PDF Oxu

Müxalifət

  • 62

Reneqatlar dizi qatlar

Reneqatlar dizi qatlar

Eldar Zeynalov:

Hücum edər hər birisi şir kimi,

Pak sayarlar özlərini pir kimi,

Son mənzildə uzanarlar tir kimi,

Marş irəli, reneqatlar dəstəsi.


Mehman Əliyev:

Bu gün Cəmil yaman ahda-amanda,

Rafiq iynə itiribdi samanda,

Ey komandir, bizə vermə komanda,

Rüstəm bəydi içimizin xəstəsi.


Eldar Zeynalov:

Kəlləçarxa vuracaqdı təbliğat,

Bossdan qrant qıracaqdı təbliğat,

İndi "İP"-i saracaqdı təbliğat,

Sözü mənim, Ramizindi bəstəsi.


Mehman Əliyev:

Hərdən liderlərə şıllaq atırdı,

İşini buraxıb "İP"-də yatırdı,

Kinomatoqrafı Rüstəm batırdı,

Cəmildi yenə də ondan çestnisi.


Eldar Zeynalov:

Peşən Aysel üçün bir Araş açmaq,

"İP"-ə də tərifi çox faraş açmaq,

Məlumatlarından olmur baş açmaq,

Mehman, agentliyin özün mestnisi.


Mehman Əliyev:

Əslində, sən onun-bunun yemisən,

Mənim hesabıma qrant yemisən,

Ziyalı bizlərə qızıl demisən,

Qızıla qatmısan gümüşü, misi.


Eldar Zeynalov:

Haqqını almasa tutacaq cini,

Cibini basacaq İsa beş mini,

Ramiz bəy bitirib "İP"-in himnini,

Əkrəm bəydən gəlsin bir yağlı mersi.


Mehman Əliyev:

Daim özü üçün quyunu qazdı,

Əkrəm baxmadı ki, mətni dayazdı,

Erməni dilində yazılar yazdı,

On beş il yaşatdı erməni irsi.


Eldar Zeynalov:

Bu məntiqdən uzaq Rafiq dəlimi?

Dedi şaftalıya qarpız dilimi,

"İP"-ə həsr edib beş sənədli filmi,

Kinematoqrafın Rüstəmdi pisi.


Mehman Əliyev:

Daim yalan çıxdı Cəmil, sözündə,

İstərdi bitirə qrant közündə,

Tarix, coğrafiya oldu gözündə,

Cəmil sifətinə çəkibdi hisi.


Eldar Zeynalov:

Bunu yaxşılığa yozmuşdu Ramiz,

Poetik stressdən azmışdı Ramiz,

AXC-yə himn yazmışdı Ramiz,

Soxub ovurduna iki irisi.


Mehman Əliyev:

Türkdən edər həzər ermənisayaq,

Süfrəni də bəzər ermənisayaq,

Əkrəm "İP"-də gəzər ermənisayaq,

Qoyar bu üslubda başına fəsi.


Eldar Zeynalov:

Hərlənib foruma bir Cəmil gəldi,

Tədrisi dil, tarix, həm də qəzəldi,

Həm bəlağət-fəsahətdə gözəldi,

Nəsr, nəzmdə bəyənməyib heç kəsi.


Mehman Əliyev:

Düşünür aləmi qoyubdu o mat,

Kinoda yerinə düşməz təyinat,

Bir müxalif kimi verər bəyanat,

Sarar Qərbi cənab Rüstəmin səsi.


Eldar Zeynalov:

Bossların içində tuzu bəyənər,

Qrantlı lavaşda quzu bəyənər,

Şeirdə-sənətdə düzü bəyənər,

Məntiqdə xoşlayar Rafiq bəy tərsi.


Mehman Əliyev:

Digər ziyalılar Qərbin sərvəri,

Olub mülahizəm bəzən sərsəri,

Mənim özüm bir agentlik rəhbəri,

"İP"-çilər xiridar, Eldar parəsi.


Eldar Zeynalov:

Reneqatlar bossa adi kənizdi,

Rüstəm serialı sonsuz dənizdi,

Əkrəm də bir qədər sarıbənizdi,

Ramiz bəy forumun gözü qarəsi.


Mehman Əliyev:

"Ziyalı" oldu ki, xaicdə yandı,

Ermənipərəst var əsil Ohandı,

Burda ziyalı var qönçədəhandı,

Cəmil bəy forumun iti xarəsi.


Eldar Zeynalov:

Həm quma, qumsala, külə məhəbbət,

Bürünüb şimşəyə, selə məhəbbət,

Köhnə AXC-yə belə məhəbbət,

Yalnız Ramiz bəydi onun varisi.


Mehman Əliyev:

Öz xalqına doğru diyirlər koslar,

Bunu ikiəlli dəstəklər bosslar,

Onu dəstəkləyir erməni dostlar,

Yoxdu bir Əkrəmin burda çarəsi.


Eldar Zeynalov:

Mehman, vallah, sənin ağzın yelədi,

Əkrəm Yerevanda konyak pilədi,

Rüstəm kinomuzu alt-üst elədi,

Himnlə doludu Ramiz təpəsi.


Mehman Əliyev:

Axtarır Rüstəmin gözü Şimalı,

Yoxuşda hellənir Cəmil kamalı,

Məntiq-antiməntiq Rafiq amalı,

Qanun-antiqanun dolu nəfəsi.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər