PDF Oxu

Müxalifət

  • 46

Rüstəm İbrahimbəyovdan daha bir imtina

Rüstəm İbrahimbəyovdan daha bir imtina

Respublika Kinematoqrafçılar İttifaqı yaranandan bəri Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının sıralarını tərk edənlərin sayı artmaqdadır. Qeyd edək ki, bununla bağlı daha bir qrup kino sənətçisi təşkilatın üzvlüyündən imtina edib. Onların sırasında tanınmış rejissor, telejurnalist Mehriban Ələkbərzadə də var. M.Ələkbərzadə üzvlükdən çıxmağının səbəblərini bir sıra ciddi nüanslarla, o cümlədən. R.İbrahimbəyovun siyasətbazlığı ilə əlaqələndirib: "O təşkilat siyasi bir quruma çevrilib. Kino fəaliyyəti ilə yox, tamam başqa, siyasi məqsədlərlə toplaşan bir təşkilat halına gəlib. Burda şəxsi maraqların, şəxsi qərəzin siyasi məsələlərlə, siyasi yolla həlli üstün tutulur... Bu, nə ictimaiyyətin mövqeyini ifadə edir, nə də milli və kino xadimlərinin marağını. Şəxsi, mənə bəlli olmayan qərəzli prinsiplərlə işləyirlər. Bunları bölüşmədiyim halda, niyə orda olmalıydım ki?"


"Kiminsə şəxsi prinsiplərinin aləti olmaq fikrim yox idi"


Hazırkı vəziyyətdə orda olmağın düzgün seçim olmadığını deyən M.Ələkbərzadə artıq neçə illərdir ki, həmin ittifaqa getmədiyini bildirib: " Onların hansısa siyasi oyun oynamağı mənim xoşuma gəlmir. Çünki mən heç vaxt siyasi tərəflərə alət olmamışam. Mən yaradıcılıqla kifayətlənirəm və bu, mənə yetir. Mən film çəkmək istəyirəm. Kiminsə siyasi ambisiyaları uğrunda yalandan ictimai mövqedə dayanmaq görüntüsü vermək istəyim yoxdur. Bu təşkilat tam siyasi rakursda dayandı. Mənim, əslində, bütün yaradıcılığım dövlətçiliyin təbliğidirsə, orda tamam əks-mövqe gördüm. Bu mövqeyi bölüşmədiyimə görə, düşündüm ki, orda olmasam, yaxşı olar. Yenə təkrar edirəm, mən yaradıcılıqla məşğul olmaq istəyirəm, vəssalam".


R.NURƏDDİNOĞLU

Digər xəbərlər