PDF Oxu

Müxalifət

  • 59

AMİP və ADP-nin "MGB"-də birləşmək niyyəti

AMİP və ADP-nin "MGB"-də birləşmək niyyəti

Yusif Bağırzadə:

AMİP radikalın dinc birliyidi,

Sərdarın qurumu künc birliyidi,

Xalis "Müxalifət Güc Birliyi"di,

AMİP-in lideri dönməz Etibar.

Sərdar Cəlaloğlu:

Baş tutar niyyətim, qəlbimə damıb,

Bizi irəliyə aparan bu tip,

"MGB" deməkdi ADP-AMİP,

Buna razı olsa, enməz Etibar.

Yusif Bağırzadə:

O, şəxsi mənafe həm güdəcəkdi,

Yaxşılar böyründə sıx gedəcəkdi,

"MGB" zirvələr fəth edəcəkdi,

"Palata" sönsə də, sönməz Etibar.

Sərdar Cəlaloğlu:

Məndə var onlarla gözəl xoş cəhət,

Bu hisslər İsada, Əlidə qəhət,

Həmişə verərəm yaxşı məsləhət,

Görər düz deyirəm, dinməz Etibar.

Yusif Bağırzadə:

Nazildib-uzadar tez vücudunu,

Oymaqda, deşməkdə biz vücudunu,

Sevir ki, düz tutsun öz vücudunu,

"Palata" gələndə sinməz Etibar.

Sərdar Cəlaloğlu:

ADP-nin, sözsüz ki, rəyi möhkəm,

Bizim iki qəlbin istəyi möhkəm,

Əgər ona versəm dəstəyi möhkəm,

Yəqin ki, boynuma minməz Etibar.

Yusif Bağırzadə:

Yox edək, biz mənli-sənli düşməni,

Lider cinləndirər cinli düşməni,

Dərhal tapdalayan kinli düşməni,

Sərdar dost olarsa, yenməz Etibar.

Sərdar Cəlaloğlu:

Tutar "palata"da masa, kimisi,

Şübhəsiz ki, batar yasa, kimisi,

Ona çata bilməz İsa kimisi,

Onlarla Əliyə əvəz Etibar.

Yusif Bağırzadə:

"Palata"ya sədrin səyi yaxşıdı,

İsanın, Əlinin keyi yaxşıdı,

Sərdarın, de, ondan nəyi yaxşıdı?

Çox yaxşı cütlükdü Əvəz-Etibar.

Sərdar Cəlaloğlu:

Sadəyəm, fərqim az mənim tifildən,

Gərək fərqləndirək səfildən,

Qatıb "MGB"-yə məni qəfildən,

Olardı bir ilan, kələz Etibar.

Yusif Bağırzadə:

Udardı, o, "İP"-lə hərbə çıxsaydı,

Nokaut edərdi, zərbə çıxsaydı,

"MGB"-də reysə Qərbə çıxsaydı,

Alardı "en" qədər çərəz, Etibar.

Sərdar Cəlaloğlu:

Sənə dəmləyərdi öz əlilə aş,

Onun bostanına atmasaydın daş,

Dursaydın buyruqda endirərək baş,

Səninlə etməzdi qərəz, Etibar.

Yusif Bağırzadə:

Səndən yaxşı şaman arzulamazdı,

Gəl olma, bədgüman, arzulamazdı,

Vallahi, heç zaman arzulamazdı,

Heç kəsə xəstəlik, mərəz, Etibar.

Sərdar Cəlaloğlu:

"Palata" açmazdı hətta qol-qanad,

Mən özüm verərdim yüz faiz qaranat,

Sözsüz, qazanardı daha çox qrant,

Olsaydı əcnəbi çərkəz, Etibar.

Yusif Bağırzadə:

Gedərdi qarnımın köpü süquta,

Əli, İsa kimi tipi süquta,

Özüm aparardım "İP"-i süquta,

Olardı ikiqat mərkəz, Etibar.

Sərdar Cəlaloğlu:

Öndə elektorat durardı səf-səf,

"Palata" önümdə olardı tələf,

Eybi yox, olardım mən adi xələf,

Olar "MGB"-də vərəs, Etibar.

Yusif Bağırzadə:

Çıxmaqda çətinlik çəksəydin dikə,

Gətirərdi sənə xaricdən kökə,

Razılıq versəydi olasan cökə,

Olardı, əlbəttə, vələs, Etibar.

Sərdar Cəlaloğlu:

Səni planımdan edirəm agah,

Məni blokuna çağırır Pənah,

Fikrimi dəyişə bilərəm, vallah,

Tələs, "MGB"-yə, tələs, Etibar.

Yusif Bağırzadə:

Özün xaricə get, holla-kənara,

Pənahın özünü yolla kənara,

Sərdarı götürüb tulla kənara,

Önünə çıxanı as-kəs, Etibar.

Sərdar Cəlaloğlu:

Boss da təklif etdi aş təklifimi,

Çoxu qəbul edib boş təklifimi,

Qəbul eyləməsə xoş təklifimi,

Gəzər özü üçün qəfəs, Etibar.

Yusif Bağırzadə:

Nadiri buraxıb Qacarı tutur,

Əlində "MGB" açarı tutur,

İsanı atanda Sərdarı tutur,

Göstərir hələ ki, həvəs, Etibar.

Sərdar Cəlaloğlu:

Bir vaxt and verdirirdi canına məni,

Gözləyir lap xoruz banına məni,

Dəvət eyləməsə yanına məni,

Ala bilməyəcək nəfəs, Etibar.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər