PDF Oxu

Müxalifət

  • 42

Serj Sarkisyan yenidən ağılsız iddialardadır

Serj Sarkisyan yenidən ağılsız iddialardadır

Məlum olduğu kimi, Ermənistan prezidenti Serj Sarkisyan ötən ilə Türkiyə ərazisi olan Ağrı dağa iddia ilə çıxış etmişdi. Bu günlərdə yenidən bu iddiaya düşməsi belə bir sualın ortaya çıxmasına səbəb olur: "Görəsən, Serj Sarkisyanın bu iddiaya düşməsi nədən qaynaqlanır?"

Vurğulanan məsələyə aydınlıq gətirən politoloq Elman Nəsirli Serj Sarkisyanın verdiyi sərsəm bəyanatlarının qətiyyən reallığa söykənmədiyini söylədi: "Bildiyiniz kimi, bu gün işğalçı Ermənistan tamamilə səfalət içərisindədir. Yoxsulluq, aclıq, kasıbçılıq ölkəni tamamən öz cənginə alıb. Əhali kütləvi şəkildə ölkəni tərk edir. Yaşamaq-işləmək üçün başqa ölkələrə üz tuturlar və bir daha geri qayıtmırlar. Təcavüzkar Ermənistanın daxilində baş verən qarışıq problemlər getdikcə çoxalmaqdadır və heç bir zaman da öz həllini tapmayacaq. O səbəbdən də Serj Sarkisyan insanları mövcud problemlərdən yayındırmaq üçün hər dəfə bu cür sərsəm, ağılsız bəyanatlarla çıxış edir. Bu tip bəyanatlar vermək artıq Sarkisyanda adi hala çevrilib". Politoloq onu da bildiriri ki, Sarkisyan gəncləri sülhə deyil, savaşa hazırlayır. Bu cür iyrənc əməllər yalnız Sarkisyan kimi dövlət başçısına xasdır. Ermənistan prezidentinin sülhpərvər olmadığı, qeyri-konstruktiv mövqe sərgiləməsi bir daha bəlli olur. Digər tərəfdən artıq dünya dövlətləri də işğalçı Ermənistana müəyyən təzyiq göstərirlər. Bu məsələ mütləq öz həllini tapmalıdır. Ümumiyyətlə, siyasi baxımdan savadı olmayan insanlar belə bir bəyanat verə bilər. Həm də azərbaycanlılar üçün belə sərsəm bəyanatların səslənməsi heç də təəccüblü və birinci hal deyil. Çünki Ermənistanın eks-prezidenti Robert Köçəryan Avropa Şurasında çıxış edən zaman belə bir məntiqsiz bəyanat səsləndirdi ki, Xocalı hadisələrində iştirak etdiyinə görə fəxr edir. Əgər bir ölkənin prezidenti qətliamlar törətməklə, günahsız insanları, körpələri öldürməklə, onlara işgəncə, zülm, əzab verməklə fəxr edirsə, onda bu əməlləri şərh etməyə ehtiyac varmı? Məgər soyqırımlara, qətliamlara, terrora imza atmaqla insan fəxr edə, fəxarət hissi keçirə bilər? Bunlar artıq Ermənistanın dövlət səviyyəsində olan işğalçı siyasətidir. Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir və terror yolunu seçib".

Politoloq E.Nəsirli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin çox tezliklə həll olunacağını da söylədi: "20 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin çox tezliklə həll olunması labüddür. Bu, belə davam edə bilməz. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri qəti qərara gəlib, sülhün əldə olunmasına nail olmalıdırlar. Yarandığı ilk gündən ATƏT-in Minsk Qrupu məlum münaqişənin həllində heç bir irəliləyişə, uğura nail olmayıb. Sadəcə olaraq, bəyanatlar verməklə kifayətlənib. Mövcud problemin həlli istiqamətində Minsk Qrupu ortaya real mövqe qoymalıdır".


Aytən Səmədova

Digər xəbərlər