PDF Oxu

Müxalifət

  • 53

İsa Qəmbərovun bitməyən erməni sevgisi

İsa Qəmbərovun bitməyən erməni sevgisi

Hələ bir müddət öncə, Müsavat başqanı İsa Qəmbərovun məlum "Potsdam sazişi" imzalaması Azərbaycan cəmiyyətində ciddi etirazlara səbəb olmuşdu. Belə ki, Müsavat başqanı bu xəyanətkar addımını müəyyən siyasi məsələlərlə əlaqələndirməyə cəhd göstərsə də, nəticədə, onun özünə qazdığı xəndəyin heç də üstü örtülməmişdi. Ancaq həmin xəndəyin bu günlərdə dərin quyuya çevrilməsi artıq onun ermənilərə olan sevgisini bariz və geniş şəkildə nümayiş etdirdi. Gürcüstana səfər edərək, guya orada partiyasının qurultay məsələsini də həll edəcəyini bildirən Müsvat başqanı, əslində, bu səfərində hay qardaşı Manukunyanla əl sıxıb, öpüşməyi nzərdə tutmuşdu. Nə qədər acınacaqlı olsa da, Azərbaycan xalqının mənafeyinə ləkə gətirəcək addımları ilə daim gündəmdə olan Müsavat başqanı bu dəfə də həmin xislətini açıq-saçıq qaydada sərgilədi.

Bununla da özünə dərin quyu qazan İ.Qəmbərov sübuta yetirdi ki, xalqın qəzəbinə tuş gələrsə, dərhal qardaşlığı Manukunyanın ölkəsində özünə yaxşıca sığınacaq tapacaq.


Araz Əlizadə: "O, Levon Ter-Pertrosyanın təşkilatı ilə əməkdaşlıq barədə saziş imzalayıb. Bu, azərbaycanlıya yaraşan hərəkət deyil"


Qeyd edək ki, onun bu kimi xəyanətkar addımı müxalifət düşərgəsində təmsil olunan bir çox partiyalar tərəfindən də kəskin şəklidə qınanılıb. Belə ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Müsavat Partiyasının başqanı İsa Qəmbərovun Erməni Ümummilli Hərəkatı deyilən təşkilatla əməkdaşlıq təşəbbüslərini pisləyib. Bununla bağlı açıqlamasında partiya sədri baş separatçı ilə sazişin heç bir məntiqə sığmadığını bildirib: "Biz də ermənilərin iştirak etdiyi beynəlxalq tədbirlərə qatılırıq. Ermənilərə qarşı mübarizə aparırıq, cavabını veririk. İsa Qəmbərovun bu addımı isə məqbul deyil. O, Levon Ter-Pertrosyanın təşkilatı ilə əməkdaşlıq barədə saziş imzalayıb. Bu, azərbaycanlıya yaraşan hərəkət deyil. Azərbaycan torpaqları işğal olunanda, Levon Ter-Petrosyan ermənilərin lideri idi. Separatçıların ilk liderinin təşkilatı ilə əməkdaşlıq haqqında saziş qəbuledilməzdir. Baş separatçı ilə saziş heç bir məntiqə sığmır. Bu azərbaycanlıya yaraşan hərəkət deyil".


Hakimiyyətə can atan bu kimi qüvvələrin əsas məqsədləri Azərbaycanın mənafelərinə zərbə vurmaq, həmin zərbələr nəticəsində şəxsi mənfəətlər qazanmaqdır


Qeyd edək ki, bəzi müxalifət partiyaları ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən QHT-lər və ictimai birlik nümayəndələri də Müsavat başqanının hərəkətini pisləyən bəyanat verib. Bəyanatlarda İ.Qəmbərovun bu əməkdaşlığın Azərbaycanın milli maraqlarına xəyanət olduğu qeyd edilib.

Nəticədə isə, bir daha bəlli olub ki, bu gün dağıdıcı müxalifət adlanırılan xəyanətkarlar yuvasında hakimiyyətə can atan bu kimi qüvvələrin əsas məqsədləri Azərbaycanın mənafelərinə zərbə vurmaq, həmin zərbələr nəticəsində şəxsi mənfəətlərini əldə etməkdir. Ancaq qarşıdan gələn seçkilərdə onların bütün xəyanətləri bir daha ifşa edilərək, onların siyasi ölümlərini tezləşdirəcək. Hər halda, hər şey göz önündədir.


R.RƏSULOV

Digər xəbərlər