqsədlərinə çata bilməyib. Bunun səbəbi ölkə ictimaiyyətinin Azərbaycan iqtidarı ətrafında sıx birləşməsindən və xalqın öz liderinə möhkəm tellərlə bağlılığından irəli gəlir. Müxtəlif sosial şəbəklərdə çağırışlar etməklə cəmiyyətə təsir etmək istəyən şər qüvvələrin çirkin niyyəti uzun zamandır davam etsə də, bu, xalq tərəfindən rədd edilir. Xüsusilə, anti-milli qüvvələrin xəyanətkar siması özünü "Eurovision-2012" Mahnı Müsabiqəsi zamanı qabarıq şəkildə nümayiş etdirdi. Həmin ərəfələrdə anti-Azərbaycan meyilli qüvvələrdən qrantlar almaqla şəhərin müxtəlif yerlərində aksiyalar keçirən dağıdıcı müxalifət təmsilçiləri sübut etdilər ki, onların əsas işi ayrılan maliyyənin qarşılığında, dağıdıcılıq və pozuculuq etməkdir. Bununla xarici mətbuatın diqqətini çəkmək istəyən həmin qüvvələr açıq şəkildə öz çirkin məqsədlərini nümayiş etdirdilər. Şəhərin müxtəlif yerlərində aksiyalar keçirən dağıdıcı müxlifət təmsilçiləri bütün qüvvələrini dağıdıcılığa və pozuculuğa sərf etsələrdə, lakin məqsədlərinə nail olma bilmədilər. Həmin ərəfədə bir sıra siyasiləşmiş "QHT"-lər, xüsusilə, anti-milli və anti-Azərbaycan meyilli qüvvələrə mənsub "KİV"-lər də bu işdə fəallıq göstərməyə çalışsalar da, Azərbaycan xalqı onların bu çağırışlarına dəstək vermədi. Ayrılan xarici qrantlar heç bir işə yaramadı. Müsavat-AXCP (i)-nin birgə təşəbbüsü ilə yaradılan və anti-Azərbaycan meyilli qüvvələrə xidmət "İctimai Palata"nın bütün cəhdləri iflasa uğradı. Qanusuz aksiyalar zamanı məlum oldu ki, həmin qüvvələr qəsdən özlərini yerə çırpır, paltarlarını cırır və polisə müqavimət göstərməklə onlara qarşı təhqir ifadələri işlədir ki, onları məsuliyyətə cəlb etsinlər. Çünki onların məsuliyyətə cəlb olunması yenə də anti-milli qüvvələrin maraqları ilə uzlaşır. Daha sonra həmin şəxslərin əməlində cinayət tərkibi olsa belə onlara "siyasi məhbus" adı verilir. Bu işdə də siyasiləşmiş "QHT"-lərin rolu artırılır. Siyasiləşmiş "QHT"-lər hesabat hazırlayıb beynəlxalq təşkilatlara həbs olunanların guya siyasi mənsubiyyətinə görə həbs olunduqlarını iddia edirlər. Daha onların hansı dağıdıcılıq və pozuculuqlar etdikləri rəzil hərəkətlər qeyd olunmur. Artıq bütün vasitələrdən istifadə edən dağıdıcı müxalifət təmsilçilərinin qüvvələri tükənib.


Babək Hacıyev

Digər xəbərlər