Dağıdıcı müxalifət ötən illər ərzində təklikdə fəaliyyət göstərməyin çətinliyini aydınca dərk edib. Bunun üçün onlar atalarımızın "tək əldən səs çıxmaz" ifadəsini bir-birilərinə xatırladıblar. Özlərinin hər hansı daha inandırıcı və təsirli təklif və arqumentlərinin olmaması isə nüfuz və savad limitinin tükənməsi ilə əlaqədardır. Bu yerdə bir qeyd etməyi lazım bildim. Bəziləri "tək əldən də səs çıxar" kimi bayağı ifadəsi ilə atalarımızın məsəlini yalana çıxarmaq eşqinə düşüblər. Bunun üçün əllərinin birini havaya qaldırıb, ovuclarını açır və nümayişkaranə surətdə barmaqlarından birini və ya digərini bərkdən şaqqıqdadır və bəzi bəsit dünyagörüşlü dinləyicilərin heyrətlə "doğrudan da, atalarımız yalan deyirmiş ki" kəlməsinə nail olur və bununla da, aqil atalarımızdan da ağıllı olduqlarından sevinc duyduqlarından qoltuqlarının altının qarpızlandığını bildirirlər.
Doğrudanmı atalarımız səhv ifadə işlədib. Yox, sadəcə olaraq, atalarımızın məsəlində hansı müdrikliyin gizləndiyi xalqın əksər çoxluğuna aydındır. İstənilən məsələnin mahiyyətini bayağılaşdırmaqla nəsə yeni bir kəşf etdiklərini güman edənlər, sadəcə olaraq, dilin zənginliyindən məhrum olanlardır. Tək əllə kiməsə bir şapalaq vurmaqla da səs çıxarmaq olar. Yaxud bir əlin iki barmağını qoşalayıb, bu cür əllaməçilik edənlərin iki gözünü də tökmək olar. Ancaq atalarımızın məsələnin daha yüksək məna kəsb etdiyini etiraf etməliyik.
İndi gələk bu məsəlin işığında əllərini qızdırmaq istəyən uğursuz müxalifətçilərə. Onlar xeyli fikirləşdikdən sonra "İctimai Palata" adlı qurum yaratdılar. Baş hərfləri ip, kəndir mənasını verən bu qurumun Əli Kərimov və İsa Qəmbərov kələfi olduğunu başa düşən digər müxalifət liderlərinin bir qismi "Qarabağ" bloku ətrafında birləşdilər. "İP" daxilində bir neçə "cırtdan" müxalifət partiyası və bir neçə QHT qaldı. "Qarabağ" blokuna isə Rəsul Quliyevin "ACP"-si və "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı", İqbal Ağazadənin "Ümid" partiyası və Sərdar Cəlaloğlunun ADP-si. "Qarabağ" bloku "İP"-dən yüksək reytinq qazanmadığı üçün S.Cəlaloğlu ADP-sini də götürüb AMİP lideri Etibar Məmmədovla birlikdə "Müxalifətin Güc Platforması" ("MGP") adlı qurum yaratdı. Nəsə, "gic" platformasının da səsi o qədər gur çıxmadı. Mirmahmud Fəttayevin başçılıq etdiyi "dUİ"-nin də səsi tamamilə batıbdı desək, yanılmarıq.
İ.Qəmbərov və Ə.Kərimov "İP"-in kəndirinin kəsilməkdə olduğunu kördükdə, Eldar Namazova göz vurdular. O da bizim "reneqat ziyalılar dəstəsi" adlandırdığımız "Ziyalılar Forumu"nu yaratdı. Bu "ziyalılar"ın da adını tanıyan kimi, adamın yadına qədim AXC düşür. Hazırda bu ziyanlılar adlarını atalarımızın siyahısına yazdırmaq xülyasına düşüblər. Odur ki, bir-bir bu qurumlara qonaq gedib, liderlərinə "ay bala, tək əldən səs çıxmaz, birləşin" deyirlər. Bu gözünə döndüyüm qurum liderləri də "nöş çıxmır" deyib, bir əllərini havaya qaldırıb, başlayırlar barmaqlarını şaqqıldatmağa. "Yerin də qulağı var" deyirlər. Səs dərhal gedib çıxır Qərbə, Andreas və Andres Qross və Herkel Kristofer Ştrasser və Markus Löninq kimilər və İsveçin Azərbaycandakı səfiri Mikael Eriksso başlayırlar müxalifətin demokratik və maliyyə hüquqlarının pozulmasından dad deməyə. Qrant iyi duyan müxalifətçilər də vay-şivən qoparıb, dizlərini döyməyə və saçlarını yolmaq yolu tuturlar.
Qoy tutsunlar "İP"-lərinin ucundan, görək, nə vaxtadək təhlükəsiz tərzdə dərinliyə enəcəklər.
Valeh MƏHƏRRƏMLİ