PDF Oxu

Müxalifət

  • 39

Müxalifət partiyaları iflic vəziyyətdədir

Müxalifət partiyaları iflic vəziyyətdədir

Müxalifət partiyalarının bir araya gələ bilməmələrinin səbəbini nə ilə izah etmək olar? Nəyə görə, müxalifət partiya liderləri üzdə gülüb, içdə isə bir-birinə qısqanclıq hissi ilə yanaşırlar? Bu məsələyə aydınlıq gətirmək üçün BAXCP Ali Məclisinin sədri Vaqif Abışova müraciət etdik.

V.Abışovun sözlərinə görə, müxalifət partiyaları hansısa bir ideya ətrafında toplaşaraq, birləşmək istəsələr belə, amma bu birləşmə onlarda baş tutmayıb. Bunun da səbəbi onların özləri ilə bağlıdır. Bir sözlə, ölkədə fəaliyyət göstərən hər hansı bir təşkilatı və ya təşkilatları ideya və məqsəd birləşdirməlidir. Məqsəd də bu gün Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə istiqamətləndirilməlidir. Onların öz səhvidir ki, hər hansı bir məsələ ilə bağlı vahid bir rəyə gələ bilmirlər. Demək olar ki, hər hansı bir məsələ ilə bağlı müxalifət partiyaların arasında intriqa və soyuq münasibət düşür. Bu da həmin partiyaların ömrünü bir o qədər də uzun etmir. Hər zaman olduğu kimi, bu dəfə də sözügedən partiyalar vahid bir xətt çərçivəsində çıxış edə bilməyəcəklər.

V.Abışov bildirdi ki, bu gün Azərbaycanda bir çox partiya fəaliyyət göstərir. Amma həmin partiyaların əksəriyyəti bir araya gələrək, birləşə bilmirlər. Bu da onların şəxsi ambisiyalarından irəli gəlir. Azərbaycan tarixi heç vaxt belə şəxsləri yaşatmır. Yəni, bu cür eqoist şəxslər uzağa gedə bilmir. Demək olar ki, bu gün müxalifət partiyalarının xəttində və proqramında yeniləşmə yoxdur. Yəni, sözügedən qüvvələr köhnə proqramla çıxış etdiklərinə görə, bu cür fəaliyyətsiz bir durumdadılar. Çünki bu kimi qüvvələrin şəxsi ambisiyaları birinci yerdə durduğunun nəticəsidir ki, müxalifət partiyaları bu cür çıxılmaz vəziyyətə düşür. Yəni, bu kimi qüvvələrin heç bir siyasi gücü yoxdur.


GÜLYANƏ

Digər xəbərlər