PDF Oxu

Müxalifət

  • 57

Müsavatın qurultayının keçirilməsi hələ də sual altındadır

Müsavatın qurultayının keçirilməsi hələ də sual altındadır

Hər bir siyasi partiya müəyyən müddət ərzində qurultaylar keçirməklə, siyasi təşkilatı daha nüfuzlu edəcək, siyasi proseslərdə əhəmiyyətli rol oynayacaq partiyaya çevirəcək lideri müəyyən edirlər. Bu seçim isə, əlbəttə ki, həmin partiyanın üzvlərinin iradəsindən irəli gəlir və keçmiş liderin səriştəsizliyi tarixin arxivinə göndərilmək üçün reallaşdırılır. Əlbəttə ki, bəzi hallarda elə partiya liderləri olur ki, onlar siyasi təşkilatın səmərəsiz fəaliyyətini aradan qaldıra bilmədiklərindən özləri istefa verirlər. Lakin bu cür prosedur addımlar, deyəsən, Müsavat partiyasından yan keçib. Son günlər bu partiya daxilindəki qarşıdurmalar və maraqların uzlaşmaması tendensiyası sezilməkdədir. Başqanlığa iddialı olanlarla hazırkı sədr arasında olan fikir ayrılıqları Müsavat daxilində ikitirəliyin yaranmasına səbəb olub. Birincisi, İsa Qəmbərovun başqan kimi qalmasını istəyənlər, ikincisi, onun başqanlıqdan getməsini gözləyənlər partiya daxilində ciddi qarşıdurmalar yaradıblar. Arif Hacıyevin ikincilərin başında durması, eyni zamanda, onun AXCP (i) sədri ilə gizli sövdələşməyə getməsi bu çatı daha da dərinləşdirir. Həmçinin, əvvəllər İ.Qəmbərovun yanında olmuş bəzi funksionerlərin partiyadan uzaqlaşması və hazırkı başqana qarşı çıxması Müsavat partiyasının vəziyyətini daha da ağırlaşdırır. Belə olan şəraitdə, Müsavatın ölkənin siyasi palitrasındakı yeri daha da geriləyir, həmçinin, onun olan-qalan sosial bazası da dağılmağa başlayır. Ona görə də, Müsavat qurultaya gedə bilmir.

Göründüyü kimi, Müsavat partiyasının daxilində vəziyyət gərgindir və tez bir zamanda bu, özünü partlayışla büruzə verəcək. Çünki Müsavat partiyasının diktator başqanı özündən başqa heç kəsi kreslosunda görmək istəmir. Məhz ötən illər ərzində onlarla insanın Müsavat partiyasını tərk etməsi və öz istəkləri əsasında başqa partiyalara üzv olmaları bir daha sübut edirdi ki, İ.Qəmbərovun Müsavatın başında başqan kimi qalması qəbul edilmir. Düşünürük ki, İ.Qəmbərov artıq başqanlığı təhvil verib, hətta siyasətdən də uzaqlaşmalıdır. Ona görə ki, siyasətlə məşğul olmaq İ.Qəmbərovluq deyil.


Rəfiqə

Digər xəbərlər