PDF Oxu

Müxalifət

  • 54

Rəsul Quliyevin xəyanəti bağışlanmayacaq

Rəsul Quliyevin xəyanəti bağışlanmayacaq

Dağıdıcı müxalifət düşərgəsində son günlər, demək olar ki, ard-arda yaşanan kəskin ziddiyyətlər pik həddinə çatıb. Belə ki, həm "İctimai Palata"da, həm də düşərgənin digər cinahında yer almış "Müqavimət Hərəkatı"nda baş qaldırmış qarşıdurmalar təkcə partiyalararsı deyil, həm də şəxslərarsı müstəvidə inkişaf edir. Bu baxımdan, ən çox yadda qalan hadisələrdən biri də transfer məsələsidir ki, hazırda bu istiqamətdə hər iki qurum arasında savaşın ilkin mərhələsi yaşanır. Bu günlərdə "ACP" lideri Rəsul Quliyevin özü ilə bərabər ALDP partiyasını da "hərəkat"dan kənarlaşdırması orada təmsil olunan digər partiya rəhbərləri tərəfindən birmənalı qarşılanmayıb."Azadlıq" partiyasının sədri Əhməd Oruc bildirib ki, əslində, sözügedən məsələ ilə bağlı o deyil, məhz R.Quliyev və ətrafında toplaşanlar açıqlama verməlidirlər: "Çünki ayrılan tərəf onlardır. Mənə onların səbəbləri maraqlıdır. Bu gün bizim yığıncağımız olub, yığıncaqdan sonra razılaşma olub ki, məsələ ilə bağlı "ACP" açıqlama verəcək. Qeyd edim ki, bu, mənim üçün heç də təsadüfi deyil. Təbii ki, mən onlardan bu addımı gözləyirdim. Rəsul Quliyev mətbuat vasitəsi ilə dəfələrlə hərəkatı tənqid edirdi. Haqqımızda müxtəlif fikirlər səsləndirirdi. Bu baxımdan, bu hərəkatdan da ayrılacaqlarını gözləyirdim. Təbii ki, bu, təsadüfi deyil, məqsədli şəkildə atılan addımdır. Səbəbini onlar daha yaxşı bilirlər".Ə.Oruc R.Quliyevin xəyanətinin bağışlanmaz olduğunu bildirib və onun haqqında ciddi təhqirlər ünvanlayıb.

"KXCP"-də də vəziyyət yaxşıya doğru deyil

R.Quliyevin lideri olduğu siyasi təşkilatın sədri Sülhəddin Əkbər də hazırda digər partiyalardan qoparma siyasəti yürütməkdədir. Artıq "KXCP" sədrinin müavini Fikrət Cəfərovun "ACP"-yə keçəcəyi haqda xəbərlər yayılıb. F. Cəfərov yaxın günlərdə bu partiyanı tərk edəcək. Bu haqda məlumat partiyadakı etibarlı mənbələrdən daxil olub. Məlumatda qeyd edilir ki, F.Cəfərov bir müddət əvvəl "KXCP"-də aktivliyi ilə seçilən siyasətçilərdən biri olub, müxtəlif məsələlərlə bağlı mövqeyini mütəmadi olaraq ifadə edib. Amma son aylar onunla partiya rəhbərliyi arasında ciddi fikir ayrılıqları meydana çıxıb. Bundan sonra tərəflər arasında münasibətlərdə soyuma başlayıb. Yeri gəlmişkən, onu da xatırladaq ki, F. Cəfərov uzun müddət "İctimai Palata"nın üzvü olub, bu təşkilatın keçirdiyi aksiyalarda iştirak edib.Ən son xəbərlərə görə, "KXCP" üzvünün partiya ilə yollarını ayırmasına digər səbəb isə partiya rəhbərliyində bəzi şəxslərlə bağlı yaranan ziddiyyətli durumdur. İddia edilir ki, partiyada istənilən tənqid süngü ilə qarşılanır, həmin şəxs çıxdaş edilir, "xain" hesab edilir və s.Onun "ACP"-yə keçməsi ilə bağlı bildirilir ki, bu istiqamətdə hazırda müəyyən hərəkətlər var, danışıqlar aparılır. S.Əkbər həmin prosesi şəxsən müəyyənləşdirir.Qeyd edək ki, R.Quliyevin AXCP (i) sədri ilə apardığı sövdələşmələrdən də aydın olur ki, bu kimi hadisələrin yaşanması qarşılıqlı razılaşma əsasında, parılır. Daha dəqiq desək, "hərəkat"ın parçalanması həm R.Quliyevin dividendlərini, həm də "cəbhə" sədrinin "palata"dakı söz sahibliyini möhkəmləndirir. Bu xüsusda Müsavatın hansı addımlar atacağını isə indidən proqnozlaşdırmaq olar. Hər halda, düşərgənin hər iki cinahında baş verənlər müxalifətin süqutunu sürətləndirməkdədir.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər